Türkiyə Respublikasının baş naziri əlahəzrət xanım Tansu Çillərə - 28 oktyabr 1993-cü il


Hörmətli xanım T.Çillər!

Milli bayram - Respublika elan edilməsi gününün 70 illiyi münasibətilə sizi ürəkdən təbrik edir, sizə və bütün Türkiyə xalqına dinclik, səadət və müvəffəqiyyətlər arzulayıram.

Ümidvaram ki, ölkələrimiz arasında dostluq və sıx əməkdaşlıq sülh işinə, xalqlarımızın tərəqqisinə və əmin-amanlığına xidmət edəcəkdir.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 29 oktyabr 1993-cü il.