Amerika Birləşmiş Ştatları Respublikaçılar Partiyasının milli komitəsinin sədri cənab Cim Nikolsona - Bakı şəhəri, 25 dekabr 1999-cu il


Hörmətli cənab Nikolson!

Yeni Azərbaycan Partiyasının birinci qurultayı münasibətilə mənə göndərdiyiniz təbrik məktubuna görə sizə təşəkkür edirəm.

Ölkələrimiz arasındakı dostluq əlaqələrinin möhkamləndirilməsi sahəsində mənim xidmətlərimi yüksək qiymətləndirdiyinizə görə sizə minnətdarlıq edirəm.

Biz Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə böyük əhəmiyyət veririk.

Ümidvar olduğumu bildirirəm ki, ölkələrimiz arasındakı dostluq əlaqələri daha da genişlənəcək və möhkəmlənəcəkdir. Sizi münasib bildiyiniz vaxtda Azərbaycana dəvət edirəm.

Sizi Yeni il münasibətilə təbrik edir, uzun ömür, cansağlığı, işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.