Pakistan İslam Respublikasının prezidenti zati-aliləri cənab Pərviz Müşərrəfə - 27 fevral 2003-cü il


Hörmətli cənab prezident!

Təyyarə qəzası nəticəsində Pakistan Hərbi Hava Qüvvələrinin Baş Komandanı, aviasiya marşalı Mushəf Əli Mirin və digər sərnişinlərin həlak olması xəbəri məni ürəkdən kədərləndirdi.

Bu faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və bütün Pakistan xalqına dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 28 fevral 2003-cü il.