İspaniyanın kralı əlahəzrət I Xuan Karlosa - Bakı şəhəri, 5 oktyabr 2002-ci il


Əlahəzrət!

İspaniya Krallığının milli bayramı - İspan milləti günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Əminəm ki, ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafı daim xalqlarımızın mənafeyinə xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İspaniya xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 6 oktyabr 2002-ci il.

Tarixi arayış