Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Tibb Universitetinin 70 illiyinə həsr olunmuş təntənəli yubiley mərasımındə nitqi - 19 iyun 2000-ci il


Hörmətli xanımlar və cənablar!

Hörmətli professorlar, müəllimlər!

Əziz tələbələr!

Mən Sizi və sizin simanızda Tibb Universitetinin bütün müəllim və tələbə kollektivini, ölkəmizin bütün səhiyyə işçilərini Azərbaycan Tibb Universitetinin 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm və universitetə yeni-yeni uğurlar arzulayıram.

Azərbaycan Tibb Universitetinin, Tibb İnstitutunun vaxtilə ona hətta "Medinstitut" deyirdilər, demək, onun üç adi xatirimizdədir - böyük tarixi vardır. O öz əsasını 1919-cu ildə yaranmış Bakı Dövlət Universitetindən götürmüşdür. Yəni hazırlanmış həkim, müəllim kadrların müəyyən qismi tibb sahəsində olan alimlərin gücü, onların imkanları ilə nəhayət, 1930-cu ildə Azərbaycanda Tibb İnstitutu yarandı. 1990-ci ildə isə bu Tibb İnstitutuna uniersitet adı, statusu verdilər. Bu, böyük tarixdir. Tibb Universiteti ötən 70 il əzində çox böyük, şərəfli yol keçibdir, Azərbaycan xalqına republikasına millətimizə əvəzsiz xidmətlər göstəribdir. XX əsrdə həyatın sahələri - təhsil, elm güclü inkişaf etməyə başlayıbdır. Bu, Azərbaycana da aiddir. Xüsusən, 1918-ci ildən etibarən Azəbaycanda da milli elmin təhsilin bütün sahələrdə kadrların yaranması prosesi başlayıbdır. Doğrudur, bu o qədər də asan keçməyibdir. Çünki hansısa bir sahədə kadrlar, mütəxəssislər yetişdirmək üçün gərək onların hazırlayan, bilik nöqteyi-nəzərindən onlardan yüksək səviyyədə duran kadrlar, müəllimlər, insanlar olsun. Ancaq Azərbaycanda onlar az olub. Az olmalarına baxmayaraq, çox işlər görüblər.

1919-cu ildə Bakı Dövlət Universitetində Tibb fakültəsi yarananda orada təxminən 20, yaxud 30 nəfər müdavim var idi. Xatirimdədir, I930-cu ilə qədər orada 1500-ə qədər həkim, səhiyyə işçisi hazırlanmışdı. Ancaq 1930-cu ildə Azərbaycan xalqı, respublikası özünün xüsusi ali tibb müəssisəsini yaratmaq imkanı əldə etdi və bunu da yaratdı. Bunlar hamısı keçmişdə qalıbdır. Ancaq bunlar bizim tarixımızin çox parlaq səhifələridir. Qeyd etdiym kimi, 70 il ərzində bu universitet xalqımıza əvəzsiz xidmətlər göstəribdir.

