- Əziz şəkililər!
Bacılar və qardaşlar!
Dostlar!
Mən sizın hamınızı səmimi qəlbdən salamlayıram. Sizə, bütün şəkililərə öz hörmət və ehtiramımı bildirirəm, xoş arzularımı çatdırıram. Hamınıza cansağlığı, səadət və gələcək həyatınızda uğurlar arzulayıram.
Şəki Azərbaycanın ən qədim şəhərlərindən, yəni insan məskənlərindən biridir. Şəkinin çox zəngin tarixi var. Şükür olsun ki, Şəkıdən çox tarixçi alimlər də çıxıbdır. Onlar Şəkinin tarıxini, əsrlər boyu Şəkinin yaşantısını yazıblar, xalqa bildiriblər. Bunların hamısı məlumdur. Bu barədə bu gün danışmağa ehtıyac yoxdur. Ancaq onu demək istəyirəm ki, Şəki Azərbaycanın gözəl guşələrindən biridir. Ona gözəllık verən, birincisi, onun təbiətidir. Mən burada durmuşam, bu dağlara baxıram. Onlara baxdıqca adamın ürəyi açılır, adam ilhama gəlir, adam təbiəti, dünyanı görür. Amma təkcə bunlar deyil, Şəkinin təbiətində o qədər gözəlliklər var ki, hər birini ayrı-ayrılıqda təsvir ediblər və təsvir etməyə də ehtiyac var.
Şəkidə yaşayan insanlar əsrlər boyu buranı qurub yaradıblar. Ona görə də Şəkidə tarixi-memarlıq abidələri, bizim milli mədəniyyətimizi əks etdirən gözəl abidələr yaranıb, bu günə qədər gəlib çatıbdır. Beləliklə Şəkini bir muzeyə çevıriblər. Bunların hamısı insanları Şəkiyə cəlb edir. Dünyanın çox yerlərindən Azərbaycana gələn adamlar Şəkıni. oxuduqları kitablardan, aldıqları məlumatlardan yaxşı tanıdıqlarına görə muttəq Şəkıni zıyarət etmək ıstəyiblər. Şəkı öz xüsusiyyətlərınə görə fərqlənir, burada həmişə sənətkar adamlar, zəhmətkeş ınsanlar olub, onlar öz gözəl sənət nümunələri ilə Şəkini təkcə Azərbaycanda yox, bu bölgədə yox, bütün Şərq aləmində məşhurlaşdırıblar.
Eyni zamanda, Şəkinın tarixində faciəli hadısələr də olubdur. Şəkiyə hücumlar olub, Şəki hökmdarları özlərini, xalqı qorumaq üçün döyüşlərə giriblər. Bəzən uduzublar, bəzən udublar, qalıb gəliblər. Ancaq yaşayıblar və Şəkı, yenə də deyirəm, Azərbaycanın çox gözəl bir guşəsi, parlaq bir hissəsi kimi, bu gunə gəlib çatıbdır.
Şəki-böyük insanlar-sıyasi xadimlər, elm, mədəniyyət xadimləri yetirmişdir. Azərbaycan xalqının fəxri olan Mirzə Fətəli Axundov kimi insan öz həyat yolunu məhz Şəkidən başlamışdır. O, burada doğulmuş, burada böyümüş, Azərbaycan xalqının mədəniyyətinə, elminə, xüsusən, fəlsəfə elminə böyük töhfələr vemişdir. Azərbaycanda dünyəvi teatrın yaranmasında onun əsərlərinin, şəxsən onun özünün böyük xidmətləri olmuşdur.
Azərbaycanın görkəmli siyasi xadimi Fətəli xan Xoyski vaxtilə, çar Rusiyası zamanı Dumanın üzvü olmuşdur. 1918-ci ildə Azərbaycan flk dəfə müstəqilliyini əldə edərkən, Xalq Cümhuriyyətini yaradanlar hökumətə başçılıq etməyi məhz Fətəli xan Xoyskiyə etibar etmişlər. O, uzun müddət hökumətə başçılıq edib və sonra isə erməni terrorçuları tərəfındən qətlə yetirilmişdir. Burada digər siyasi xadimlər də yetişmişdir.
