Hörmәtli cənab prezident!
Әziz dostum!
Fransanın futbol üzrə milli yığma komandasının Avropa çempionu adını qazanması məni ürəkdən sevindirdi.
Bu parlaq qələbə münasibətilə Sizi və dost Fransa xalqını təbrik edir, sevincinizə qoşulur, futbolçulara yeni-yeni uğular arzulayıram.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
"Azərbaycan" qəzeti, 4 iyul 2000-ci il