XX əsr hər bir sahədə böyük inqilablar əsridir. "İnqilab" deyəndə təkcə siyasi inqilab nəzərdə tutulmur, elmdə, texnikada, təhsildə, mədəniyyətdə, hər bir sahədə inqilab deməkdir. Siyasi inqilab bir hakımıyyəti, yaxud bir siyasi sistemi devirir, başqasını yaradır. Bu, məhdud anlayışdır. Ancaq geniş mənada inqilab eyni zamanda təkamül xarakteri daşıyır. Bax, bu inqilabin, prosesin içərisində Azərbaycan xalqı da öz yerını tapıbdır. Azərbaycan xalqının əsrin əvvəlindəki gününü xatırlayın. İndi biz XX əsrin son ilini yaşayırıq. Tarixi nöqteyi-nəzərdən 100 il böyük bir zaman deyildir. Təqvim üzrə bəsəriyyətin 2000 illik tarixi var. Amma bu 2000 il şadəcə, müəyyən bir nöqtədən götürülür. Lakin bəşəriyyətin, insanın, Yer kürəsində yaşayan insanların on min illərlə tarixi vardır. Ona görə də tarixi baxımdan 100 il böyük bir zaman deyildir. Amma 100 il müddətində dünyada o qədər dəyişikliklər olubdur ki, bunlar ondan öncəki bütün 1900 il ərzində əldə edilən nailiyyətlərdən qat-qat üstündür. Bilirsiniz ki, Yer kürəsində çox insanlar yaşayır. Kimlərsə bu sıçrayışın, yaxud da inkişafın ön cərgəsində, kimlərsə onların arxasınca gedibdir - mən xalqları, millətləri deyirəm, ; - kimlərsə də hələ çox geri qalıbdır. Bu gün biz iftixar hissi ilə deyə bilərik ki, Azərbaycan xalqı geri qalmayıbdır. Azərbaycan xalqı irəlidə gedən xalqların arxasınca gedərək, bəşəriyyətin əldə etdiyi elmi, texniki nailiyyətlərdən istifadə etməyə çalışıbdır, bunun üçün də birinci növbədə öz milli təhsilini yaradıbdır. Bu, XX əsrdə bizim əldə etdiyimiz ən böyük nailiyyətdir. Çünki əgər xalqımız təhsillənməsəydi, savadlanmasaydı, nəhayət, Azərbaycanın özünün milli ali təhsil müəssisələri - İnstitutları, universitetləri yaranmasaydı, İndi biz müstəqil dövlət olaraq bu cür böyük imkanlara malik ola bilməzdik. Ali təhsil və onunla bağlı olaraq elm, mədəniyyət vəhdət təşkil edır. Azərbaycan xalqı XX əsrdə bu istiqamətlərdə çox irəliyə gedib, çoxlu nailiyyətlər əldə edibdir. İndi biz müstəqil dövlət olaraq, heç bir şeydən çətinlik çəkmirik. Yəni dövlət quruculuğunda, iqtisadiyyatda və başqa sahələrdə bizim çox çətinliklərimiz, problemlərimiz vardır. Amma insan amili, insanın biliyi nöqteyi-nəzərindən bizim çətinliyimiz yoxdur. Bizim hər sahədə yüksək səviyyəli kadrlarımız var, hətta bəlkə də həddindən çoxdur. Təbiidir ki, onların hamısının səviyyəsi bir deyildir. Bu da təbii bir haldir, çünki mənə elə gəlir, hamının bir səviyyədə olması mümkün deyildir. Təkcə adına görə yox, həm böyük, həm orta, həm də kiçik alim vardır. Alim olmaq üçün birincisi, gərək fitri istedada malik olasan. İkincisi, gərək fitri istedadından istifadə edib, seçdiyin sənəti sevəsən və həmin elm sahəsini mənimsəmək üçün fədakarlıq göstərəsən. Üçüncüsü, gərək sən öz üzərində daima işləyəsən və bunların nəticəsində də böyük alim, müəllim ola bilərsən. Bütün bunlar isə hər bir şəxsə mənsub olmur. Ona görə də xalqın içərisindən çox görkəmli şəxsiyyətlər - alimlər, müəllimlər çıxır, qalan bütün hissəni təhsilləndirir, insanlara elm öyrədir, onların inkişaf etməsinə səbəb olur.

