Makedoniya Respublikasının Prezidenti zati-aliləri cənab Boris Traykovskiyə - Bakı şəhəri, 26 noyabr 1999-cu il


Hörmətli cənab prezident!

Makedoniya Respublikasının prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Makedoniya arasında təşəkkül tapan dostluq münasibətlərinə böyük əhəmiyyət verirəm. Ümidvaram ki, ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın rifahı naminə daim genişlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Makedoniya xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

Tarixi arayış

Azərbaycan - Avropa