Nəbiyev Bəxtiyar Eyvaz oğlu. “HEYDƏR ƏLIYEV VƏ AZƏRBAYCAN SSR-IN IQTISADI INKIŞAFI: 1969- 1982-CI ILLƏR” (2007)


07.00.02 - «Vətən tarixi»

Tarix elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın

 

АVTOREFERATI

 

DİSSERTASİYANIN ÜMUMİ SƏCİYYƏSİ

Mövzunun aktuallığı. XX yüzillikdə Azərbaycanın 30 illik tarixi bir inkişaf dövrü Heydər Əliyevin rəhbərliyi, fəaliyyəti ilə bağlıdır. Heydər Əliyev həm Azərbaycana rəhbərlikdə, həm də SSRİ-də rəhbər vəzifədə çalışdığı dövrdə, həmçinin 1993-2003-cü illərdə Azərbaycana dünya şöhrətli, müdrik, uzaqgörən dövlət xadimi, güclü təşkilatçı, işgüzar, bacarıqlı, milli dəyərləri yüksək, xalqa, vətənə, torpağa bağlı rəhbər olduğunu sübut etdi, ölkəni parçalanmaqdan xilas etdi, bərpa edilən dövlət müstəqilliyimizi xalqla birlikdə qorudu, möhkəmləndirdi və qüdrətli dövlət çevirmək üçün gələcəyə yol açdı.

Heydər Əliyev böyük olmayan bir ölkənin prezidenti olsa da, onunla böyük ölkələrin rəhbərləri hesablaşırdı (Забелин М., Тамеринко В. Гейдар Алиев: лидер, политик, друг. Баку, «Нурлан», 2005, с.2).

Heydər Əliyevin keçdiyi həyat yolu, fəaliyyəti, qətiyyətliyi, prinsipiallığı, dövlətçilik, idarəçilik fəaliyyəti onu digər dövlət xadimlərindən fərqləndirici xüsusiyyətləridir.

XX yüzilliyin 60-cı illərində Azərbaycanın sosial-iqtisadi həyatında dərin və uzunmüddətli böhranın bürüdüyü, olduqca mürəkkəb, ağır bir vəziyyətdə, respublikamız iqtisadi göstəricilərinə görə ittifaq respublikaları arasında sonuncu yerdə olduğu bir şəraitdə, 1969-cu ilin iyulunda Heydər Əliyev Azərbaycanda rəhbərliyə gəldi.( Məmmədov А.В. Azərbaycan keçid iqtisadiyyatında yeni mülkiyyət münasibətlərinin formalaşması və reallaşması problemləri. Bakı, 1998, s.5 (342 s.))

1969-cu il avqustun 5-də Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan KP MK-nın plenumu oldu və burada o, Azərbaycanın sosial-iqtisadi böhran vəziyyətinin, uzun müddətli geriliyinin təhlilini verdi, səbəblərini açıqladı və çıxış yollarını müəyyənləşdirdi. Həmin vaxtdan da Azərbaycanda tənəzzüldən tərəqqiyə dönüş başladı. Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanda iqtisadi dirçəliş, inkişaf, cəmiyyətin keyfiyyətcə irəliyə, milli özünüdərkə, milli özünəqayıdışa dönüş mərhələsinin başlanğıcı qoyuldu. 1969-1982-ci illər Azərbaycanın ictimai-siyasi, о cümlədən iqtisadi həyatında intibah dövrü başladı.

  1. Əliyevin rəhbərliyi ilə qısa müddətdə respublikanın iqtisadi inkişafının konsepsiyası hazırlanmış, iqtisadiyyatda, о cümlədən kənd təsərrüfatında ixtisaslaşma, təmərküzləşmə, maddi-texniki və müasir istehsal sahələrinin yaradılması ilə bağlı kompleks tədbirlər hazırlanmış və həyata keçirilmiş, respublikanın iqtisadiyyatı elmi nailiyyətlər əsasında inkişaf etdirilmişdir.

          Həmçinin Müstəqil Azərbaycan Respublikasında müstəqil dövlət quruculuğu 1969-1982-ci illərdə qazanılmış nailiyyətlər üzərində qurulmaqdadır.

       2. Əliyevin fədakar əməyi, xüsusi təşkilatçılığı ilə iqtisadi inkişafın dinamikası Azərbaycanda keçmiş ittifaq respublikalarından xeyli yüksək olmuşdur.

Heydər Əliyev mərkəzdəki nüfüzundan istifadə edərək respublikanın xalq təsərüfatının inkişaf etdirilməsini təmin etmək üçün, iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən Sov. İKP MK və SSRİ Nazirlər Sovetinin aşağıdakı müvafıq qərarlarının qəbul edilməsinə nail olmuşdur: 1) 1970-ci il iyulun 23- də «Azərbaycan SSR xalq təsərrüfatının inkişaf etdirmək tədbirləri haqqında»; 2) 1970-ci il iyulun 25-də «Azərbaycan SSR kənd təsərrüfatını daha da inkişaf etdirmək tədbirləri haqqında»; 3) 1975-ci il iyulun 9-da «Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqında»; 4) 1976-cı il iyulun 27-də «1976-1980-ci illərdə respublika sənayesinin ayrı-ayrı sahələrinin inkişaf etdirilməsinə dair Azərbaycan KP Mərkəzi Komitəsinin təkliflərinin nəzərdən keçirilməsi nəticələri barəsində»; 5) 1979- сu il fevralın 22-də «Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında». Onu da qeyd edək ki, bu qərarların yerinə yetirilməsini təmin etmək üçün mərkəzi büdcədən Azərbaycana xeyli vəsait ayrıldı.

1969-1982-ci illərdə müdrik, zəngin təcrübəyə əsaslanan H.Əliyevin rəhbərliyi altında respublika iqtisadiyyatında istehsalın sürəti xeyli genişlənmiş, məhsuldarlıq yüksəlmiş, böyük uğurlar, nailiyyətlər qazanılmış, elmi-texniki tərəqqidə böyük irəliləyişlər baş vermiş, yeni və müasir istehsal sahələri yaradılmış, əhalinin maddi rifah halı və mənəvi vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.

1969-1982-ci illərdə Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında respublikada 250-dən çox zavod, fabrik, istehsal sexləri, obyektləri istifadəyə verilmiş, 630 min nəfərlik yeni iş yerləri açılmışdı. Bu illərdə sənaye istehsalı 2,7 dəfə, xalq tələbatı mallarının istehsalı 3 dəfə, kənd təsərrüfatı istehsalı 2,7 dəfə, taxıl, pambıq, üzüm, ipək, tərəvəz, tütün, bostançılıq məhsulları istehsalı sahəsində məhsuldarlıq 1,8-2,6 dəfə artmış(Azərbaycan Respublikası Siyasi Partiyalar İctimai Hərəkatlar Dövlət Arxivi (SPİHDA), f. 1, siy. 70, iş 14, v.25), heyvandarlıqda artım 2,7 dəfə olmuşdur (Azərbaycan Respublikası SPİHDA, f. 1, siy. 70, iş 14, v. 25).

1970-1982-ci illərdə Heydər Əliyevin səyi ilə yeni qazma qurğularından - «Xəzər», «Bakı», «Kaspmar neft», «Şelf-1», «Şelf-2», «Şelf-3», «Şelf-4» və digər qurğulardan bacarıqla istifadə olunmuşdur.(Azərbaycan Respublikası SPİHDA, f. 1, siy. 70, iş 14, v.25-26)

Nəticədə, 1969-1982-ci illərdə neft hasilatı 2,8 dəfə, maşınqayırma ve metal emalı 3,3 dəfə, kimya və neft kimyası 2,8 dəfə artmışdır. Sənayedə əmək məhsuldarlığı 1,7 dəfə yüksəlmiş, 4400 yeni maşın, cihaz, avadanlıq və digər məmulatlar istehsal olunmuşdur ki, bunlardan da 400-ü keçmiş SSRİ-də ilk dəfə istehsal olunurdu (Əliyev H.Ə. Sovet Azərbaycanı. Bakı, «Azərnəşr», 1981,138 s.). 1970-1982-ci illərdə 1056 adda mühüm sənaye məhsulunun sənaye məhsulunun buraxılışı Heydər Əliyevin xidmətləri sayəsində mümkün olmuşdur(Azərbaycan Respublikası 1991-2001. Bakı, «XXI əsr Yeni Nəşrlər Evi», 2001, 360 s.).

1969-1982-ci illərdə Heydər Əliyevin tələbkarlığı, böyük idarəçilik, təşkilatçılıq bacarığı sayəsində respublikada 5,5 mln. ton pambıq, 7 mln. 399 min ton üzüm, təkcə 1981-ci ildə 831,2 min ton pambıq, 1 mln. 616 min ton üzüm istehsal olunmuşdu. Taxıl istehsalı 1969-cu ildəki 573,9 min tondan 1982-ci ildə 1211,3 min tona, üzüm istehsalı 272 min tondan 1982-ci ildə 1725,4 min tona, pambıq istehsalı isə 299,4 min tondan 1981-ci ildə 831,2 min tona çatdı. Meyvə-tərəvəz istehsalının 1970-ci ildəki 410 min tondan 1982-ci ildə 850 min tona yüksəlməsi də Heydər Əliyevin fədakar əməyi nəticəsində mümkün olmuşdur.

