Vatikan dövlətinin başçısı Papa II İoann Pavel həzrətlərinə - 21 oktyabr 2003-cü il


Möhtərəm Papa həzrətləri!

Vatikan dövlətinin milli bayramı - Müqəddəs taxta əyləşmə günü münasibətilə Sizi və bütün katolikləri ürəkdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri, səmimi dialoq xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir, Sizə möhkəm cansağlığı, humanizm idealları naminə vacib fəaliyyətinizdə uğurlar, dost Vatikan xalqına xoşbəxtlik və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 22 oktyabr 2003-cü il.