Azərbaycan Prezidenti Heydər Əliyevin Səməd Vurğunun 90 illik yubileyində iştirak etmək üçün Bakıya gəlmiş Dağıstanın xalq şairi Rəsul Həmzətovla görüşdəki söhbətindən - Prezident Sarayı, 7 mart 1997-ci il


Hörmətli Rəsul Kubaçi!

Mən sizi səmimi salamlayır və Azərbaycana gəlişinizdən məmnun qaldığımı bildirirəm. Qafqaz və Dağıstan xalqlarının böyük və qəhrəman oğlu Şamilin 200 illik yubileyi münasibətilə Kibaçi sənətkarlarının hazırladığı suvenir xəncəri və şer kitablarınızı mənə hədiyyə etdiyinizə görə təşəkkür edirəm. Bir daha vurğulamaq istəyirəm ki, sizin Bakıya, Səməd Vurğunun yubileyinə gəlişinizdən çox məmnunam.

Çıxışınızda göstərdiniz ki, Səməd Vurğun sizin üçün müəllim və ən əziz adam olmuşdur. Səməd Vurğun təbiətən böyük şair və böyük insan idi.

Səməd Vurğunun adı və xatirəsi xalqımız üçün çox əzizdir. Biz Səməd Vurğunun 70 illiyini bayram kimi qeyd etmiş, ondan bir qədər də əvvəl -1975-ci ildə Bakıda sovet ədəbiyyatı günləri keçirilərkən Səməd Vurğunun ev muzeyini təntənəli surətdə açmış, həmçinin böyük Azərbaycan şairinin adı ilə bağlı bir çox digər tədbirləri həyata keçirmişik.

Hörmətli Rəsul Həmzətov, siz həmişə Azərbaycanın fəxri qonağı olmuşsunuz, burada sizin istedadınızın çoxlu pərəstişkarı var... Böyük məmnunluqla bildirirəm ki, Azərbaycan və Dağıstan xalqlarının dərin tarixi köklərə malik münasibətlərinin möhkəmlənməsi və inkişafında sizin - Dağıstanın xalq şairinin böyük xidmətləri var.

Xalqlarımızı birləşdirən cəhətlərdən biri də budur ki, Dağıstanın ağır dövründə orada Əziz Əliyev işləmişdir. Bildirirəm ki, Azərbaycanda bu görkəmli dövlət xadimi və alimin 100 illiyi qeyd olunur. Arzu edirəm ki, Azərbaycan və Dağıstan xalqları arasındakı qədim və mehriban münasibətlər əbədi qorunub saxlansın.

Tarixi arayış

MƏDƏNİYYƏT