Dediyim kimi, Şəki bizim Azərbaycan mədəniyyətinin, musiqisinin memarlığının inkişafında çox böyük rol oynayıbdır. Amma bunu da təmin edən insanlar olmuşlar. Bu insanlar həm tariximizdə, həm də mədəniyyətimizdə var: Rəşid bəy Əfəndiyev, Salman Mümtaz, Sabit Rəhman, burada bizimlə bərabər, bir yerdə olan böyük şairimiz Bəxtiyar Bahabzadə və bir çox başqalşrı.Şəki böyük alimlər də yetiribdir. Onlardan biri, böyük tarixçı, professor Yaqub Mahmudov, - o, indi buradadır, - bu ya-xınlarda həyatdan gedən Yaşar Qarayev, bir çox başqa alimlər Şəkinin yetirmələridir.
Əgər bizim musiqi mədəniyyətimizi götürsəniz, orada ən yüksək səviyyədə tanınan, sayılan və musiqi mədəniyyətimizə gözəl töhfələr verən insanların da bəziləri Şəkidə doğulmuş, buradan pərvazlanmışiar.
Böyük bəstəkarımız Cövdət Hacıyev, Azərbaycanda ilk qadın bəstəkarlardan olan Şəfiqə Axundova. Sabit Rəhmanın oğlu Emin Sabitoğlu bizim çox gözəl, müasir bəstəkaıiarımızdan biri idi. Digər, bəstəkarlarımız da var.
Yerdən səslər: Xəyyam Mirzəzadə...
Heydər Əliyev: Xəyyam Mirzəzadə də burada anadan olub?
Yerdən səslər: Anası şəkilidir.
Heydər Əliyev: Anası buralıdırsa, demək özü də buralıdır. Çoxdur... İndi sizin qarşınızda imtahan vermirəm ki, hamısının adını bir-bir çəkim. Amma görürsünüz, hamısı mənim beynimdədir. Tək bunlar deyil, adlarını çəkdiklərim Şəkinin tanınmış nümayəndələridir, bizim hamımızın sevdiyi insanlardır. Ancaq şəkililər öz zəhmətkeşliyi ilə də çox işlər görüblər. Deyirəm, Şəki muzeydir. O memarlıq abidələrini yaradanlar böyük zəhmət, böyük zəka sərf edərək onları ərsəyə gətiriblər. Bütün bunların hamısı Şəkinin Azərbaycanda görkəmli bir yer tutmasını təmin edibdir. Şəkililər bununla fəxr edə bilərlər.
Şakililərdən bir yaxşı kinorejissor da var, Rasim Ocaqov. O, çox yaxşı, çox dəyərli filmlər yaradıbdır. Amma onun son fılmi var - "Həm ticarət, həm ziyarət", bu film yadınızdadırmı? Bir şəkilinin İstanbula səfər macərasından söhbət gedir. Filmin sonunda əsərin qəhrəmanı kor-peşman Şəkiyə qayıtmalı olur. “Ha indi Şəkiyə qayıdası olduq?"... Bu sözlər də məşhur bir kəlamdır. Belədir, yoxsa yox? Bu da şəkililərin xüsusiyyətini əks etdirən çox gözəl bir kəlamdır. Bunlara görə də Şəki Azərbaycanda sevilir. Mən də həm bir vətəndaş, həm bir insan kimi hələ gənc vaxtlarımdan Azərbaycan ədəbiyyatını, tarixini, mədəniyyətini öyrənərkən Şəkini sevmişəm. Ancaq keçmişdə Azərbaycanın rəhbərliyində olduğum zaman və indi də Şəki mənim qəlbimdə xüsusi yer tutub və tutur. Şəkiyə, şəkililərə xüsusi məhəbbətimi həmişə saxlamışam, indi də saxlayıram. Görünür, mənim bu hisslərim irsi olaraq oğluma da keçibdir. Milli Olimpiya Komitəsi indiyə qədər beşinci kompleksdir ki, yaradır. Mən hələ bunu görməmişəm, buradan baxıram, amma dünən gecə gələndə gördüm ki, bu kompleksin ətrafı başqa cürdür. O biri komplekslərin hamısının açılışında mən iştirak etmişəm, görmüşəm, hələ beləsi olmayıbdır. Güman edirəm ki, bu da İlham Əliyevin Şəkiyə olan xüsusi münasibətinin ifadəsidir. Bütün bunlar Şəkiyə gələndə məndə böyük ruh yüksəkliyi, xoş əhval-ruhiyyə yaratdı. Dünən axşam gəldim, burada yatdım, özü də Bakıdakından yaxşı yatdım. Səhər durub dedim ki, bura nə yaxşıdır, elə gəlib burada qalım. Güman edirəm ki, bu, həm iqlimlə bağlıdır, həm də yəqin ki, xüsusi hissiyyatlar var.
