Hörmətli cənab prezident!
İstanbul yaxınlığında baş vermiş avtomobil qəzası nəticəsində insan tələfatı xəbəri məni ürəkdən kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailə üzvlərinə və yaxın adamlarına, bütün qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
"Azərbaycan" qəzeti, 21 oktyabr 2003-cü il.