1969-1982-ci illərdə Heydər Əliyevin respublika iqtisadiyyatının yüksək sürətlə inkişaf etdirilməsinin təmin edilməsi sahəsindəki fəaliyyətinin, rolunun öyrənilməsi həm elmi, həm praktiki və həm də metodiki əhəmiyyət kəsb edir.

Tədqiqatın xronoloji çərçivəsi. Tədqiqatın xronoloji çərçivəsi 1969-1982-ci illəri əhatə edir. Problemin məhz bu tarixi zaman kəsiyində tədqiq olunması heç də təsadüfi deyil, müəyyən məntiqi nəticələrə söykənir. Bu dövrdə Azərbaycana rəhbərlik etmiş Heydər Əliyevin rəhbərlik xüsusiyyətləri, zəngin iş təcrübəsi, uzaqgörən, müdrik siyasəti nəticəsində iqtisadiyyatın inkişafında əldə edilən nailiyyətlərin keyfiyyəti, səviyyəsi əvvəlki dövrlərdən, rəhbərlərdən kökündən fərqlənir.

1969-1982-ci illərdə Azərbaycan sosial iqtisadi inkişaf səviyyəsinə görə ittifaqın ən qabaqcıl respublikalarından biri olmuşdur.

Bu baxımdan 1969-1982-ci illərdə Azərbaycanın iqtisadi inkişafında əldə etdiyi misilsiz nailiyyətlərdə Heydər Əliyevin rəhbərlik xüsusiyyətlərini, toplanmış iş təcrübəsini öyrənmək bu gün, müstəqil dövlət quruculuğu şəraitində çox vacibdir.

Tədqiqatın məqsəd və vəzifələri aşağıdakılardır:

-1969-cu ilin 14 iyulunda Heydər Əliyevin Azərbaycan SSR-nin rəhbəri- Azərbaycan KPP MK-nin birinci katibi vəzifəsinə irəli çəkilməsini zəruri edən məsələlərin şərhini vermək;

-1969-cu ilədək Azərbaycan iqtisadiyyatında mövcud olan vəziyyəti: iqtisadi inkişafında mövcud olan uzunmüddətli geriliyi, yol verilən qüsurları zəngin faktlar əsasında şərh etmək;

-1969-cu il avqust və sonrakı plenumlarda respublika iqtisadiyyatında yaranmış ağır vəziyyətlə, uzun sürən geriliklə bağlı və ondan çıxış yollarının müəyyənləşdirilməsi ilə bağlı Heydər Əliyevin rolunu, müdrik siyasətini tədqiq etmək;

-Azərbaycan SSR-nin iqtisadi inkişaf səviyyəsinə görə keçmiş ittifaqda sonuncu yerlərdən birində dayanan respublikadan intensiv, dinamik sürətlə inkişaf edən, öndə gedən bir respublikaya çevrilməsində Heydər Əİiyevin misilsiz fəaliyyətini, iş təcrübəsini təhlil etmək;

-Azərbaycan iqtisadiyyatnın daha da inkişaf etdirilməsi sahəsində Heydər Əliyevin kadrların, mütəxəssislərin, rəhbər işçilərin hazırlanması və onların yerləşdirilməsi sahəsindəki iş təcrübəsini ümumiləşdirmək;

-Heydər Əliyevin iqtisadiyyatda, о cümlədən kənd təsərrüfatında ixtisaslaşmanın, təmərküzləşmənin həyata keçirilməsi, iqtisadiyyatın müxtəlif sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, istehsalın yeniləşdirilməsi və inkişaf etdirilməsində elmi nailiyyətlərin, yeni müasir texnologiyarın tətbiqi sahəsindəki fədakar əməyini, uzaqgörənliyini araşdırmaq;

 -Heydər Əliyevin mərkəzdəki nüfüzundan istifadə edərək Azərbaycanın iqtisadiyyatının daha da inkişaf etdirilməsinə yönəlmiş Sov. İKP MK və SSRİ Nazirlər Soveti tərəfindən bir sıra qanunların qəbul etdirilməsinə nail olmaq üçün gördüyü tədbirləri və onların nəticələrini zəngin faktlar əsasında araşdırmaq;

-Heydər Əliyevin respublika senayesinin, о cümlədən, neft, neft-qaz sənayesinin daha da inkişaf etdirilməsində hazırladığı və həyata keçirdiyi çoxsaylı tədbirləri təhlil edib, zəngin faktiki və statistik materiallar əsasında ümumiləşdirmək;

-Respublika sənayesinin xəritəsinin genişləndirilməsində, əlvan və qara metallurgiyanın inkişaf etdirilməsində, müasir istehsal sahələrinin yaradılması sahəsindəki fəaliyyətini öyrənmək;

-Emal, yüngül və yeyinti senayesində uzun sürən geriliyə son qoyulmasında, bu sahələrin intensiv və sürətli inkişafının təmin etdirilməsində Heydər Əliyevin rolunu faktlar əsasında izah etmək;

-Respublika kənd təsərrüfatında intensiv və dinamik inkişafın təmin olunmasında, bu sahədə dərin ixtisaslaşmanın, təmərküzləşmənin həyata keçirilməsində, kənd təsərrüfatının başlıca sahələri olan pambıqçılıqda, üzümçülükdə, taxılçılıqda, heyvandarlıqda yüksək nəticələrin əldə edilməsində ipəkçiliyin, tütünçülüyün, tərəvəz və bostançılığın, çayçılığın və kənd təsərrüfatnın digər sahələrinin inkişafında yol verilən səhvlərin aradan qaldırılmasında və bu sahələrin inkişaf etdirilməsini təmin edən tədbirlərin həyata keçirilməsində Heydər Əliyevin prinsipial mövqeyini, tələbkarlığını və rolunu işıqlandırmaq;

-Həmçinin tədqiq olunan dövrdə keçmiş ittifaqda inzibati-amirliyin güclənməsinə baxmayaraq, respublikada milli iqtisadi strukturun formalaşması sahəsində, iqtisadi yüksəlişin son nəticədə respublika əhalisinin maddi vəziyyətinin durmadan yaxşılaşdırılmasına təsiri sahəsində toplanmış Heydər Əliyev təcrübəsini faktiki materiallar əsasmda ümumiləşdirmək;

-Tədqiqat prosesində qarşıya qoyulan məqsəd və vəzifələrin obyektiv təhlili, onların faktiki materiallar əsasında araşdılması və ümumiləşdirilməsi, fikrimizcə, respublikanın hazırki iqtisadi və sosial problemlərinin həll edildiyi, iqtisadi islahatların, regionların sosial-iqtisadi inkişafının dövlət proqramının uğurla həyata keçirildiyi indiki şəraitdə mövcud olan bir sıra problemlərin dərk etməyə, 1969-1982-ci illərdə iqtisadi idarəetmədə toplanmış təcrübədən səmərəli istifadə etməyə imkan verər.

Problemin öyrənilmə səviyyəsi. Azərbaycanın vətən tarixinin ən aktual, öyrənilməsinə, tədqiqinə böyük ehtiyac duyulan problemlərindən biri də milli dəyərləri yüksək olan, fəaliyyətində böyük iş və rəhbərlik təcrübəsi toplanan görkəmli, tanınmış, dövlət rəhbərlərinin fəaliyyətinin araşdırılmasıdır.

Tədqiq olunan bu mövzu XX yüzillikdə fəaliyyətinin 30 ilini Azərbaycanın siyasi, sosial-iqtisadi inkişafına həsr etmiş, 1969-1982-ci və 1993-2003-cü illərdə Azərbaycan dövlətinin rəhbəri olmuş Heydər Əliyevlə bağlıdır.

Bütövlükdə dissertasiya 1969-1982-ci illərdə Azərbaycanın iqtisadi inkişafında Heydər Əliyevin rolunun öyrənilməsinə həsr olunmuşdur.

Onu da qeyd etmək lazımdır ki, tədqiq olunan dövrdə Azərbaycan keçmiş Sovetlər Birliyinin tərkibində olduğundan onun iqtisadi inkişafında həm də mərkəzin yeritdiyi iqtisadi siyasətin də böyük təsiri var idi. Məsələyə bu baxımdan yanaşılmaqla problemin öyrənilmə dərəcəsi araşdırılarkən respublika məkanı ilə bərabər, həm də keçmiş ittifaq məkanında yazılmış bir sıra irihəcmli, əhəmiyyətli əsərlər də nəzərdən keçirilmiş və bu əsərlərin təhlilinə xüsusi diqqət yetirilmişdir.

  1. Сельское хозяйство СССР на современном этапе. Достижения и перспективы. М., 1972; Развитие аграрных отношений на современном этапе. М.: 1983; Управление агропромышленным комплексом. М.: 1985; Маниев В.Н. Динамизм развития социалистического производства. М.: 1978; Тюрина А.П. Социально-экономическое развитие сельской дерев­ни. 1965-1980. М.: 1982.
  2. Джонстон Д. Международный нефтяной бизнес. М.: 2000; Россия и Закавказье: Реалии независимости и новое партнерство. М.: 2000; Касенев У. Россия, Центральная Азия и Закавказье // Казахстан и мировое сообще­ство. 1995, №2; Каноплянник А. Каспийская нефть // Нефть, газ, строи­тельство. 2001, №4.