İndi buraya nə qədər adam toplaşıbdır. Mən bunu təsəvvür edə bilməzdim. Gördüyünüz o evlərin birində də mən qalıram. Mən oradan çıxdım, avtomobillə gəlirdim. Ancaq oradan bura qədər yol hər iki tərəfdən adamlarla doludur, hamı bu mərasimə yığışıbdır. Təbiidir ki, mən avtomobili saxladım, - bilmirəm, oradan buraya məsafə nə qədərdir, 500 metr olar? Onların hamısını salamlaya-salamlaya gəlmişəm. Onlar oradadırlar, siz də buradasınız. Meydana bu qədər insan toplaşıbdır. Bu, Şəkidə olan ictimai-siyasi əhval-ruhiyyəni, vəziyyəti əks etdirir. Əgər bu olmasaydı, bu qədər adam buraya toplaşmazdı. Bu da mənim üçün, Azərbaycan prezidenti üçün, Azərbaycan dövlətinin başçısı üçün ən əsas şərtlərdən biridir. Çünki bizim çalışdığımız odur ki, xalqımız həm yaxşı yaşasın, həm də xoş əhval-ruhiyyədə olsun. Bunların, bizim arzularımızın kökü, əsası var. Çünki biz indi müstəqil dövlətimizdə azad, sərbəst yaşayırıq. Çətinliklərimiz var, problemlərimiz var. Ancaq bunların hamısından üstün odur ki, biz artıq 11 ildir müstəqilik, azadıq.
Keçən ayın 18-də biz Azərbaycanda dövlət müstəqilliyinin bərpa olunmasının 11-ci ildönümünü təntənə ilə bayram etdik. 11 ildə çox ağır, çətin bir yol keçdik. Birincisi, dövtət müstəqilliyini bərpa edərkən Azərbaycan ağır bir vəziyyətdə idi: Ermənistan silahlı qüvvələrinin təcavüzü, Azərbaycan torpaqlarının bir qisminin işğal olunması, verdiyimiz şəhidlər, tökülmüş qanlar, yerindən-yurdundan zorla çıxarılmış, çadırlarda yaşayan insanlar. Digər tərəfdən də, Azərbaycanın daxilində çəkişmələr, vuruşmalar, ayrı-ayrı siyasi qüvvələrin silahlı dəstələr vasitəsilə hakimiyyət uğrunda mübarizəsi... Bunların hamısı Azərbaycan xalqını, təbii ki, çox ağır vəziyyətə gətirib çıxarmışdı. Həm böyük insan tələfatı vardı, həm də insanların həyat tərzi tamamilə pozulmuşdu, həyat prinsipi pozulmuşdu.
Belə bir dövrdə Azərbaycan dövlət müstəqilliyini əldə etdi. Bütün başqa müttəfiq respublikalardan fərqli olaraq Azərbaycan dovlət müstəqilliyini əldə edəndə ən ağır, ən çətin vəziyyətdə idi. Ancaq təəssüflər olsun ki, bu, belə bir ağır vəziyyət, Ermənistanla müharibə də davam edirdi. Daxildəki vuruşmalar, çəkişmələr, hakimiyyət mübarizəsi davam edirdi. Bunların hamısı 1993-cü ildə Azərbaycanı vətəndaş müharibəsinə gətirib çıxardı. Azərbaycan dağılmaq təhlükəsi qarşısında idi. 1991-ci ildən 1993-cü ilə qədər belə bir ağır dövrdə yaşadıq.
