Xalq artisti, kinorejissor Tofiq Mehdi oğlu Tağızadəyə - 7 fevral 1994-cü il


Hörmətli Tofiq Mehdi oğlu!

Sizi - Azərbaycanın ən görkəmli, istedadlı, işgüzar kino xadimlərindən birini 75 illik yubileyiniz münasibətilə təbrik edirəm.

Milli kino sənətimizin zəngin xəzinəsinə daxil olmuş "Uzaq sahillərdə", "Yeddi oğul istərəm", "Görüş" filmləriniz tamaşaçıların dərin rəğbətini qazanmışdır. Yüksək peşəkarlığınız, geniş dünyagörüşünüz, özünəməxsus dəstxəttiniz sizi Azərbaycan mədəniyyət və incəsənətinin ön sıralarına çıxarmışdır.

Ömrünüzün bu əzəmətli günlərində sizə - xalqımızın görkəmli sənət ustadına möhkəm cansağlığı və böyük uğurlar arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Ümumi tarixi arayış

Tarixi arayış

MƏDƏNİYYƏT