Bu tədqiqat əsərləri keçmiş sovet məkanında kənd təsərrüfatı məsələləri və sosializmlə bağlı problemlər, sovxoz və kolxoz quruculuğu, müasir MDB məkanında beynəlxalq neft biznesi, Rusiya ilə Qafqaz ölkələri arasında müstəqillik və əməkdaşlıqda Xəzər nefti ilə bağlı reallıqlar və s. məsələlərin araşdırılmasına həsr edilmişdir.

Bu əsərlərdə də iqtisadiyyatın ayrı-ayrı aspektləri tədqiq olunmaqla yanaşı, iqtisadi sahələrin inkişafında dövlət və ya hökumət rəhbərlərinin rolu başlıca tədqiqat obyekti kimi seçilmişdir.

Apanlmış təhlillər göstərir ki, keçmiş ittifaq tarixşünaslığında Azərbaycanın iqtisadi inkişaf problemlərinin öyrənilməsinə olduqca az toxunulmuşdur.

Tarixşünaslığın araşdırılması göstərir ki, 70-80-ci illəri əhatə edən respublikanın iqtisadi inkişaf problemlərinin tədqiqinə vətən tarixşünaslığında xeyli yer verilmişdir.

Vətən tarixçilərinin bir sıra ümumiləşdirici əsərlərində, о cümlədən «Azərbaycan tarixi» VII cild, «Azərbaycan SSR fəhlə sinfinin tarixi oçerkləri (III c.)», «Azərbaycan nefti» adlı kitablarda, S.V. Quliyev, Q. Mədətov və A.A.Nadirov tərəindən yazılmış «Sovet Naxçıvanı», Z. Səmədzadənin, M. Musayevin birgə yazdıqları «Onuncu beşillikdə Sovet Azərbaycanının iqtisadi və sosial inkişafı», Z.Səmədzadənin «Этапы большого пути», S. Qəndilovun «Coşğun yüksəliş illəri», və bir sıra digər əsərlərində 70-80-ci illərdə respublikanın sosial-iqtisadi inkişaf məsələlərinin ayrı-ayrı sahələrinin öyrənilməsinə diqqət yetirilir.

  1. Амиров П.Т. Развитие экономики Советского Азербайджана. Баку; 1977; Маниев Ф.С. Социальние сдвиги в Азербайджанской деревне на современном этапе. Баку, 1986; Махмудов А.А. Сельское хозяйство Азербайджанской ССР на крутом подъеме. Баку, 1978; Фараджев Ф.А., Темпы развития и отраслевые пропорции промышленности Азербайджана, Баку, 1983.

Qeyd olunan bu əsərlərdə respublika iqtisadiyyatının müxtəlif sahələrinin inkişaf xüsusiyyətləri, nəticələri şərh olunur. Məsələn, Z.Səmədzadənin «Эта­пы большого пути» əsərində XX yüzilliyin ikinci yarısında Azərbaycanın iqtisadi inkişafından bəhs edilir, lakin respublika iqtisadiyyatının inkişafında Heydər Əliyevin rolu, fəaliyyəti tədqiqat obyekti kimi götürülmür. Əsər iqtisadi səpkidə yazılmış gözəl ümumiləşdirmə işidir, və yaxud, yuxarıda adları qeyd edilən müəlliflərin hər birinin əsərlərində 1969-1982-ci illərdə respublika iqtisadiyyatının inkişaf məsələləri kompleks şəkildə və burada Heydər Əliyevin iş təcrübəsi öyrənilmir. Tədqiq olunan dövrdə tarixçi-alimlərimizin respublika iqtisadiyyatının müxtəlif sahələrinə həsr olunmuş ümumiləşdirici əsərləri çap olunmuşdur. S.Qəndilovun, Y. Yusifovun, S. Süleymanovun, H. Əmirovun, F.Maniyevin, O.Əhmədovun, A. Məmmədovun, Q. Qasımovun, A. Rüstəmovun, T. Qafarovun, Ə. Hacıyevin, Ə. Muxtarovanın, B. Abdullayevin, S. Babayevin və digərlərinin əsərləri tədqiq olunan dövrün tələbləri əsasında yazılmaqla bu əsərlərdə toplanmış material, sənədlər, nəticələr, irəli sürülən tövsiyələr əsasında Azərbaycanın iqtisadi və sosial həyatının aparıcı sahələrinin tarixini müasir tələblərə uyğun, yeni təfəkkür tərzində öyrənməyə və tədqiq etməyə kömək edir.

Кадирова H. Государственная и общественная деятельность рабочего класса Азербайджана (1946-1975 гг.), Баку, 1979; Абдуллаев В. Ведущая сила. Деятельность компартии Азербайджана по повышению ведущей роли рабочего класса в жизни республики (1971-1980 гг.), Баку, 1984; Саядов С. По законам интернационализма. М.: 1983; Babayev С. Azərb. SSR-də ümumtəhsil məktəblərinin inkişafında Sovetlərin rolu (1960-1985-ci illər). Bakı, 1987; Musayeva Т., H.Əmirov. Социалистическое соревнова­ние трудящихся Азербайджана в период развитого социализма (1971-1979 гг.), Баку 1980.

Həmçinin tədqiq olunan dövrdə Azərbaycanın sosial-iqtisadi inkişaf problemlərinin öyrənilməsində H.Ə.Əliyevin əsərləri də mühüm rol oynamışdır.

  1. H.Ə.Əliyevin «Sovet Azərbaycanı». Bakı, 1981; «Azərbaycan SSR kənd təsərrüfatının və bütün iqtisadiyyatın daha dinamik inkişafını təmin etməli». Bakı, 1979; «İstehsalın səmərəliliyini və işin keyfiyyətini daha da yüksəltməli». Bakı, 1980; «1976-1980-ci illərdə respublikada sənayenin ayrı-ayrı sahələrinin inkişaf etdirilməsinə dair Azərbaycan KP Mərkəzi Komitəsi təkliflərinin nəzərdən keçirilməsi nəticələri barədə». Sov.İKP MK-nın qərarlarını yerinə yetirmək sahəsində respublika partiya təşkilatının vəzifələri haqqında, Bakı, 1976; «Aqrar islahatları və kənd təsərrüfatı ilini müvəffəqiyyətlə başa çatdırmalı, nailiyyətlər üçün yaxşı əsas yaratmalı. «Azərbaycan» qəzeti, 21 sentyabr 1994; «Neft müqaviləsinin Bakıda imzalanması müstəqilliyimizi bir daha sübut edir», «Azərbaycan» qəzeti, 1996; «Müstəqilliyimiz əbədidir». Bakı, 1997; «Müstəqilliyimiz əbədidir». Çıxışlar, nitqlər, bəyanatlar, məktublar, mühasibələr. 2-ci kitab, Bakı, 1997; 3-cü kitab, 1997; 4-cü kitab, 1997; 5- ci, 6-cı, 7-ci kitab, Bakı, 1998; 8-ci kitab, 1999; 9-cu kitab, 2000; 10-cu kitab, 2002 və s.

İlham Əliyevin əsərləri də respublika iqtisadiyyatının inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində, sosial-iqtisadi problemlərin öyrənilməsində çox önəmli əhəmiyyət kəsb edir. Məsələn, İlham Əliyevin «Каспийская Нефть Азербайджана» (Moskva, 2003) kitabında ən qədim zamandan bu günümüzədək olan zaman kəsiyində Xəzər regionunun siyasi və iqtisadi inkişaf problemləri, həmçinin çox zəngin arxiv sənədləri və dəyərli materiallar əsasında Xəzər dənizinin statusunun müəyyənləşdirilməsi ilə bağlı məsələləri tədqiq edir.

          5.İlham Əliyev və b. Azərbaycan nefti dünya siyasətində (Bakı, 1997-1998) çoxcildli kitabında zəngin və tarixi arxiv materialları əsasında yazılmış, Bakı neftinin tarixindən, onun XIX əsrin II yarısına və ikinci yarısından başlayaraq Bakı neftinin sənayeləşməsindən, neft yanacağından, neft emalı və neft kimyasının inkişafından, Bakı neft sənayesinə xarici kapitalın axınından, neft sənayesində milli sahibkarlığın təşkilindən, Azərbaycan neftinin Sovet hakimiyyəti dövründəki, xüsusilə faşist Almaniyası üzərində qələbənin təmin edilməsindəki rolundan və s. məsələlərdən bəhs edilir.

İlham Əliyev. «Mən istənilən səviyyədə istənilən mübarizəyə hazıram». Bakı, 2001.

Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsindən sonrakı dövrdə nəşr edilmiş bir sıra əsərlər, monoqrafıyalar 70-80-ci illərdə yazılmış əsərlərdən fərqli olaraq inzibati-amirlik, totalitar rejimin təzyiq və tələblərindən, Kommunist Partiyasının ideoloji təsirindən uzaqlaşmış yeni təfəkkür süzgəcindən keçən tədqiqat işləridir.