1993-cü ildən sonra isə Azərbaycanda ictimai-siyasi vəziyyəti normallaşdırmaq, Azərbaycanı bu böhrandan çıxarmaq bizim vəzifəmiz oldu. Vətəndaş müharibəsinin qarşısını almaq, Azərbaycanın parçalanmasının qarşısını almaq bizim vəzifəmiz oldu. Çox ağır, çətin vəzifə idi. Bu vəzifəni sizin, xalqin iradəsi ilə 1993-cü ilin iyun ayında mən öz üzərimə götürdüm. Bu vəzifəni üzərimə götürərkən mən öz məsuliyyətimi bilirdim. Mənim qarşımda bir yol vardı. Mən bu vəzifəril üzərimə götürüb nə isə etməliydim, bu işə qarışmasaydım, qorxurdum ki, Azərbaycan artıq dağılacaqdı. Mən nə üçün bu məsuliyyəti öz üzərimə, götürdüm? Ona görə ki, mən sizə, Azərbaycan xalqına arxalanırdım, inanırdım. O inamla da bu məsuliyyəti öz üzərimə götürdüm.
Biz bu ağır, çətin yolu bir yerdə keçdik. 1994-cü ildə dövlət çevrilişi elan etmək istədilər. 1995-ci ildə yenidən çevriliş etmək istədilər, terrorlar oldu, nə bilim, müxtəlif şeylər oldu, hamısının qarşısını aldıq. 1995-ci ildən etibarən biz sabitliyi təmin etdik. 1996-cı ildən artıq Azərbaycanın iqtisadiyyatı inkişaf edir, Azərbaycanda ictimai-siyasi sabitlik hökm sürür, respubiikamızda demokratik, hüquqi, dünyəvi dövlət qurulubdur. Azərbaycan xalqı rahat yaşayır və müstəqilliyini qoruyub saxlayır, bundan sonra da qoruyub saxlayacaqdır. Azərbaycanm müstəqiltiyinin rəmzi bizim bu üçrəngli bayrağımızdır.
Mən bayaqdan baxıram, orada deyəsən, bir gənc qızdır, bayrağı əlində tutubdur. Bayaqdan ona fikir verirəm. Sizin hamınız fıkir verin. Bayrağı bir əlində tutub, külək bayrağı o tərəfə, bu tərəfə yurur, amma əlində düz saxlayıbdır.
Qızım, sənin üzünü görürəm, gözəl qızsan. Mən səni öpürəm, bağrıma basıram. Sən ki, Azərbaycanın müstəqilliyinin rəmzi olan o bayrağı o qədər sevirsən, onu əlində o cür siaxlayırsan, buna görə sənə mən hörmət, ehtiramımı, sevgimi bildirirəm. Bu, xalqımızın müstəqilliyidir.
Bəxtiyar Vahabzadə: Bu, şer mövzusudur.
Heydər Əliyev: Hə... Gördün, bax ona. Sən onu hələ görəcəksən. Mərasim başlayandan mən ona baxıram. Bəzən deyirəm, bəlkə başqa adamın əlidir. Deyirəm, bəlkə süni əldir. Görürəm, yox, özü də qızdır. Heyranam, heyranam. Bu bayraq Azərbaycan dövlətinin göylərində daim dalğalanacaq və heç vaxt enməyəcəkdir!