Azərbaycan üçün təhsil və elm sahələri içərisində ən əhəmiyyətli sahə tibb, səhiyyə sahəsidir. Mən bununla onu demək istəmirəm ki, digər sahələr vacib deyildir. Bunu niyə vurğulayıram? Çünki Yer kürəsinin zənginliyi birincisi, onun təbiəti, faunası və florasıdır, ikincisi isə, başqa planetlərdən fərqli olaraq Yer kürəsində yaşayan insanlardır. İnsanlar yaşayır, həyat sürür, yaşamaq, yaxud başqa məqsədlərə nail olmaq üçün zəhmət çəkir. Məhz bu insanlar əsrlər, minilliklər boyu cəmiyyəti inkişaf etdiriblər.  İnsanların fədakarlığı nəticəsində cəmiyyət böyük elmi tərəqqiyə nail olubdur. İndi, bizim əsrdə elmi-texniki tərəqqi o qədər yüksək səviyyəyə çatıbdır ki, təsəvvür etmək mümkün deyildir ki, bundan sonra nə olacaqdır. Amma olacaqdır. İnsanın zehni, beyni, bacarığı bizim təsəvvür etdiyimizdən də qat-qat çox güclüdür. Ona görə biz də, gələcək nəsillər də daha yeni, böyük hadisələrin şahidi olacağıq. Yer kürəsindəki insanların hərəsi öz fəaliyyətini bir sahədə göstərir. Hər bir sahə lazımdır. Amma özünü həkim sənətinə, insanların sağlamlığına, səhhətinə həsr edənlər ən qiymətli insanlardır. Çünki hər bir sahədə işləyən insan canlı bir orqanizmdır. Bu canlı orqanizm nə qədər sağlam olsa, öz sahəsində o qədər də yeni ixtiralar edəcək, nailiyyətlər qazanacaq və cəmiyyəti irəli aparacaqdır. Demək, insan sağlamlığı ən əsas amillərdən biridir. Ona görə də mən belə hesab edirəm ki, həkimlik sənəti, yəni insanın sağlamlığının qorunması və müxtəlif xəstəliklərdən xilas edilməsi, onun daha da çox yaşaması üçün çalışan sahə tibb, səhiyyə sahəsidir. Mən bunu heç bir kitabdan oxumamışam və heç kimin fikrini demirəm. Bu mənim şəxsi fikrimdir, amma o həqiqətdir. Çünki həkim, tibb işçisi - lap kiçikdən başlayaraq yuxarıyadək - öz həyatını, biliyini, bacarığını insanların sağlamlığına sərf edir. Dünyada ən sağlam adam da həkimə möhtacdır. Ona görə ki, onu həm xəstəlikdən müalicə etsin, həm də sağlamlığına səviyyəsini müəyyənləşdirsin.

Təsadüfi deyildir ki, səhiyyə sahəsində ən əsas istiqamətlərdən biri insanların vaxtaşırı profilaktikadan keçirilməsidir. Doğrudur, bu çox böyük proqramdır. Xatırlayıram ki, mən 1983-1984-cü illərdə Moskvada işləyərkən, Siyasi Büronun üzvü, Nazirlər Soveti sədrının birinci müavini olarkan səhiyyə sahəsinə də rəhbərlik edirdim. Onda biz Sovetlər İttifaqı əhalisının ildə bir dəfə mütləq profilaktikadan keçməsi proqramını irəli sürdük. Bu çox ağıllı və dəyərli bir fikir idi. Biz onun üzərində işləməyə başladıq və müəyyən işlər də gördük. Bu o qədər ağır, çətin işdir ki, o vaxt onu təmin etmək, demək olar ki, mümkün deyildi. Bu indi də mümkün deyil. Amma vaxt gələcək, bu mümkün olacaqdır. Çünki cəmiyyət inkişaf etdikcə, səhiyyənin imkanları artdıqca, təbiidir ki, buna da nail olmaq mümkündür. Ancaq mən onu demək istəyirəm ki, hətta hər bir sağlam insanın sağlamlığının səviyyəsini vaxtaşırı yoxlamaq zərurəti onu yenə də həkimin yanına, səhiyyə müəssisəsinə - poliklinikaya, ambulatoriyaya, xəstəxanaya aparır. Mən bunların hamısını deyərək, öz ixtisasınızın, sənətinizin, peşənizin və fəalliyyət göstərdiyiniz sahənin insan cəmiyyəti üçün nə qədər əhəmiyyətli olduğunu sizə çatdırmaq istəyirəm. Güman edirəm, bunları bilirsiniz, ancaq yəqin ki, onlan məndən eşitmək sizin üçün xoş olardı.

Azərbaycanda tibbi ali təhsilin yaranması və inkişaf etməsi tarixi bir hadisədir. Biz onu yüksək qiymətləndirməliyik. Təsəvvür edin, 70 il ərzində Tibb Universiteti 50 mindən artıq həkim hazırlayıbdır. Başqa ölkələrlə müqayisə etsək, bəlkə də bizdə insanların sayına nisbətdə həkimlərin sayı müəyyən qədər daha çoxdur. Bunun eybi yoxdur, yaxşı olar ki, çox olsun, amma az olmasın. 50 min həkimin hər biri nə qədər insana şəfa veribdir, onların sağlamlığının təmin olunmasına yardım göstəribdir, onları müxtəlif xəstəliklərdən, çox vaxt ölümdən xilas edibdir. Bu nə qədər böyük, şərəfli vəzifədir!