  1. İbrahim Zeynalov. Azərbaycanın iqtisadi və sosial inkişafı (70-80-ci illər), Bakı, 1996; Azərbaycanın sosial-iqtisadi inkişafı XX əsrin II yarısında. Bakı, 2004; Azərbaycan tarixi. Yeddi cilddə. Bakı, 2003; Tahir Qafarov. Azərbaycan Respublikası əsrə bərabər 10 il (1991-2001), Bakı, 2001; Oqtay Sultanov. 80-ci illərin sonu - 90-cı illərin əvəllərində Azərbaycanda siyasi mübarizə. Bakı, 1995; Qurban Bayramov.Heydər Əliyev və Azərbaycan tarix elmi. Bakı, 2004; İrşad Əliyev. Heydər Əliyev və Azərbaycanın kənd təsərrüfatı. Bakı, 1997; Əli Əhmədov. Müstəqil Azərbaycan Dövlətinin bərpası və möhkəmləndirilməsi uğrunda mübarizə. Bakı, 1999; İradə Hüseynova. Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu. Bakı, 2004; Dövlətçilik naminə. Bakı, 2001; Müstəqilliyimizin təminatçısı. Bakı, 2003; İsmayıl Hacıyev. Heydər Əliyev və milli-tarixi yaddaşın bərpası. Bakı, 2003; Həsənova Lətifə. Azərbaycan əhalisi XX yüzilliyin ikinci yarısında. Bakı, 2003; Azərbaycan Respublikası 1991-2001. Bakı, 2001; Ramiz Mehdiyev. Azərbaycanın inkişaf dialektikası. Bakı, 2000; Heydər Əliyev. Azərbaycanı dünyaya tanıdır. Bakı, 1998; Abel Məhərrəmov. Bakı Dövlət Universitetinin dünya şöhrətli məzunu. Bakı, 2002; Yaqub Mahmudov. Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti. Bakı, 2002; Əli Nağıyev, Əli Əlirzayev. Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı. Bakı, 1998; Əli Məmmədov. Müstəqil Azərbaycan dövlətinin bərpası və möhkəmləndirilməsi uğrunda mübarizə. Bakı, 1999 və s.

İbrahim Zeynalovun «Azərbaycanın sosial və iqtisadi inkişafı (70-80-ci illər)» adlı monoqrafıyası tamamilə yeni təfəkkür süzgəcindən keçirilmiş tədqiqat əsərində tədqiq olunan dövrün obyektiv təhlilini verməklə, müəllif bu əsərdə Azərbaycanın 70-80-ci illərdəki iqtisadi və sosial inkişafının məzmunundan, aparıcı istiqamətlərindən, xüsusiyyətlərindən bəhs edilir.

İradə Hüseynovanın «Müstəqil Azərbaycan dövlətinin qurucusu» adlı tədqiqat əsəri müəllifin uzun illər apardığı gərgin axtarışlarının nəticəsidir. Əsərdə müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev şəxsiyyətindən, onun fəaliyyətinin başlıca, çoxcəhətli xüsusiyyətlərindən, Ulu öndərin həyat və fəaliyyətindən bəhs edilir.

Həmçinin İrşad Əliyevin «Heydər Əliyev və Azərbaycanın kənd təsərrüfatı» mövzusunda yazılmış əsərində XX yüzilliyin ikinci yarısında Azərbaycanın kənd təsərrüfatının inkişaf xüsusiyyətləri, dinamikası çoxlu sayda cədvəllər, faktiki materiallar əsasında araşdırılır. Bu əsərlərin heç birində 1969-1982-ci illərdə Azərbaycan iqtisadiyyatının bütün başlıca sahələri kompleks şəkildə tədqiq olunmur. Bu kitablarda araşdırılan problemlərin heç birində Heydər Əliyevin Azərbaycan iqtisadiyyatındakı fəaliyyəti tədqiqat obyekti kimi seçilmir.

Tədqiq olunan zaman kəsiyində iqtisadi inkişaf tarixinin ayrı-ayrı problemlərinin araşdırılmasına həsr edilmiş bir sıra namizədlik və doktorluq dissertasiyaları da yazılmışdır.

  1. Маниев Ф.С. Социальное развитие Азербайджанской деревни (1960- 1970). Автореф. док. дисс. Баку, 1987; Амиров Г.Т. Сельское хозяйство Азербайджанской ССР в 60-80-ые годы. Автореф. док. дисс. Баку, 1990; Гаффаров Г.Б. Образ жизни сельского населения Азербайджана (1960-1990 гг.). Автореф. док. дисс. Баку, 1992; Мухтарова А.И. Аграрный отряд рабочего класса Азербайджанской ССР в 70-х - первой половине 80-х г. Автореф. док. дисс. Баку, 1990; Zeynalov İ.X. «Azərbaycanın sosial və iqtisadi inkişafı (70-80-ci illər)». Dok. diss. Avtoref. Bakı, 1999; Hüseynova İ.M. «Müstəqil Azərbaycan dövlətinin yaranması və möhkəmləndirilməsində Heydər Əliyevin rolu». Dok. diss. avtoref. Bakı, 2003; Фаразалиев Ю.Б. Развитие сельского хозяйства и рост благосостояния сельских труженников в Нагорно-Карабахской Автономной области (1966-1980 гг.). Avtoref. namiz. diss. Bakı, 1984; Гулиев Р. Социально-экономическое и культурное развитие Нахчыванской АССР (1971-1980 г. г). Автореф. канд. дисс. Баку, 1990.

Tarixşünaslığın təhlili göstərir ki, qeyd olunan və tədqiqat işlərinin bir qismi sovetlər dövründə yazılmış və bu əsərlərdə dövrün tələblərinə uyğun olaraq Azərbaycanın iqtisadi, sosial və mədəni həyatının müxtəlif sahələri araşdırılır və burada daha çox totalitar, inzibati amirlik sisteminə uyğun olaraq daha çox Kommunist Partiyasının, digər ictimai orqanlarının fəaliyyəti, sosializm yarışı məsələləri tədqiqatda önə çəkilir.

Bunlardan fərqli olaraq müstəqillik dövründə tədqiq edilmiş dissertasiyalarda müstəqil dövlət quruculuğu, onun qorunub saxlanması uğrunda mübarizə, müstəqil dövlət quruculuğu şəraitində həyata keçirilən kompleks tədbirlər və bir sıra digər məsələlər araşdırılır. Məsələn, İ.Zeynalovun «Azərbaycanın iqtisadi və sosial inkişafı (70-80-ci illər) » mövzusunda tədqiq olunan doktorluq dissertasiyasında respublikanın 70-80-ci illərdəki iqtisadi və sosial inkişafi məsələləri inzibati-amirlik, totalitar rejimin, kommunist ideologiyasının təsirindən çox-çox uzaq və müasir tələblərə uyğun olaraq araşdırılır.

İ. Hüseynovanın «Müstəqil Azərbaycan dövlətinin yaranması və möhkəmləndirilməsində Heydər Əliyevin rolu» mövzusunda tədqiq olunan dissertasiyada müstəqil Azərbaycan dövlətinin qurucusu görkəmli dövlət xadimi, dünyada tanınmış siyasətçi Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətinin bir sıra önəmli aspektləri öyrənilir.

Beləliklə, göründüyü kimi, bu dissertasiyaların da heç birində 1969-1982- ci illərdə respublikanın iqtisadiyyatının inkişafında dövlət rəhbəri Heydər Əliyevin iş təcrübəsi, fəaliyyəti hərtərəfli kompleks şəkildə tədqiq olunmur.

Onu da qeyd etmək lazımdır ki, «Heydər Əliyev və Azərbaycan SSR-in iqtisadi inkişafı (1969-1982-ci illər)» mövzusunda tədqiqat işi ilk dəfə olaraq tarixi faktlar, zəngin arxiv sənədləri və materialları əsasında kompleks şəkildə aparılmış və bu tədqiqatdan belə bir nəticəyə gəlinir ki, 1969-1982-ci illərdə respublika iqtisadiyyatında 60-cı illərin ağır vəziyyətinin aradan qaldırılması, Azərbaycanda iqtisadiyyatın dinamik, sabit inkişafına, yüksək sosial-iqtisadi göstəricilərə, müvəffəqiyyətlərə nail olunması, Azərbaycanın keçmiş ittifaqda sosial-iqtisadi inkişaf nəticələrinə görə öndə getməsi Heydər Əliyevin böyük iş təcrübəsinin, onun uzaqgörən, müdrik siyasətinin, fədakar əməyinin nəticəsidir.

Tədqiqatın mənbəşünaslıq və tarixşünaslıq bazası. Tədqiqat iş müxtəlif mənbələr, qaynaqlar əsasında yazılmış, işdə arxiv sənədləri materiallarından istifadəyə üstünlük verilmişdir. Dissertasiyanın yazılmasında istifadə olunan arxiv sənədləri və materialları içərisində əsas yeri Azərbaycan Respublikası Mərkəzi Dövlət Arxivi (ARMDA), Azərbaycan Respublikası Siyasi Partiyalar və İctimai Hərəkatlar Dövlət Arxivinin (ARSPİHDA) fondları tutur.

ARMDA-nın aşağıdakı fondları elmi-tədqiqat işi üçün əsas mənbə kimi istifadə olunub: fond 2941 (Azərb. SSR Ali Soveti Rəyasət Heyəti); 411 - Azərb. SSR Nazirlər Soveti.