Bax, mən Şəkini belə bir əhval-ruhiyyədə görəndə düşünürəm: bəli, budur müstəqilliyimizin bizə verdiyi nemət, töhfə, bizə bəxş etdiyi xoşbəxtlik budur. Bu yolda vuruşmaq da, döyüşmək də, əziyyətlərə qatlaşmaq da lazım idi ki, bunu əldə edək. İndi vəzifəmiz bu müstəqilliyi qoruyub saxlamaqdır. Biz bunu saxlayacağıq, mən buna inanıram. Mən o sözləri şüar naminə demədim. Bayraq dalğalanacaq, müstəqil dövlətimiz yaşayacaqdır. Çünki biz Azərbaycanda elə bir cəmiyyət yaratmışıq ki, insanlarm əksəriyyətində dövlət müstəqilliyimizə o qədər inam, o qədər sevgi, məhəbbət yaratmışıq ki, indi heç kəs Azərbaycanın dövlət müstəqilliyini əldən verməyə razı olmaz. Kimsə bunu edərsə, biz onun qarşısını dərhal alacağıq. Ona arxayın ola bilərsiniz.
Yenə də deyirəm, indi respublikamız inkişaf edir. Biz ınkişaf dövründəyik, problemlərimiz, çətinliklərimiz də var. Mən bu gün rayon rəhbərliyi ilə görüş keçirəcəyəm. Problemlərə, çətinliklərə baxacağıq. Ancaq nə edək, bu, keçid dövrüdür. Bu dövrdə çətinlik də, problem də, hər şey olacaqdır. Bunlarsız mümkün deyil, hər şey hamar gedə bilməz. Bir də kı, onun heç ləzztı olmazdı. Bir şeyə nail olmaq üçün gərək çalışasan, vüruşasan, ondan sonra deyəsən ki, bəli, bunun nəticəsini gördüm və necə deyərlər, rahatlıq, iftixar hissi ilə ondan istifadə edəsən. Bax, belədır. Bız müstəqilliyimizin möhkəmlənməsi üçün çalışırıq və bundan sonra da calışacağıq..
Onu bilməlisiniz kı. iqtisadiyyatımız inkişaf edir. Burada problem yoxdur Müstəqil Dövlətlər Birliyi içərisində Azərbaycan iqtisadiyyatın inkişafına görə hamısından üstündür.Bizim böyük neft strategiyamız var, onu həyata keçiririk. Onun nəticəsində artıq Azərbaycanın gəlirləri çoxalır.
Bu yaxınlarda Bakı-Tbilisi-Ceyhan əsas ixrac neftkəməri Layihəsinin həyata keçırilməsinə başladıq. O, uç ilə tikiləcəkdir. Azərbaycanda 3-4 ilə kimi neft hasilatı bir neçedəfə artacaq və Bakı-Tbilisi-Ceyhan kəməri ilə Türkiyəyə, onun Ceyhan limanına gedəcəkdir. Bunların hamısı Azərbaycan xalqına yeni gəlirlər gətirəcəkdir. Yəni bir neçə ildən sonra Azərbaycan çox varlı, zəngin, güclü bir dövlətə çevriəcəkdir. Biz bunun üçün hər il çalışırıq və çalışmalıyıq. Əgər bız 1994-cü ildə neft strategiyasının həyata keçırilməsinə başlamasaydıq, ılk müqaviləni - "Əsrin müqaviləsı"ni, ondan sonra o biri müqavilələri imzalamasaydıq və bunları ardıcıl surətdə, əzmlə həyata keçirməsəydik, indi bizım bu nəticəiərimız də, bu iqtısadıyyatımız da, gəlirlərimiz də olmazdı.
İndi biz Milii Məclisdə gələn ilin büdcəsini müzakirə edirik. Yaxşı büdcə layihəsi hazırlamışıq. Onu deyə bilərəm ki, büdcənin yarıdan çoxu sosial məsələlərə ayrılıbdır. Bu, böyük nailiyyətdir.
2003-cü ildə büdcədən maliyyələşdirilən bütün təşkilatlarda işləyənlərin, o cümlədən müəllimiərin, həkımlərin, mədəniyyət işçilərinin və başqa sahələrin işçilərinin maaşları ciddi surətdə artırılacaqdır. Bu, büdcədə nəzərdə tutulubdur. Siz bilin, 1996-cı ildən indiyə qədər Azərbaycanda ümumi əmək haqqı 3,4, pensiyalar 3,3 dəfə artıbdır. Başa düşürsünüzmü? Bu qədər artımdan sonra biz maaşları yenə artırırıq. Maaşları hər il artırırıq. Ona görə ki, bizim iqtisadiyyatımız inkişaf edir. Arxayın ola bilərsiniz, bu inkişaf davam edir və edəcəkdir. Olan çətinliklər aradan götürülür və götürüləcəkdir.
