"Şərq-Qərb enerji dəhlizi reallıqdır" mövzusunda beynəlxalq konfransda Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi (Vaşinqton, 25 fevral 2003-cü il) sənədinə tarixi arayış


25 fevral 2003-cü il tarixdə Heydər Əliyev ABŞ-a səfəri çərçivəsində “Şərq-Qərb enerji dəhlizi reallıqdır” mövzusunda konfransda iştirak edib. Konfrans Amerika-Azərbaycan Ticarət Palatası, Amerika-Gürcüstan Biznes Şurası, Amerika-Türkiyə Şurası və ABŞ hökuməti tərəfindən birgə təşkil olunub. Azərbaycanın karbohidrogen yataqlarının istismarı və dünya bazarında mühüm təchizatçıya çevrilməsi regionun inkişaf perspektivlərinin, sabitliyin və təhlükəsizliyin təmin edilməsində mühüm amildir.

Bu gün Azərbaycan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum əsas neft və qaz ixrac boru kəmərlərini istifadəyə verməklə həm Şərq-Qərb enerji dəhlizinin reallaşmasına, həm Avropanın enerji təhlükəsizliyinə, həm də regionun tranzit əhəmiyyətinin artmasına öz töhfəsini vermiş olur. Bu layihələrdən əldə edilən siyasi və iqtisadi mənfəətlərlə yanaşı, Azərbaycan regional əməkdaşlığın gücləndirilməsində də aparıcı dövlətə çevrilib. Artıq hamı üçün danılmaz faktdır ki, regional əməkdaşlıq yalnız Azərbaycanın iştirakı ilə mümkündür.

“Böyük liderin 90 anı”, Heydər Əliyev irsini Araşdırma Mərkəzi, “Şərq-Qərb”, Bakı-2013, s.231