Tədqiqat işində başlıca mənbə rolunu oynayır: ARSPİHA-nın fond-l-in materialları və Heydər Əliyevin çoxsaylı dəyərli əsərlərindən plenumlardakı, qurultaylardakı, zona müşavirələrindəki və digər proqram xarakterli çıxışları və onun şəxsi arxivində saxlanılan materiallar; Heydər Əliyevin əsərləri: «Sovet Azərbaycanı», Bakı, 1981; «Müstəqilliyimiz əbədidir». 10 cilddə, Bakı, 1997-2002; «Müsəqillik yollarında». 4 cilddə, Bakı, 1997; «Qətiyyətin təntənəsi», Bakı, 1995; «Azərbaycan Oktyabr-1994, Mart-95»; «Qəsd; Dövlət cəhdinin xronikası», Bakı, 1995; «Qayıdış». Bakı, 1996; «Azərbaycan nefti dünya siyasətində». Bakı, 1997-1998, IV-V cildlər; «Qurtuluş», Bakı, 1998; «Azərbaycan beynəlxalq aləmdə» I-V cildlər, Bakı, 1996-1999; «Heydər Əliyev Azərbaycanın müasir neft emalı sənayesinin yaradıcısıdır». Bakı, 2001; «Azərbaycan-1993. Anarxiyadan sabitliyə», Bakı, 2000; «Təhsil millətin gələcəyidir», Bakı, 2002; və b.

Müəllif tədqiqat işində həmçinin çoxlu sayda elmi ədəbiyyatlardan, dövrü mətbuatın materiallarından, iqtisadi inkişaf problemləri ilə bağlı nazirliklərin, idarə və təşkilatların, Respublika Mərkəzi Statistika İdarəsinin arxiv sənədlərindən, müxtəlif statistik məcmuə və sənədli nəşrlərdən bacarıqla bəhrələnmişdir.

Tədqiqatın metodoloji əsası. Dissertasiya işinin metodoloji əsasını iqtisadi idarəetmə haqqında, iqtisadi inkişafı təmin edən nəzəri müddəaların, beynəlxalq təcrübələrin ümumiləşdirilməsi, dövlət rəhbərinin sınaqlardan çıxmış, önəmli iş təcrübəsinin sistemləşdirilməsi, dövlət rəhbərinin şəxsi keyfıyyətləri, bacarığı və təşkilatçılığı ilə bağlı faktların elmi əsaslar üzərində şərhi və çıxarılan nəticələr, Heydər Əliyevin əsərlərində, nitqlərində və çıxışlarında Azərbaycanın iqtisadi-sosial tarixinə dair irəli sürülən elmi-metodoloji fıkirləri, milli dövlətçilik ideologiyası olan Azərbaycançılıq konsepsiyası təşkil edir. Tarixi problemlərin, о cümlədən respublika iqtisadiyyatının inkişafında Heydər Əliyevin rolunun düzgün, obyektiv dəyərləndirilməsi və müasir iqtisadi quruculuqda ondan istifadə müasir tarixşünaslığın elmi-metodoloji təcrübəsinə əsaslanır.

Tədqiqatın elmi yeniliyi. Tədqiqat işi 1969-1982-ci illərdə Azərbaycanın iqtisadi inkişaf problemlərinin həllində, respublika iqtisadiyyatının dinamik, intensiv inkişafinda, Azərbaycanın 1969-1970-ci ilədək ittifaq respublikaları içərisində sonuncu yerdən önüncü yerə çıxması, 13 il bu birinciliyin qorunub saxlanmasında respublika rəhbəri - Heydər Əliyevin fəaliyyətini hərtərəfli, zəngin arxiv sənədləri, faktiki materiallar əsasında öyrənən ilk tədqiqat əsəridir.

Tədqiqat işində əsas elmi yenilikdən biri ondan ibarətdir ki, Heydər Əliyev mərkəzdəki nüfuzundan istifadə edərək, böyük cəsarətlə, tələbkarlıqla, elmi dəlillərə Azərbaycanın iqtisadiyyatının inkişaf etdirilməsinin zəruriliyinin mərkəz tərəfındən dərk olunmasına və bununla bağlı Sov. İKP MK və SSRİ Nazirlər Sovetinin müvafıq qərarlarının qəbul etdirilməsinə nail olmuşdur. Məhz Azərbaycan rəhbəri - Heydər Əliyevin bu iş təcrübəsinin ilk dəfə olaraq geniş planda öyrənilməsi dissertasiyanın elmi yeniliklərindən biridir.

-Tədqiqat işində respublika iqtisadiyyatının inkişaf etdirilməsində Heydər Əliyevin iş təcrübəsinin, bacrığının, qeyri-adi təşkilatçılığının, idarəetmə keyfiyyətlərinin öyrənilməsi, araşdırılması özü elmi yenilikdir;

-Azərbaycan iqtisadiyyatının iqlim və torpaq xüsusiyyətlərinə görə strukturun yaradılmasında H.Əliyevin rolunun öyrənilməsi;

- 1969-1982-ci illərdə respublika sənayesinin hərtərəfli inkişaf etdirilməsində, sənayenin aparıcı rolunun yüksəldilməsində, neft amilinə üstünlük verməklə gələcəyə inamla baxmaq sahəsində toplanmış H.Əliyev təcrübəsinin ümumiləşdirilməsi və bu təcrübədən müstəqil Azərbaycanın neft strategiyasının hazırlanması və həyata keçirilməsində səmərəli şəkildə istifadə olunmasını faktiki materiallar əsasında təhlil etmək tədqiqat işinin elmi yeniliyidir.

-1969-1982-ci illərdə Heydər Əliyevin rəhbərliyi ilə respublika iqtisadiyyatının həm sənaye, həm də kənd təsərrüfatı kimi sahələrində həyata keçirilən kompleks tədbirlərin elmi əsaslar üzərində hazırlanması istehsalın həcminin və məhsuldarlığın dəfələrlə artması keçmiş İttifaqda Azərbaycanın, onun müdrik rəhbərinin nüfuzunun qat-qat güclənməsinə şərait yaratdı.

-Heydər Əliyevin rəhbərliyi, iş keyfiyyəti, bacarığı, yüksək təşkilatçılığı sayəsində keçmiş SSRİ respublikaları arasında iqtisadi göstəricilərin nəticələrinə görə Azərbaycan on ildən çox qalib oldu. Nəticədə 1982-ci ildə Heydər Əliyevin keçmiş SSRİ-də Nazirlər Sovetinin birinci müavini kimi ən yüksək postlardan birinə irəli çəkilməsi Heydər Əliyev bacarığına, təşkilatçılığına, iş təcrübəsinə, onun müdrikliyinə verilən ən yüksək qiymət idi.

-On beş il bundan öncə müstəqilliyini bərpa etmiş Müstəqil Azərbaycan Respublikasında hüquqi, dünyəvi və demokratik bir dövlətin qurulması işində 1969-1982-ci illərdə Heydər Əliyevin rəhbərliyi əsasında toplanmış təcrübədən istifadə edilməsi olduqca mühüm əhəmiyyət kəsb edir.

-Tədqiqat işində ilk dəfə olaraq müəllif tərəfindən respublika iqtisadiyyatının yenidən qurulmasında Heydər Əliyevin fəaliyyətinin ümumiləşdirilməsi, Heydər Əliyev tərəfındən irəli sürülən təşəbbüslər, təkliflər, tövsiyələr, 1969-1982-ci illərdə respublika iqtisadiyyatının intensiv və dinamik inkişaf xüsusiyyətlərini əks etdirən çoxsaylı statistik hesablamalar, cədvəllər, əldə edilmiş elmi nəticələr müəllif tərəfindən dissertasiyanın elmi yeniliyi kimi verilir.

Dissertasiyanın praktiki əhəmiyyəti. Dissertasiya işinin əməli əhəmiyyətinə gəldikdə isə onun materiallarından, irəli sürülən tövsiyələrdən, təkliflərdən, çıxarılmış elmi nəticələrdən müasir Azərbaycanın iqtisadi tarixinin yazılmasında istifadə oluna bilər.

Tədqiqat prosesində ilk dəfə olaraq elmi dövriyyəyə gətirilmiş sənəd və materiallardan bu gün - Azərbaycanda müstəqil dövlətin iqtisadi siyasətinin müəyyən edilməsində, köklü iqtisadi, aqrar islahatların keçirilməsində istifadə edilməsi faydalı ola bilər. Tədqiqat işinin iqtisadi materiallarından Azərbaycan tarixinin iqtisadi bölməsinin tədrisində, iqtisadiyyata rəhbərlik prinsiplərinin müəyyənləşdirilməsində, respublika iqtisadiyyatının müasir iqtisadi strukturunun müəyyənləşdirilməsində, ixtisaslaşmanın həyata keçirilməsində aidiyyatı mütəxəssislər tərəfindən istifadə oluna bilər.

Tədqiqatın nəticələri ali məktəblərin bakalavr, magistr pillələrində xüsusi ixtisas kursu kimi tədris oluna bilər.

Tədqiqat işinin aprobasiyası. Dissertasiya işi Bakı Dövlət Universitetinin «Azərbaycan tarixi (humanitar fakültələr üzrə)» kafedrasında yerinə yetirilmişdir. Tədqiqatçı mövzu ilə bağlı respublika əhəmiyyətli bir sıra elmi jurnallarda elmi məqalələrlə, fakültə və kafedralarda təşkil olunmuş seminarlarda, о cümlədən aspirantların və gənc tədqiqatçıların konfranslarında, simpoziumlarda dəyərli elmi məruzələrlə çıxış etmişdir.

Nəşrlər. Dissertasiya işinin ayrı-ayrı bölmələri və əsas müddəaları müəllifin dərc etdirdiyi 5 elmi məqalədə öz əksini tapmışdır.

Dissertasiyanın quruluşu və həcmi. Dissertasiya işi giriş, 3 fəsil, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir. Ədəbiyyat siyahısına 253-ü Azərbaycan dilində və 20-si rus dilində olmaqla, cəmi 273 mənbə daxildir. Statistik materiallan və nəticələri əks etdərən 9 cədvəl də daxil olmaqla işin ümumi həcmi 183 səhifəni əhatə edir.

