İspaniyanın kralı əlahəzrət I Xuan Karlosa - Bakı şəhəri, 5 yanvar 2003-cü il


Əlahəzrət!

65 illik yubileyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan ilə İspaniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında Sizin xidmətlərinizi yüksək qiymətləndirirəm. Əminəm ki, əlaqələrimizn daha da genişləndirilməsi və inkişaf etdirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İspaniya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 7 yanvar 2003-cü il.

Tarixi arayış