Mən yenə də deyirəm ki, Tibb Universiteti Azərbaycanın başqa ali təhsil müəssisələri ilə müqayisədə xüsusi yer tutur. Mən başqa ali təhsil müəssisələrinin - universitetin, institutun fəaliyyətini, yaxud cəmiyyət üçün əhəmiyyətini bununla azaltmaq istəmirəm. Azərbaycanda tibbi ali təhsil Tibb Universitetində cəmlənibdir. Ötən 70 ildə burada çox iş görülübdür, tibb sahəsində böyük alimlər hazırlanıbdır. Ən əsası odur ki, bizim universitetimiz təşkil olunaraq, həm özü üçün yüksək səviyyəli müəllim, professor kadrları, həm də səhiyyə üçün ali təhsilli çoxlu kadr hazırlayıbdır. Biz bunları çox yüksək qiymətləndirməliyik. Azərbaycan prezidenti kimi, mən bunu xüsusi qeyd etmək istəyirəm. Bizə qonşu, bənzər ölkələr vardır. Bəzən düşünürdük ki, onlardan hansılarsa bizdən irəlidədir. Ancaq Azərbaycanda Tibb Universiteti yarananda onların heç birində belə universitet yox idi. Doğrudur, bunu da qeyd etmək lazımdır ki, respublikamıza bənzər bəzi ölkələrdə bizdən xeyli sonra yaranmış səhiyyənin səviyyəsi daha da yüksəkdir. Birincisi, onlar dünya texnikasının və texnologiyasının imkanlarına daha tez qoşulublar, bunlardan istifadə edirlər, beləliklə də, daha tez inkişaf ediblər. Yəni həmin ölkələrdə səhiyyə gec yaranıb, amma bizdən irəli gedibdir. Bunu da etiraf etmək lazımdır. Lakin eyni zamanda, Azərbaycan Tibb Universiteti bu ölkələrdəki tibb universitetlərindən daha əvvəl yaranıbdır. Bu onu göstərir ki, Azərbaycanda cəmiyyət, dövlət, hökumət bu sahənin vacib olduğunu dərk edibdir və onun yaranması üçün lazımı tədbirlər görübdür. Ancaq qüsurumuz ondan ibarətdir ki, son illərin müxtəlif problemləri ilə əlaqədar bizim səhiyyəmizdə cərrahiyyə əməliyyatları, yaxud insanları müxtəlif ağır xəstəliklərdən müalicə etmək üçün imkanlarımız başqalarına nisbətən aşağı səviyyədədir.

Mən inanıram ki, bu boşluq da aradan qaldırıacaqdır. Mən inanıram ki, mütəxəssislərimiz, alimlərimiz, səhiyyə işçilərimiz, müxtəlif sahələrdə çalışan yüksək səviyyəli həkimlərimiz, təbiidir ki bizim köməyimizlə və özünüzün fədakarlığınızla gəlib həmin səviyyəyə çatacaqlar. Bu lazımdır. Bəzi xəstəlikləri müalicə etdirmək üçün İndi Azərbaycandan birçoxları müxtəlif xarici ölkələrə gedirlər. Doğrudur, bu təkcə bizə aid deyildir. Məsələn, qonşu Türkiyədə yüksək səviyyəli tibb universitetləri var, orada hər bir cərrahiyyə əməliyyatları, yaxud başqa əməliyyatları yüksək səviyyədə keçirirlər. Ancaq Türkiyədə də bəzi insanlar bu əməliyyatları aparmaq üçün, hətta geniş bir müayinədən keçmək üçün Amerikaya, Almaniyaya və yaxud başqa ölkələrə gedirlər. Bu da təbiidir. Ancaq bəzi vətəndaşlarımız müxtəlif xəstəliklərdən xilas olaraq üçün başqa ölkələr getmək məcburiyyəti qarşısında qalırlar. Kimin imkanı yoxdursa, bunu edə bilmir. Bu bizim çatışmazlığımız, boşluğumuzdur. Biz bu boşluğu doldurmalıyıq. Bunu doldurmaq üçün də iki əsas vasitə vardır. Bunlardan birincisi, maddi-texniki baza yaratmaqdır. Təbiidir ki, bu daha çox özümüzdən asılıdır. İkincisi isə, müxtəlif sahələrdə çalışan tibb mütəxəssislərimiz gərək öz fəaliyyətlərini indi gördükləri işlərlə məhdudlaşdırmasınlar, dünyanın elmi nailiyytlərinin hamısı ilə yaxşı tanış olsunlar. Belə olduqda, biz hər bir mütəxəssisin imkanını ölkəmizin imkanları ilə birləşdirərək Azərbaycan səhiyyəsinin səviyyəsini daha da yüksəklərə qaldıra bilərik.