DİSSERTASİYANIN ƏSAS MƏSMUNU

            Girişdə mövzunun aktuallığı, tarixi-xronoloji çərçivəsi, 1969-1982-ci illərdə Azərbaycanın iqtisadi inkişafında Heydər Əliyevin rolu əsaslandırılmışdır. Vətən tarixinin hər bir problemi kimi bu problemin də kompleks şəkildə tədqiqi zəruriliyi irəli sürülmüş, mövzunun öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, nəzəri-metodoloji məsələləri, mənbə bazası, elmi yenilikləri və praktik əhəmiyyəti hər tərəfli təhlil olunmuşdur.

          Tədqiqatın birinci fəsli 1969-1982-ci illərdə Azərbaycan SSR-in sənayesinin inkişafında Heydər Əliyevin roluna həsr olunmuşdur. Burada Azərbaycanda sənayenin inkişafı sahəsində həyata keçirilən tədbirlər müəyyənləşdirilir. Müstəqil iqtisadiyyatı olmaq millətin gələcəyinin, dövlətin varlığının möhkəm iqtisadi dayağının olması deməkdir (Azərbaycan İqtisadiyyatı. Bakı, «Ağrıdağ» nəşriyyatı, 1998,400 s. (s. 15)). Burada keçmiş SSRİ dövründə ittifaq respublikalarının hər birinin iqtisadiyyatının ümumi xüsusiyyətləri ilə yanaşı, çox mühüm fərqləndirici cəhətlərə də malik olması və eləcə də sovet Azərbaycanın məqsədyönlü tərəqqisində 1969-1982-ci illərdə sənayenin müxtəlif sahələrinin, о cümlədən neft, neft emalı, neft-maşınqayırma, kimya sənayesinin dinamik inkişafının təmin olunmasında Heydər Əliyevin iş təcrübəsi tədqiq olunur.

          Bu fəsildə sənayenin xüsusi tədqiqat obyektlərindən biri də neft sənayesi və onun emalı məsələləridir. Burada başlıca diqqət yetirilən məsələlərdən biri respublikada neft hasilatının artırılmasına böyük təsir göstərən geoloji-kəşfıyyat işlərinin gücləndirilməsində, Qaradağneft, Şirvanneft, Xəzərdəniz-neft idarə və birliyinin işinin daha səmərəli təşkilində, Xəzərdə «Baharlı», «Azəri», «Günəşli» və s. yataqların aşkarlanmasında həyata keçirilən tədbirlərin araşdırılmasıdır.

          Neft hasilatı və emalı ilə bağlı Azərbaycan KP MK və Respublika Nazirlər Sovetinin iclaslarında H.Əliyevin rəhbərliyi ilə tez-tez məsələlər müzakirə edilirdi: 1972-ci il mayın 24-də Azərbaycan KP MK-da «Respublika neftçıxarma sənayesinin vəziyyəti və onu inkişaf etdirmək tədbirləri haqqında»; 1973-cü ilin fevralında Nazirlər Sovetinin iclasında «Xəzər Dəniz Neft Birliyi»nin 1971-1972-ci illərdəki işi haqqında» məsələlər müzakirə edilmişdir. (Azərbaycan Respublikası MDA. f-2941, siy. 14, iş 34, vv. 26-27)

          Bu bölmədə göstərilir ki, 1971-ci ildə Respublika neftçiləri Azərbaycanda bir milyardıncı ton neft çıxarılmışdı. Faktiki materiallar və arxiv sənədləri əsasında aydınlaşdırlır ki, Heydər Əliyevin qayğısı sayəsində respublikada 70-ci illərdə neft hasilatında və emalında uzun illərdən bəri mövcud olan geriliyin aradan qaldırılması və neft çıxarılmasında tərəqqinin başlaması kimi mühüm məsələlərin təhlilinə mühüm önəm verilir.

          1969-1982-ci illərdə neftçıxarmaya nisbətən neft emalı sabit inkişaf etmişdir. Neft emalında ELOU-AVT qurğularının tətbiqi və onun emal işində əhəmiyyətli rolu ümumiləşdirilir.( Azərbaycan Respublikası MDA. f-2941, siy. 10, iş 111, v. 4)

          Bölmədə öyrənilən məsələlərdən biri də 1969-1982-ci illərdə kimya sənayesinin vəziyyətidir. Heydər Əliyevin nəzarəti altında bu illərdə məhsul istehsalı 2.5 dəfə artmışdır. 1969-1982-ci illərdə Respublika Kimya Sənayesi Birliyinin müəssisələrində, Sumqayıt Sintetik Kauçuk, Superfosfat və digər kimya müəssisələrində əldə edilən uğurlar, nəticələr təhlil olunur. Bu illərdə Sumqayıt Kimya Müəssisələri Birliyi üzrə istehsalın həcmi 2-2.5 dəfə artmış, «Kimyasənayesi», «Yeni sintez» birliklərinin işi daha uğurlu olmuşdur. Kimya və neft kimya sənayesinin inkişafı sabit xarakter almışdı.

          Fəslin bu bölməsində qeyd edilir ki, 1969-cu illərdə maşınqayırma sənayesinin xüsusi çəkisi xeyli yüksəlmişdir. «Neftmaşınqayırma» Birliyinin fəaliyyəti geniş təhlil olunur. Bu sahədə istehsalın həcmi 2 dəfə artmışdır. 4400 yeni növ maşın, cihaz, avadanlıq yaradılmış və mənimsənilmişdi. Onların da 400-ü keçmiş SSRİ-də ilk dəfə yaradılmışdı.

          Fəslin ikinci bölməsində 70-ci illərdə müasir istehsal sahələrinin - elektrotexnika, cihazqayırma, elektron, dəzgahqayırma, avtomatlaşdırma, əlvan və qara metallurgiya kimi yeni sənaye sahələrinin yaradılmasında Heydər Əliyevin rolu öyrənilir.

          1975-ci ildə fəaliyyətə başlayan Bakı Məişət Kondisionerləri Zavodu respubikada elektrotexnika sənayesinin başlanğıcını qoydu.( Андриянов В., Миралламов Г. «Гейдар Алиев». Жизнь замечательных людей. Москва. «Молодая гвардия», 2005, 400с.) Sonra 70-ci illərdə istifadəyə verilmiş radio, maşınqayırma, iri elektrotermik soba zavodları, məişət cihazları, avtomatik idarəetmə qurğuları istehsal edən sahələrin yaradılması bu işin davamı oldu. 70-ci illərdə H.Əliyevin göstərişi ilə Azərbaycan Boru- Prokat Zavodu yeniləşdirildi, yeni aliminium zavodları tikildi.

          I fəslin üçüncü bölməsində isə 1969-1982-ci illərdə respublikada yüngül və yeyinti sənayesinin inkişafında Heydər Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti şərh olunur.

          Bu illərdə respublikada 1005 sənaye müəssisələrinin fəaliyyət göstərdiyi, onlardan 531-i ağır, 31-i energetika, 18-i yanacağın, 12-i metallurgiyanın, 164- ü maşınqayırmanın, 25-i kimya və neft kimyasının, 204-ü yüngül və 28-si süd istehsalı sənayesinin və s. payına düşürdü.

          Barama istehsalı bu illərdə 1.5 dəfə, pambıq emalı 2.1 dəfə artmışdır.(Azərbaycan tarixi, 7 cilddə, 7-ci cild Bakı, «Elm» 2003. 676 s) Təkcə, 1976-1980-ci illərdə yüngül və yeyinti sənaye məhsullarının istehsalı 1,4 dəfə, mədəni-məişət və təsərrüfat malları istehsalı 2.7 dəfə, yüngül sənaye məhsullarının çeşidi 45 faiz artmışdır. Gəncə Xalça Kombinatının, Şəki İpək Kombinatının işi yenidən qurulmuşdur.

          İşin ikinci fəslində 1969-1982- illərdə Azərbaycan SSR-in kənd təsərrüfatında əkinçilik və heyvandarlığın inkişaf etdirilməsində Heydər Əliyevin fəaliyyətindən bəhs olunur.

          Bu fəsildə respublika iqtisadiyyatında kənd təsərrüfatının xüsusi çəkisinin artması aqrar bölmədəki problemlər, kənd təsərrüfatında 60-cı illərdəki vəziyyət təhlil edilir, 1969-cü ildən başlayaraq əkinçilikdə baş verən keyfiyyətli dəyişikliklər, xüsusilə taxılçılığın, bağçılığın, tərəvəzçiliyin dirçəldilməsi, bu sahələrin qabaqcıl istehsal sahələrinə çevrilməsi məsələləri, bu sahədə Heydər Əliyevin məqsədyönlü fəaliyyəti öyrənilir, müvafiq ümumiləşdirmələr aparılır, Respublikada heyvandarlığın inkişafını əmin edən tədbirlərin həyata keçirilməsi və onların nəticələri şərh edilir.

