Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İran İslam Respublikasının Prezidenti zati-aliləri cənab Seyid Məhəmməd Xatəmiyə təbriki - Bakı şəhəri, 11 iyun 2001-ci il


Hörmətli cənab Prezident!

İran İslam Respublikasının prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı əlaqələrin hərtərəfli inkişafına böyük əhəmiyyət verirəm. Əminəm ki, bu gün dost ölkələrimizi birləşdirən mehriban qonşuluq, qarşılıqlı anlaşma və faydalı əməkdaşlıq münasibətləri daim genişlənəcək və möhkəmlənəcəkdir. Ümidvaram ki, ikitərəfli sıx əlaqələrimiz bundan sonra da xalqlarımızın iradəsinə uyğun şəkildə inkişaf edərək regionumuzda sülhün və sabitliyin bərqərar olunmasına, ölkələrimizin çiçəklənməsinə mühüm töhfələr verəcəkdir.

Sizə möhkəm cansağlığı, səadət, qardaş İran xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Oçerklər

Azərbaycan - Asiya

Ümumi tarixi arayış

Azərbaycan - Asiya

Tarixi arayış

Azərbaycan - Asiya