Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə gəlməsi ilə Azərbaycan Ordusunun formalaşdırılması prosesinə başlanılması yeni mərhələyə qədəm qoydu. Məhz Heydər Əliyev yerli özünümüdafiə və könüllü batalyonlar adı altında fəaliyyət göstərən silahlı birləşmələri ləğv edərək, vahid komandanlığa tabe olan nizami ordu yaratdı. Ordu quruculuğunun əsas tərkib hissəsi olan hərbi təhsil, ixtisaslı hərbi kadrların hazırlanması prosesi də daim diqqət mərkəzində idi. Əsası C.Naxçıvanski adına hərbi liseylə qoyulan hərbi təhsil müəssisələrinin sayı nüfuzlu ali hərbi təhsil ocaqları hesabına daha da genişləndi.
1997-ci ildə Azərbaycan Ali Hərbi Məktəbi yaradıldı. H.Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzaladı. Bu gün Azərbaycan ordusunda Ali Hərbi Məktəbin yüzlərlə məzunu şərəf və məsuliyyətlə xidmət göstərməkdədir.
“Böyük liderin 90 anı”, Heydər Əliyev irsini Araşdırma Mərkəzi, “Şərq-Qərb”, Bakı-2013, s.189