Mən Tibb Universitetinin 50-ci il dönümü münasibətilə keçirilən mərasimdə də sizinlə bir yerdə idim. İndi Tibb Universitetinin 70 illik yubileyi qeyd olunur. Ancaq təkcə yubileyə yox, 70 illik tarixə müəyyən qədər nəzər salsaq, mən 30 ildən artıqdır ki, sizinlə bir yerdəyəm və Azərbaycanın rəhbəri kimi keçmişdə də, indi də Tibb Universitetinə öz qayğımı, diqqətimi həmişə göstərmişəm. Biz Tibb Universitetinin 50 illiyini təntənə ilə qeyd etdik. O vaxt mənim heç aglima gəlməzdi ki, 20 ildən sonra universitetin yubileyinin keçirilməsində yenə də iştirak edəcəyəm. Çünki gələcəkdə nə olacağını insan heç vaxt bilmir. Mən isə heç vaxt heç bir şeyi planlaşdırmamışam. Əgər nəzərə alsaq ki, ondan sonra başıma çoxlu bəlalar gəlibdir, ona görə də sizinlə yenidən görüşmək və Tibb Universitetinin 70 illik yubileyində sizinlə birlikdə olmaq mənim üçün böyük xoşbəxtlikdir. Biz 50 illik yubileyi keçirəndə də Tibb İnstitutunun müəllimlərinin, professorların böyük bir hissəsini o vaxtkı imkanlara görə təltif etdikə indi 70 illik yubileyinizdə də mən sizə məlum olan fərmanları vermişəm, böyük bir dəstəni dövlət mükafatları ilə təltif etmişəm və sizə təbrik məktubu göndərmişəm. Yəqin düşünürdünüz ki, sizə təbrik məktubu göndərmişəm və  bununla da öz münasibətimi bildirmişəm. Bu təbrik məktubu iki gün bundan öncə mətbuatda dərc olunubdur. Bilmirəm, siz məni dəvət edirdiniz, yaxud etmırdıniz, amma sonra mən düşündüm ki, isımın nə qədər çox olmasına baxmayaraq həqiqətən, bugünkü iş proqramım çox gərgindir, amma hansı gün gərgin deyil, onu bilmirəm. Sabah şəhər də mən Moskvaya gedirəm və ona görə də bu gün əvvəlki günlərə nisbətən çox işlər görmək lazımdır - mən qərar qəbul etdim ki, gəlib sizinlə görüşüm, məktubda göstərdiyim fikirlərdən əlavə, bəzi fikirlərimi də sizə çatdırım.