Məsələn, elektrik enerjisi çatışmazlığı var. Bu çatışmazlıq burada da var. Amma bilin, bu müstəqillik dövründə biz neçə elektrik stansiyası tikdik. Yenikənd Su Elektrik Stansıyasını tikdik, oradan təxminən 117 meqavat elektrik enerjisi alırıq. Ondan sonra Bakıda 90 meqavatlıq İstilik Elektrık Mərkəzini tıkdik. İndi Bakıda "Şimal" Dövlət Rayon Elektrik Stansiyasını tikirik. 400 meqavatlıq bu stansiyanı dekabr ayında ıstifadəyə verəcəyik. Təsəvvür edin, bizimlə qonşu dövlətlərimiz var, - Gürcüstan, Ermənistan... Xüsusən Gürcüstan qaranlıqda batır. Amma bizim hələ keçmişdə, sovet vaxtında yaratdığımız. - iftıxar hissi ilə deyirəm ki, mən o illərdə bunun üçün çox çalışmışam, - nə qədər böyük elektrik stansiyalarımız var. Onlar oimasaydı, biz indi elektrik enerjisini haradan alacaqdıq? Keçmişdə biz SSRİ-nin vahid elektrik şəbəkəsinə qoşulmuşduq. Elektrik enerjisini ora-dan alırdıq. Amma o illərdə biz elektrik stansiyaları tikdik. Özümüz üçün müstəqil elektrik enerjısı mənbəyı yaratdıq. O, bizə kömək edir. Ondan da əlavə, müstəqillik illərində görün neçə elektrik stansiyası tikmişik. Bunları yaradırıq və elektrik enerjisi ilə təminat getdikcə artacaqdır. Hamısı birdən olmur. Bizim fikrimiz var ki, uŞimain elektrik stansiyası kimi 400 meqavatlıq daha bir stansiya da tikək. Onun yeri var və biz kredit alıb bunun tikintisinə başlaya biləcəyik. Yəni demək istəyirəm ki, bütün bu çətinliklər aradan götürülür və götürüləcəkdir. Buna arxayın ola biiərsiniz.
Mən bilirəm, Şəkidə işsizlik var, bunu da aradan götürmək lazımdır. Biz bazar iqtisadiyyatı yolu ılə gedirik. İndi biz yeni müəssisələr, dövlət müəssisələri yarada bilmərik. Buradakı ipək kombinatında vaxtilə 6-7 min nəfər işləyirdi. O vaxt da Azərbaycanın rəhbəri indi sizin qarştnızda duran Heydər Əliyev idi. Elədirmi? O vaxt mən orada yeni, böyük bir sex yaratdım ki, son məhsul alaq. Bunların hamısını etdik. Amma indi sovet sistemi, SSRİ dağılandan sonra başqa çox şeylər də dağıldı. İndi kombinatda bərpa işləri aparırıq. Oraya xeyli vəsait buraxmışıq. Həmin vəsaitin ayrılması nəticəsində xeyli adam orada işləyir. Biz onu daha da genişləndirəcəyik. Amma bizim yolumuz o deyildır. Bizim yolumuz sahibkarlığı inkişaf etdirməkdir.
Şəkililər keçmişdə həmişə ticarətlə yaxşı məşğul olublar. Yenə də deyirəm, sənətkar olublar, çox şeyi özləri istehsal ediblər, satıblar. Şəki Azərbaycanda həmişə ticarət mərkəzi kimi tanınıbdır. Burada Gürcüstanla, İranla ticarət aparıblar. Burada ticarətə meyl çoxdur. Yəni sahibkarlığa da meyl yüksəkdir.