          70-ci illərdə Azərbaycanda 124 təsərrüfatlararası birlik və kompleks yaradılmışdır. Heydər Əliyevin səxsi təşəbbüsü ilə respublikada əkin üçün yararlı olan 6670.1 min hektar torpaq sahəsinin 77.2 faizi kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə olunması təmin edilmişdir. Heydər Əliyevin 1969-1982- ci illərdə yetirdiyi iqtisadi siyasətin nəticələri, xüsusilə ümumi məhsulun illik həcminin təqribən 21 faizdən 47 faizə qalxması və digər məsələlər şəhr edilir. Əsas istehsal fondlarının artımı 62 faiz, ümumi məhsulun həcmi 85 faiz olmuşdu.(Zeynalov İ.X. «Azərbaycanın sosial-iqtisadi inkişafı (70-80-ci illər)», Bakı, Bakı Universiteti nəşriyyatı, 1996, s. 17)

          Bu fəsildə qeyd edilir ki, 1969-1982-ci illərdə Azərbaycanda kənd təsərrüfatının ixtisaslı kadrlarla təmin edilməsində Heydər Əliyevin rolu əvəzolunmazdır. Bu illərdə ali məktəblər kənd təsərrüfatı üçün 14600 nəfər ixtisaslı kadr hazırlamışdır, kənd təsərrüfatı strukturlarında 35 min nəfərdən çox ali və orta təhsilli mütəxəssis cəmlənmişdir ki, bu da 60-cı illərdəkindən 2.1 dəfə çox idi.

          H.Əliyevin taxılçılığın inkişafına xüsusi qayğısının nəticəsi idi ki, respublikada taxıl istehsalı 1969-1980-ci illərdə 2.1 dəfə artmış, taxıl istehsalı 574 min tondan 1.182 min tona çatmışdır. Taxılçılıqda mərkəzləşdirmə sistemi həyata keçirilmişdir. (Əliyev H.Ə. Sovet Azərbaycanı. Bakı, «Azərnəşr», 1981, s.65-66)

          Həmçinin dənli bitkilərin məhsuldarlığı 1970-ci ildə hər hektardan 11.6 sentnerdən, 1980-ci ilədə isə hər hektardan 23.2 senterə çatmışdır.

          1969-cu il avqust plenumunda göstərilir ki, 60-cı illərdə respublikada tərəvəzçiliyə və bostançılığa və meyvəçiliyə rəhbərlik zəif olmuşdur. Lakin işin bu bölməsində 1969-1982-ci illərdə bu sahəyə münasibətin dəyişməsi və sahənin işinin yenidən qurulması, Heydər Əliyevin rəhbərliyi altında bağcılıq, bostançılıq və tərəvəzçilik sahəsində iri təsərrüfatın yaradılması, bu sahədə Lənkəran-Astara, Quba-Xaçmaz iqtisadi zonaların meyvəçilik, tərəvəzçilik mərkəzlərinə çevrilməsi ilə bağlı məsələlərin öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. H.Əliyevin rəhbərliyi altında yeni tədarük məntəqələri, Qubada, Zaqatalada, Xudatda, Xaçmazda, Lənkəran və Astarada iri konserv zavodlan tikilib istifadəyə verilmişdir. Nəticədə 1969-1980-ci illərdə respublikada tərəvəz istehsalı 2,4 dəfə (Сельское хозяйства Азербайджана. Баку, «Азернешр», 1980, с.ЗЗ), meyvə istehsalı 2.8 dəfə çoxalmışdır. Respublikada tərəvəz istehsalı 1 milyon tona, hektarın məhsuldarlığı isə 220 sentnerə çatdırılmışdır.

          II fəslin üçüncü bölməsində öyrənilməsinə diqqət yetirilən məsələlərdən biri də Respublika kənd təsərrüfatında heyvandarlığın inkişafı ilə bağlı Heydər Əliyevin fəaliyyətinin önə çəkilməsidir. Bunun nəticəsidir ki, 1979-cu ildə ölkəyə 1969-cu ilə nisbətən 1.5 dəfə çox ət, 1.5 dəfə çox yun, 2.2 dəfə çox yumurta təhvil verilmiş, süd sağımı 2.4 dəfə, dövlətə satılan qaramalın diri çəkisi 1.4 dəfə, 1969- 1982-ci illərdə respublikanın təsərrüfatlarında heyvandarlığın ümumi məhsulu 2.1 dəfə artmışdır. Bu illərdə qoyunçuluğun inkişafında dönüş yaranmış, sahənin inkişafı əsasən 3 zonda ixtisaslaşdınlmış, 1969-1982-ci illərdə qoyunların sayı 55 % çoxalmışdır.( Əmirov Н.Т. Azərbacan SSR-nin kənd təsərrüfatı 60-80-ci illərdə. Bakı, «Elm», 1989, s.214)

          İşin üçiincü fəsli 1969-1982-ci illərdə respublikada texniki bitgilərin inkişafına və kənd təsərrüfatının texniki təchizatının yaxşılaşdırılmasına Heydər Əliyevin qayğısından bəhs edilir. Respublikada pambıqçılığın və üzümçülüyün inkişaf etdirilməsində Heydər Əliyevin siyasəti məsələlərinə həsr edilmişdir. H.Əliyevin qayğısı və fədakar əməyi sayəsində əmək məhsuldarlığı 1969-1982-ci illərdə 2.5-2.6 dəfə artmışdır. Pambıqçılıq 21 rayonda, 370 təsərrüfatda cəmləşdirilmişdi.

          Burada 1969-1982-ci illərdə üzümçülüyün inkişaf etdirilməsi sahəsində kompleks tədbirlərin hazırlanmasında və həyata keçirilməsində Heydər Əliyevin rolu araşdırılır. 70-ci illərdə üzümçülükdə həyata keçirilən təmərküzləşmə nəticəsində 672 üzümçülük təsərrüfatı yaranır ki, onlardan da 428-i kolxozlarda, Kənd Təsərrüfatı Nazirliyinin nəzdində, 114-ü sovxozlarda, 130-u isə keçmiş SSRİ Yeyinti Nazirliyinin nəzdində olan sozxozlarda yerləşirdi.(Большой виноград Азербайджана, Баку, «Азернешр», 1980, с. 18-19) Respublikada üzümçülük əsasən Abşeron, Cəlilabad, Şamaxı, Qazax, Tovuz, Şəmkir, Xanlar rayonlarında cəmləşdirilmişdi.

          Bölmədə üzümçülüyün dinamik inkişafını təmin edən, məhsuldarlığın inkişafına yönəlmiş tədbirlərin həyata keçirilməsi və məhsul istehsalının 1971-ci ildəki 380.6 min tondan 1982-ci ildə 1816.0 min tona çatdırılmasında, hektardan məhsuldarlığın 91 sentnerə çatdınlmasında Heydər Əliyevin iş təcrübəsindən bəhs edilir. (Əliyev H.Ə. Sovet Azərbaycanı. Bakı, «Azərnəşr», 1981, s.65)

          Fəslin ikinci bölməsində Respublikada tütün, barama, çay və digər sahələrdə istehsalın yüksəldilməsi ilə bağlı məsələlərin öyrənilməsindən təxirə salınmaz tədbirlərin həyata keçirilməsində Heydər Əliyevin rolu şərh edilir.

          Fəsildə bəhs edilən təsərrüfat sahələrindən biri də baramaçılıqdır. Qeyd olunur ki, baramaçılıq-ipəkçilik öz inkişafını yalnız 1969-1982-ci illərdə, Heydər Əliyevin rəhbərliyi və qayğısı sayəsində tapmışdır. 1971-ci il 17 martda Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan KP MK və Respublika Nazirlər Soveti «Azərbaycan SSR-də ipəkçiliyi inkişaf etdirmək tədbirləri haqqında» 1976-cı ilin aprelində «Azərbaycan SSR-də ipəkçiliyin daha da intensivləşdirilməsi tədbirləri haqqında» qəbul olunmuş qərarın yerinə yetirilməsindən bəhs edilir. İpəkçilik respublikanın 23 rayonunda cəmləşdirilmişdi.

          Görülmüş tədbirlərin nəticəsində respublikada 1969-1982-ci illərdə dövlətə satılan barama 1.4 dəfədən çox artmışdır. 1969-1982-ci illərdə barama istehsalı 1.6 dəfə artmışdır. Baramaçılıq respublikanın Şəki, Bərdə, Ordubad, Balakən, Zaqatala, Ağdaş, Qax, Qəbələ və digər rayonlarında üstünlük təşkil edirdi. (Azərbaycan Respublikası MDA, f. 411, siy. 36, iş 235, v.99)

          Fəsildə bəhs edilən kənd təsərrüfatı sahələrindən biri də çayçılıq təsərrüfatıdır. Bu təsərrüfat sahəsinə 1969-1982-ci illərdə diqqət daha da artmışdır. Çayçılıq respublikanın Lənkəran, Astara, Masallı və Lerik rayonlarında cəmləşdirilmişdir. Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən kompleks tədbirlər nəticəsində 1969-1982-ci illərdə çay yarpağı istehsalı 2.1 dəfə artmışdır.

