Eduard Şevardnadze, Gürcüstan Prezidenti (1992-2003)


XXI əsr Bakı - Tblisi - Ceyhan əsas ixrac boru kəmərinin tikintisi ilə başlandı. Bu, Azərbaycan, Türkiyə və Gürcüstan dövlətlərinin çoxəsrlik tarixində son dərəcə əhəmiyyətli hadisələrdəndir. Müstəqillik əldə etdikdən ötən 10 ildə Gürcüstan üçün bu, ən böyük nailiyyətlərdəndir. Mən bu təntənənin səbəbkarına, ümumiyyətlə, bu mühüm layihənin əsas yaradıcısına, Azərbaycan xalqının tanınmış liderinə, xalqımın əsl dostuna, qardaşım Heydər Əliyevə bu sevincli gündə gürcü xalqı adından dərin minnətdarlığımı bildirirəm. Mən dəfələrlə demişəm, indi də təkrar edirəm ki, Bakı - Supsa olmasaydı, Bakı - Tbilisi - Ceyhan layihəsi də baş tutmayacaqdı, buna görə də dostum, qardaşım Heydər Əliyevə, qardaş Azərbaycan xalqına təşəkkür edirəm.

Prezident Heydər Əliyev qəhrəmanlığı, müdrikliyi, mətanəti və qarşısına qoyduğu məqsədinə sarsılmaz sədaqəti olmasaydı, Şərq - Qərb enerji dəhlizi gerçəkləşə bilməzdi. Ötən müddət ərzində Prezident Heydər Əliyev enerji dəhlizinə verdiyi dəstəkdən geri çəkilməmişdir. Onu boru kəmərlərinin reallığa çevrilməsində göstərdiyi qətiyyət bu böyük və mühüm işlərin düzgün istiqamətləndirilməsini mümkün etmişdir. Dünya miqyaslı dahi siyasətçi cənab Heydər Əliyevin uzaqgörənliyi, dövlətin və ölkə iqtisadiyyatının inkişafının əsas qanunları və yolları haqqında ensiklopedik biliyə malik olması, böyük və misilsiz rəhbərlik təcrübəsi, xalqına sədaqəti və Vətənə sonsuz məhəbbəti ona miqyasına görə dünyada analoqu olmayan çox nəhəng layihəni yaratmaq, eyni zamanda, bunun həqiqi rəhbəri və bilavasitə əsas icraçısı olmaq imkanı verdi. Bizim bədxahlarımız bu layihənin reallaşmasını istəmirdilər. Ona görə də təxribat aktlarından belə çəkinmirdilər. Məhz Azərbaycan prezidenti bütün bunlara sinə gərərək, qərarlılığını bir daha dünyaya nümayiş etdirdi. Beləliklə, həmin bədxahlar onda öz məqsədlərinə nail ola bilmədilər və gələcəkdə də nail ola bilməyəcəklər.

Dostlarım bilirlər, onlara tez - tez deyirəm ki, mənim nəyəsə ehtiyacım var. Hiss edirəm ki, sizinlə görüşə ehtiyac duyuram. Özü də bu çox tez - tez baş verir. Biz öz münasibətlərimizi son 30 ildə qurmuşuq. Bu münasibətləri necə istəyirsiniz, eləcə də adlandırın - qardaşlıq, həmkarlar arasında xüsusi qarşılıqlı münasibətlər, yəqin ki, bunların hamısı birlikdədir. Mənim nümayəndə heyətimin üzvləri təsdiq edə bilərlər ki, Gürcüstanda sizi necə çox sevirlər, sizə necə böyük münasibətlər yaranmışdır ki, onların sayəsində biz bir ölkəyə, digər ölkəyə, bütöv bir regiona aid hər hansı bir məsələni tam açıqlıq şəraitində ciddi şəkildə, işə dərindən bələdliklə müzakirə etmək iqtidarındayıq.

Siz məndən azacıq yaşlısınız. Bilmirəm bu yaxşıdır, yoxsa pis. Mən bunu təsadüfən nəzərə çarpdırmıram çünki yadımdadır. Siz məndən 3 il əvvəl Azərbaycan kommunist partiyası Mərkəzi komitəsinin birinci katib olmuşsunuz. O vaxt sizin kimi, mən də cavan idim, Azərbaycanın iqtisadi potensialının yüksəldilməsi uğrunda Əliyevin necə mübarizə apardığını, buna necə müvəffəq olduğunu, bunun bütün ittifaqda necə təqdir edildiyini müşahidə edirdim.

