ABŞ-dan Əliyevə tam dəstək


Vaşinqton. Prezident Heydər Əliyevin Vaşinqtona səfəri Bakı-Vaşinqton münasibətlərində yeni bir mərhələnin başlanğıcını qoydu. Ağ evdə keçirilən görüşlərdə ABŞ-la Azərbaycan arasında 8 milyard dollarlıq saziş imzalandı. Vaşinqtona səfər edən "ilk Azərbaycan Prezidenti" olan Əliyev ABŞ-ın Azərbaycana humanitar yardımlarını qadağan edən qanuna və Dağlıq Qarabağ məsələsinə dair Amerika hökumətinin himayəsini aldı.

Bir neçə saat sürən görüşdən sonra yayılan birgə bəyanatda iki ölkə arasında "hər sahədə" əlaqələrin və əməkdaşlığın genişləndirilməsi və gücləndirilməsi mövzusunda razılıq əldə olunduğu qeyd edildi.

Klinton hökumətinin Azərbaycanın ərazi bütövlüyünü və demokratik yolla inkişafını dəstəklədiyi və iki ölkə arasındakı yaxın münasibətlərin regionda sülh və əmin-amanlıq üçün böyük əhəmiyyət kəsb etdiyi vurğulandı.

Klinton və Əliyevin Dağlıq Qarabağ münaqişəsini tezliklə və sülh yolu ilə həll olunmasını istədikləri və nizamlanmanın ATƏT-in Lissabon sammiti prinsipləri çərçivəsində gerçəkləşdirilməsi barədə də razılığa gəldikləri göstərildi.

Erməni lobbisinin səyləri uğursuz oldu

Həmin sənəddə göstərildi ki, Amerikadakı erməni lobbisinin səyləri ilə çıxarılmış və ABŞ-ın Azərbaycana humanitar yardım göstərməsini qadağan edən qanun iki ölkə arasındakı münasibətlərin potensialını məhdudlaşdırır. Prezident Bill Klintonun bu qanunun dəyişdirilməsini "qüvvətlə" dəstəklədiyi vurğulandı.

"Milli qəzetə",
Türkiyə, 3 avqust, 1997-ci il