Sinqapur Respublikasının Prezidenti zati-aliləri cənab C.N.Natana - Bakı şəhəri, 7 avqust 2001-ci il


Hörmətli cənab prezident!

Sinqapur Respublikasının milli bayramı - Milli gün münasibətilə Sizi və dost Sinqapur xalqını səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, ölkələrimiz arasında təşəkkül tapmaqda olan dostluq münasibətləri xalqımızın rifahı naminə daim inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və əmin-amanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 9 avqust 2001-ci il.

Oçerklər

Azərbaycan - Asiya

Ümumi tarixi arayış

Tarixi arayış