Azərbaycan Respublikasının Prezidenti Misir Prezidenti Hüsni Mübarəklə söhbətdən - 14 dekabr 1994-cü il


... Mənim Zirvə toplantısındakı çıxışım barədə səmimi sözləriniz üçün sizə təşəkkür edirəm və bildirirəm ki, mən də sizin çıxışınızı çox böyük maraqla dinlədim. Siz də öz çıxışınızda bizi narahat edən məsələlərə geniş yer ayırdınız.

Bildirmək istəyirəm ki, Ermənistanın Azərbaycana təcavüzü gənc müstəqil respublikamız üçün çoxlu problemlər yaratmışdır: ərazimizin 20 faizi işğal edilib, qaçqınlarımızın sayı bir milyon nəfərdən çoxdur. Bizi daha çox narahat edən qaçqınların olduqca ağır şəraitdə yaşamasıdır və qışın yaxınlaşması onların çətinliklərini daha da artırmışdır. Lakin bütün çətinliklərə baxmayaraq biz münaqişənin sülh yolu ilə nizama salınmasına tərəfdarıq və bu istiqamətdə bir sıra mühüm addımlar atmışıq...

Mən sizi Azərbaycana səfərə gəlməyə dəvət edirəm.