Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İran İslam Respublikasının ali dini rəhbəri ayətullah Seyid Əli Xamenei həzrətlərinə təbriki - Bakı şəhəri, 8 fevral 2001-ci il


Möhtərəm qardaşım!

İran İslam Respublikasının milli bayramı - İnqilab günü münasibətilə Sizi və bütün qardaş İran xalqını səmimi-qəlbdən təbrik edirəm.

Yaxın qonşumuz olan İran ilə dostluq və bütün sahələrdə əməkdaşlıq münasibətlərinin inkişafı bizim üçün böyük əhəmiyyət kəsb edir. Ümidvaram ki, xalqlarımızın qədim tarixə malik əlaqələri bundan sonra da ölkələrimizin tərəqqisinə, regionumuzda sülhün və təhlükəsizliyin bərqərar olunmasına xidmət edəcəkdir.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və uğurlar, dost İran xalqına əmin-amanlıq və firavanlıq arzu-layıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti. 

Oçerklər

Azərbaycan - Asiya

Ümumi tarixi arayış

Azərbaycan - Asiya

Tarixi arayış

Azərbaycan - Asiya