50 illik yubileyi keçirəndə, o zaman orada bizim bir çox hörmətli professorlarımız, alimlərimiz iştirak edirdilər. Ancaq onların bir qismi bu 20 il ərzində həyatlarını dəyişibdir. Mən çox məmnunam ki, uzun illər, on illərlə Tibb İnstitutunda,  Universitetində fəaliyyət göstərən adamlar bu gün yenə də burada işləyirlər və universitetin çox hörmətli, qocaman alimləridir, müəllimləridirlər. Mən öz fərmanlarımla onların bir qismini təltif etmişəm. Nazir İnsanov, rektor Əmiraslanov tibb təhsilinin yaranmasında əməyi olan və Tibb İnstitutuna rəhbərlik etmiş bəzi böyük şəxsiyyətləri burada xatırladılar. Bəli, onlar hamısı böyük hörmətə layiqdirlər. Amma bu siyahını daha da genişləndirmək olar. Çünki xatirimdədir, 1920-ci illərdən başlayaraq, 1930-cu, 1940-cı, 1950-ci, 1960-cı illərdə, 1970-ci illərdə də Tibb sahəsində həqiqətən çox görkəmli alimlərimiz olubdur. Onların əksəriyyəti Tibb İnstitutunda işləyiblər. Əgər 1940-cı, 1950-ci, 1960-cı,1970-ci illəri xatırlasaq, Tibb İnstitutunun alimləri, müəllimləri o illər bizim Azərbaycan ziyalilarının böyük və hörmətli bir hissəsini təşkil edirdilər. Təbiidir ki, hər bir sahədə bizim ziyalilarımız, professorlarımız var. Onlar hər sahədə hörmətlidirlər. Ancaq tibb sahəsində olan alimlər, professorlar daha da çox tanınıblar. Yəqin ki, onlar, birincisi, özlərinin şəxsi çəkilərinə görə, ikincisi isə, insanları müalicə etdiklərinə görə tanınırdılar. Çünki riyaziyyatçı da, bioloq da, neftçi də, kimyaçi da, tarixçi də, ədəbiyyatçı da - hamı, nəhayət, həkimin yanına gəlir. Ona görə də tibb alimləri həmişə çox böyük hörmətə malik idilər və çox tanınırdılar. Mən bu gün onların hamısını xatirəsini böyük minnətdarlıqla yad edirəm. Biz onları heç vaxt unutmamalıyıq.

Mən Azərbaycana rəhbərlik etdiyim zaman Tibb İnstitutuna uzun illər - 11 il Zəhra xanım Quliyeva rəhbərlik edibdir. Hesab edirəm ki, o bu İnstituta əvvəlki rektorların hamısından çox rəhbərlik edibdir. Ona görə də hesab edirəm ki, bu gün onun adını çəkmək çox lazımdır. O, vaxtilə universitetə rəhbərlik edib, bu gün də universitetin kollektivinin üzvüdür. Hətta böyük fəaliyyətinə görə biz onu Azərbaycanın Qadın problemləri üzrə Dövlət Komitəsinin sədri təyin etmişik və qadın hərəkatını daha da genişləndirmək istəyirik.

Səhiyyənin bir xüsusiyyəti də odur ki, burada çoxlu qadınlar çalışır. Doğrudur, mən bir az təəccüb edirəm ki, bu salonda kişilər qadınlardan çoxdur. Yəqin ki, rektor burada qadınlara müəyyən qədər ayrı-seçkiliklə yanaşır. Çünki səhiyyədə və ümumiyyətlə, tibb elmində, təhsilində qadınların sayı kişilərdən çoxdur. Gərək ki, səhiyyədə çalışanların 60 faizdən çoxu qadınlardır. Mənə elə gəlir ki, bu da təsadüfi deyil. Çünki qadın daha zərif məxluqdur və o, xəstəyə daha çox mehribanlıq göstərə bilir. Bilirsiniz, həkimlik elə bir sənətdir ki, bəzən həkim biliyindən, dərmanından, müəyyən aparatlarından daha çox, öz münasibəti, mehribanlığı, istiqanlılığı, diqqəti ilə xəstəni daha tez müalicə edir. Bu isə qadınlarda kişilərdən daha çoxdur. Buna görə da mən tibb sahəsində, o cümlədən Tibb Universitetində faaliyyət göstərən qadınların hamısını xüsusi salamlayıram və onları xüsusi təbrik edirəm.