...Qoy dostlarım bilsinlər ki, Gürcüstanda da müəyyən dəyişikliklərin həyata keçirilməsinin zəruriliyi haqqında qərar qəbul edildikdə, həlledici söz Heydər Əliyeviç Əliyevin sözü oldu. Gürcüstan barəsində, Gürcüstanın rəhbərləri barəsində nə kimi təbirlər görülməsi haqqında məsləhətləşmələrə başlandıqda, məhz Heydər Əliyeviç risk edərək dedi ki, heç kimi axtarmaq gərək deyil, belə bir insan var, onunla işləmək olar.

Bax, biz elə o vaxtdan bəri birlikdə işləyirik, Aradan çox vaxt keçmişdir, böyük çətinliklər olmuşdur. Amma mən hesab etmirəm ki, Sovet İttifaqında Sizinlə birlikdə məşğul olduğumuz işlərə görə fəxr etməyə bilmərik

O ki qaldı qalan sahələrə, - Sizin hansı sahələrə cavabdeh olduğunuz yadımdadır, - hamı bilirdi, bir halda ki, Əliyev işə girmişdir, deməli, bu iş məntiqi sonluğuna çatdırılacaqdır. Birgə işimizin bu bəzi cəhətlərini indi nəyə görə xatırlamalı oldum? Ona görə ki, Siz rəhbərliyə gələndə, Azərbaycanda vəziyyət mürəkkəb idi. Gürcüstanda da vəziyyət çox mürəkkəb, çox çətin idi. O sözün əsl mənasında, dağılırdı. Lakin Azərbaycanda da normal qayda - qanun yox idi. Odur ki, çox böyük potensiala malik olan bu böyük, qüdrətli ölkəyə kimin rəhbərlik etməli olduğunu xalq özü müəyyənləşdirdi. Müstəqilliyin ilk çağlarında, müstəqil dövlət qurmaq üçün birgə mübarizəyə, birgə işə yenicə başladığımız vaxtlarda keçirtdiyimiz ilk görüşləri xatırlayıram. Biz bu işdə məsləkdaş olduq və mən bununla fəxr edirəm.

Bilirsiniz ki, mən sizi tez - tez, bəzən də telefonla zəng vurub narahat edirəm, bəzən öz nümayəndəmi ağıllı söz deyəcək və mürəkkəb problemlərin həllində kömək göstərəcək bir insan kimi məsləhət üçün Sizin yanınıza göndərirəm. Ona görə də mən bizim münasibətlərimizlə, həqiqətən, fəxr edirəm. Belə düşünürəm ki, biz iki müstəqil dövlətin dostluq və qardaşlığının təməlini qoymaqla tarixi iş görürük.

İndi məsələyə daha yaxından yanaşsaq, zənnimlə gələcək nəsillər sizin təşəbbüsünüzlə, mənim iştirakımla qəbul edilmiş qərarları xatırlayacaqlar.

Bəzi böyük ölkələr Xəzər neftinin Qərb istiqamətində axması üçün nə qədər təzyiq və maraq göstərirdilər. Onda mən Heydər Əliyevə müraciət etdim. Mən məxsusi olaraq buraya gəldim və ona yeganə bir sual verdim: "Mən əmin ola bilərəmmi ki, siz bu ideyanı - Qərb istiqamətində neft kəməri çəkilməsini dəstəkləyirsiniz,". Onda Heydər Əliyeviç dedi ki, bu barədə təkcə Siz düşünmürsünüz, mən qəti qərar qəbul etmişəm ki, iki istiqamət - Şimal istiqaməti və çox mühüm Qərb, Bakı Supsa istiqaməti olacaq, arxayın ol, tam dəstək olacaqdır. Doğurdan da, bu neft kəməri çox qısa vaxtda çəkildi. Əminəm ki, əgər Bakı - Supsa neft kəməri olmasaydı, bəlkə Bakı - Tbilisi - Ceyhan da olmazdı, çünki bu sınaq addımı idi və göstərməli idi ki, belə şəraitdə iki dövlət bu cür neft kəmərini çəkməyə qadirdirmi.