          1980-1982-ci illərdə də bu sahənin inkişafı davam etdirilmişdir. 1980-cı ildə 21.8 min ton, 1981-ci ildə 25.5 min ton, 1982-ci ildə isə 96.7 min ton çay yarpağı istehsal etmək mümkün olmuşdur. Respublikada çayçılığın sonrakı inkişafi öz əksini Azərbaycan KP MK və Respublika Nazirlər Kabinetinin 1982-ci il dekabrın 2-də qəbul etdiyi «1982-1985-ci illərdə respublikada çay təsərrüfatının və çay sənayesinin inkişafına dair» 533 saylı qərarda öz əksini tapmışdır. Azərbaycan çayı 1975-ci ildə Macarıstanda, 1982-ci ildə Anqolada, 1984-cü ildə Estoniyada, 1982-1986-cı illərdə Çexoslavakiyada xüsusi diplomlara, mükafatlara layiq görülmüşdür. 1982-ci ildə Leyrsiqdə, 1986-cı ildə Bolqanstanda nümayiş etdirilən «Azərbaycan buketi» qızıl medalla təltif olunmuşdur.( Əliyev İ.H. «Heydər Əliyev və Azərbaycanın kənd təsərrüfatı», Bakı, «Azərnəşr», 1997, s.96)

          Fəslin üçüncü bölməsində kənd təsərrüfatında texniki təchizatın genişləndirilməsində Heydər Əliyevin rolundan bəhs edilir. Bölmədə respublika kənd təsərrüfatının yeni texnika ilə - traktor, kombayn, avtomaşın və digər texnika ilə təchiz edilməsi ilə bağlı həyata keçirilən kompleks tədbirlər araşdırlır, 1980-cı ildə 1970-ci illə müqayisədə respublikanın kənd təsərrüfatında işləyən traktorların sayı 34.9 %, taxıl biçən kombaynların sayı 2.8 dəfə, otpresləyən texnikanın sayı 2.9 dəfə artmışdır.

          İşin nəticə hissəsində tədqiqatın yekunları verilir. Burada Heydər Əliyevin iki dəfə, ayrı-ayrı zaman kəsiyində 1969-1982-ci illərdə və 1993-2003-cü illərdə Azərbaycana rəhbərliyi dövründə respublikanın iqtisadi inkişafında əldə edilən böyük uğurlardan bəhs edilir. Əsas nəticələrdən biri ondan ibartədir ki, Müstəqil Azərbaycan Respublikasında soisal-iqtisadi sahədə aparılan islahatların, quruculuq işlərinin, yeni iqtisadi münasibətlərin əsası hələ H.Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi zaman kəsiyində həyata keçirdiyi tədbirlər nəticəsində qoyulmuşdur.

          1969-1982-ci illərdə Heydər Əliyev Respublikaya rəhbərlik etdiyi dövrdə Azərbaycanın iqtisadi inkişafını təmin etmək üçün mərkəzdəki nüfuzundan bacarıqla istifadə etmişdir və Sov.İKP MK və SSRİ Nazirlər Soveti respublikanın həyatında köklü dəyişikliklərə, dinamik, intensiv inkişafı təmin edən mühüm qərarların qəbul etdirilməsinə nail olmuşdur.

          1969-1982-ci illərdə respublikada kənd təsərrüfatının müxtəlif sahələrində kompeks tədbirlərin həyata keçirilməsi nəticəsində istehsalın həcmi əhəmiyyətli dərəcədə artmış, 1970-ci ilə nisbətən Milli gəlir 1982-ci ildə 2.6 dəfə, sənaye istehsalının ümumi həcmi 2.5 dəfə, kənd təsərrüfatı məhsullarının həcmi 2.8 dəfə, taxılçılıqda, üzümçülükdə, çayçılıqda, tütünçülükdə, tərəvəzçilikdə məhsuldarlıq 1.8-2.6 dəfə, heyvandarçılıqda isə 2.6 dəfə yüksəlmişdir. Milli gəlirdə kənd təsərrüfatının xüsusi çəkisi 1.6 dəfə, sənaye məhsulları istehsalı 2.2 dəfyə artmış və 1969-1982-ci illərdə respublikada 230-dan çox sənaye müəssisəsi tikilib istifadəyə verilmişdir.

          1969-1982-ci illərdə respublika kənd təsərrüfatında da çox böyük irəliləyişlər baş vermişdi: taxıl istehsalı 2.1 dəfə, pambıq istehsalı 2.5 dəfə, üzüm istehsalı 3.8 dəfə, tərəvəz istehsalı 2.4 dəfə, tütün istehsalı 2.1 defə, çay istehsalı 2.1 dəfə çoxalmışdır.

          H.Əliyevin böyük ve gərgin əməyi sayəsində 1981-ci ildə respublikada 1 milyon 15 min 300 ton pambıq istehsal olunmuşdur.

          1969-1982-ci illərdə kənd təsərrüfatnın ən yüksək inkişaf etdirilən sahələrindən biri, Heydər Əliyevin daha çox diqqət yetirdiyi sahə üzümçülük olmuşdur. 1969-cu ildə 232 min ton üzüm istehsal olunmuşdursa, bu rəqəm 1982-ci ildə 1815.6 min tona yüksəlmişdir. Üzüm bağlarının ümumi sahəsi isə 260 min hektara çatmışdır.

          1969-1982-ci illərdə taxıl istehsalıda 573.9 min tondan 1211.3 min tona, tərəvəz istehsalı müvafıq olaraq 372 min tondan 916.7 min tona, meyvə istehsalı 52.9 min tonlan 345 min tona çatmışdır.

        -Hesab edirik ki, tədqiq olunan dövrdə respublika iqtisadiyyatının inkişafında qazanılmış uğurlar, müvəffəqiyyətlər hər şeydən əvvəl 1969-1982-ci illərdə Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsi və iqtisadiyyata Milli münasibətin yaraması ilə əlaqədar olmuşdur;

          -Bu, H.Əliyevin şəxsi keyfıyyətləri, zəngin iş təcrübəsi, güclü təşkilatçılığı, problemləri, hadisələrə, iş intizamına, tapşrıqları isə cavabdehliyə çox ciddi yanaşması prinsipial mövqeyi ilə;

      -Bu, respublika iqtisadiyyatına H.Əliyevin Milli mövqedən yanaşması, Milli iqtisadi strukturların yaradılması, iqtisadiyyatda, о cümlədən kənd təsərrüfatında ixtisaslaşma və mərkəzləşdirmənin ardıcıl olaraq həyata keçirilməsi, bu prosesdə respublikanın regionlarının iqlim və torpaq xüsusiyyətlərinin ciddi şəkildə nəzərə alınması ilə;

         -Bu, istehsal sahələrinin maddi-texniki bazasınm möhkəmləndirilməsi, ağır zəhmət tələb edən əməyin mexanikləşdirilməsi, elektrikləşdirilmə, avtomatlaşdırma, iri komplekslərin, birliklərin yaradılmasına üstünlük verilməsi ilə;

          -Bu, istehsal sahələrində kimyalaşdırma və müasir avadanlıqlardan geniş istifadə olunması, istehsalı elmi prinspiləri əsasında, elmin-texnikanın ən son nailiyyətlərinn tətbiqi əsasında qurulmasının təmin olunması ilə;

          -1969-1982-ci illərdə Heydər Əliyevin Azərbaycanda həyata keçirdiyi nailiyyətlər, əldə etdiyi uğurlar onun görkəmli dövlət xadimi, uzaqgörən, müdrik, Milli dəyərləri yüksək olan rəhbər olduğunu sübut etdi. Bunun nəticəsi idi ki, SSRİ Ali Soveti Rəyasət Heyətinin 22 noyabr 1982-ci il tarixli qərarı ilə Heydər Əlirza oğlu Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildi.

       Nəhayət, 1969-1982-ci illərdə Heydər Əliyevin iqtisadi siyasətinin uğurları, nailiyyətləri üzərində bu gün özünün memarı olduğu müstəqil Azərbaycanda hüquqi, demokratik dövlət qurulur və möhkəmlənir.

        1993-2003-cü illərdə Heydər Əliyevin Azərbaycanda yenidən rəhbərliyə gəlməsi ilə ölkədə yaranmış ağır iqtisadi böhran aradan qaldırıldı, köklü islahatlar həyata keçirildi, Azərbaycanın bu gününün və gələcəyinin təhlükəsizliyini təmin edən neft strategiyası hazırlandı və uğurla həyata keçirilməyə başlandı. Azərbaycan regionda ən güclü dövlətə çevrildi, dünyaya inteqrasiya edildi və s.

Dissertasiyanın mövzusu üzrə çap olunmuş elmi əsərlərin siyahısı:

 1.Nəbiyev B.E. Azərbaycanın yüngül və yeyinti sənayesi (1969-1982-ci il- lər) // Azərbaycan Pedaqoji Universitetinin Xəbərləri: humanitar elmlər seriyası. Bakı, 2006, №3, s.212-218.

2.Nəbiyev B.E. 1969-1982-ci illərdə Azərbaycanın kənd təsərrüfatının inkişafı // Bakı Universitetinin Xəbərləri: humanitar elmlər seriyası. Bakı, №4, s.285-289.

3. Nəbiyev B.E. Azərbaycan SSR-də Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrdə respublikada iqtisadi vəziyyət // Tarix və onun problemləri. Bakı, №2, s.98-102.

4.Nəbiyev B.E. XX yüzilliyin 70-ci illərində respublika sənayesində müasir istehsal sahələrinin yaradılmasında Heydər Əliyeviın rolu // Bakı Universitetinin Xəbərləri: humanitar elmlər seriyası. Bakı, 2006, №3, s. 139-143.

5.Nəbiyev B.E. XX yüzilliyin 70-ci illərində Azərbaycan SSR-də kənd təsərrüfatının inkişafında texniki təchizatın rolu // Tarix və onun problemləri. Bakı, 2006, №4, s.177-182.

http://www.aak.gov.az/avtoref_to_mudaf/pdf_to_mudaf/tar/tar_n_nbe_30_11_07.pdf