Mən qaz kəməri barəsində bir qədər şübhəli əhval ruhiyyədə idim. Çünki həmişə məni qorxudub deyirdilər ki, Dünya Bankı bir şey məsləhət görür, biz isə başqa şey edirdik və sair. Yadınızdadırsa, Sizin nümayəndələriniz mənim yanımda oldular və onlara bildirdim ki, Heydər Əliyeviç necə desə, eləcə də olacaqdır. Qoy Dünya Bankı, Beynəlxalq Valyuta Fondu nə istəyirlər desinlər, Heydər Əliyeviç necə desə, eləcə də olacaqdır. Heydər Əliyeviç isə elə dedi ki, bu, təbii olaraq, Azərbaycana da sərfəlidir, Türkiyəyə də sərfəlidir və Gürcüstana da çox sərfəlidir. Bu gün səhər mən müşavirlərimizin razılığa gəldikləri şərtlərə baxdım. Türkiyəyə də sərfəlidir və Gürcüstana da çox sərfəlidir. Bu gün səhər mən müşavirlərimizin razılığa gəldikləri şərtlərə baxdım. Zənnimlə, bu ideal sazişdir. Xüsusən də nefti, nə də qazı olmayan, təkcə suyu olan Gürcüstan üçün deyə bilmərəm ki, biz birdən-birə diqqət mərkəzində olan ölkəyə çevirdik, amma hər halda, qovşaq ölkəyə çevrildik. İndi Gürcüstanı funksiyası olan bir ölkə kimi tanıyırlar. Bu funksiya ondan ibarətdir ki, Gürcüstan neft, qaz axınlarını öz ərazisindən keçirməlidir, sonra daha nələrsə meydana gələcəkdir. Sizin fəallığınız, Sizin təşəbbüsünüz sayəsində ölkəmiz dirçəldilməkdə olan Böyük İpək yolunun üstündə qovşaq ölkəyə çevrilir. İpək yoluna həsr edilmiş birinci konfrans burada, Bakıda keçirildi və mən də buna tərəfdar idim ki, konfrans məhz Bakıda keçirilsin, çünki bunun üçün siz hamıdan çox görmüşdünüz.

Qafqazın müstəqilliyi və azadlığı işində Heydər Əliyev fenomeninin indinin özündə nə qədər böyük rol oynadığını xalq hələ sonra biləcəkdir.

Heydər Əliyev dünya qarşısında xidmətlərinə görə, beynəlxalq aləmdə tanınmış siyasət və dövlət xadimi kimi, Gürcüstanın və gürcü xalqının dostu kimi bizə əziz və doğmadır. Qəzetlərimizin "polad iradəli Əliyev" yazdığı kimi, o, həqiqətən də polad iradəyə malik nadir şəxsiyyətdir. Məhz onun cəsarəti sayəsində Azərbaycan güclü, müstəqil, firavan bir ölkəyə çevrilməkdədir. Heydər Əliyev siyasət meydanına Azərbaycanın ağır, mürəkkəb vaxtında yenidən gəlmişdir, bir çox çətinliklərə sinə gərərək, Azərbaycanı böhranlı vəziyyətdən xilas etmişdir.

Bizim dostumuz, qardaşımız Azərbaycan Prezidentinin qarşısında etiraf etmək istəyirəm ki, burada yaşayan azərbaycanlılara qarşı bir neçə il bundan əvvəl ədalətsiz hərəkətlərə yol verilmişdir. Mən Azərbaycan Prezidenti Heydər Əliyevin yanında kişi kimi söz verirəm ki, o qara günlər Gürcüstanda bir daha təkrar olmayacaqdır. Azərbaycan xalqının əsl xoşbəxtliyi ondan ibarətdir ki, xalqın, dövlətin ən çətin, böhranlı vaxtında görkəmli siyasətçi, böyük şəxsiyyət cənab Heydər Əliyev məsuliyyəti öz üzərinə götürmüşdür. Siz özünüzə tayı - bərabəri olmayan abidə, əsrlər boyu yaşayacaq əbədi abidə yaradırsınız. Bu abidənin adı Azərbaycandır, - tərəqqi edən, yeni, xoşbəxt Azərbaycan.

Heydər Əliyev 30 ildən çoxdur ki, öz ölkəsinin, eləcə də başqa ölkələrin həyatına həlledici, müsbət təsir göstərir. Mən Azərbaycan müstəqillik qazandıqdan sonra onun oynadığı rolu xüsusi qeyd etmək istəyirəm.

Prezident Heydər Əliyev bu yolla öz xalqına xas təmkin və cəsarətlə gedir. "Əsrin müqaviləsi" ideyasının yaranmasından tutmuş ilkin neftin nəqlinədək bu müqavilənin, əslində, bütün təfərrüatına yaxşı bələd olduğuma görə, prezident Heydər Əliyevə göstərdiyi müdriklik və uzaqgörənlik üçün minnətdarlığımı ifadə etmək istəyirəm. Bu müdriklik, uzaqgörənlik olmasaydı, belə nəhəng layihə çətin ki, baş tutardı.

"Dünyanı heyran qoyan insan" (İdeyanın müəllifi və buraxılışa məsul: Ramiz Mehdiyev) - Azərnəşr, Bakı-2004, səh.103.