Bu gün siz gözəl bir salona toplaşmısınız. Bir neçə vaxt bundan öncə biz bu yeni korpusun açılışında birlikdə iştirak etdik. Mən yenə də keçmişi xatırlayıram. 1960-cı illərə qədər Azərbaycan Tibb İnstitutu rəhbərliyinin oturduğu əsas yer Korqanov küçəsindəki ikimərtəbəli bina idi. Yaşlı adamlar yəqin ki, bunu xatırlayırlar. Mən həmin binada olmuşam. İkimərtəbəli həmin balaca binada rektor, prorektor, bəzi işçilər otururdu və belə xüsusi korpuslar yox idi. Birinci, ikinci korpuslar 1960-cı illərin əvvəllərində yaranmağa başladı. Biz xüsusən 1970-ci illərdə Tibb İnstitutunun, Universitetinin maddi-texniki bazasının inkişaf etdirilməsi, yaranması, genişləndirilməsi üçün böyük bir proqram yaratdıq. Həmin bu yeni korpus da, salon da o proqramda öz əksini tapmışdı. Xatirimdədir, bu binanın layihəsini bizim ən hörmətli memarımız Mikayil Hüseynov tərtib etmişdi. Bilirsiniz ki, o, Azərbaycanda bir nömrəli memardır, respublikamızın ən gözəl memarliq abidələrini yaradandır. Elə bu salon da onun layihəsi əsasında tikılıbdır. O bu layihənin müəllifıdır. Mən xatırlayıram - Azərbaycan Tibb İnstitutu, Universiteti maddi-texniki təminat nöqteyi-nəzərindən haradan haraya gəlibdir. Bunlar çox lazımdır. Çünki həm müəllimlər, həm də tələbələr üçün lazımı şərait yaradılmalıdır və bu şərait də yaradılıbdır. Ancaq məsələnin ikinci tərəfi də var. Bəzən görürsən, vəsait də ayırırsan, layihə də, başqa şeylər də var. Ancaq bunu vaxtında təmin edənlər az olur, yaxud bu isə fikir vermirlər. Mən çox məmnunam ki, indi, bizim həyatımızın keçid dövründə həmin layihələr həyata keçirilir. 1970-ci illərdə biz nə qədər yaşayış evləri, inzibati binalar tikdirdikə İndi Bakıda, təkcə Bakıda yox, Azərbaycanın hər yerində belə binalar vardır. Mən bəzən düşünürəm - əgər biz o vaxt bunları yüksək sürətllə yaratmasaydıq, İndi müstəqil Azərbaycan hansı vəziyyətdə olardı? O vaxt biz çox şeylər yaratdıq, amma bir hissəsi də yarımçıq qaldı. O cümlədən, burada da bir çox binalar yarımçıq qalmışdı. Yenə də deyirəm, həyatımızın iqtisadi cəhəldən çətin bir dövründə həm Səhiyyə Nazirliyi, həm də rektorluq tərəfindən bu layihələrin həyata keçirilməsinə böyük diqqət göstərilməsi yüksək qiymətə layiqdır.

Mən bunu xüsusi qeyd edirəm. Əziz dostlar, yenə də deyirəm, əvvəlcə mən bu gün buraya gəlmək fikrində deyildim. Amma sonra düşündüm və hesab etdim ki, mütləq gəlib sizinlə görüşməliyəm. Gəlməyimə də çox şadam - həm sizi, həm bu yeni salonu gördüm, həm də keçmişimizi birlikdə xatırladıq. Keçmişi heç vaxt unutmaq olmaz, keçmişdə qara yaxmaq olmaz. Keçmişi qiymətləndirmək lazımdır. Həyatımızın hər mərhələsində çox parlaq səhifələr də, eyni zamanda qara səhifələr də var. Elə Tibb İnstitutunun bu 70 illik tarixində hər şey gözəl deyil. Yenə də tarixə qayıtmaq istəyirəm. Məsələn, 1930-cu, 1940-cı, 1960-cı, 1970-ci illərdə Tibb İnstitutu, onun müəllimləri çox yüksək hörmətə malik idi. Ancaq təəssüflər olsun ki, sonra, 1980-ci illərdə və 1990-ci illərin əvvəllərində bu İnstitutda xoşagəlməyən çoxlu çirkin işlər də olmuşdur. Bu bayram günündə mən bunları demək istəmirdim. Amma bunu deməsəm, insanlar özləri üçün nəticə çıxarmazlar. O dövrdə burada rüşvətxorluq çiçəklənmiş və yüksəklərə qalxmışdı. Hətta o vaxt Moskvada yaşayırdım, mənə xəbərlər gəlirdi ki, Azərbaycan Tibb İnstitutunda olan rüşvətxorluq heç yerdə yoxdur. Bu da var, bu da həqiqətdir. Ümumiyyətlə, bizim ali məktəblərdə, İnstitutlarda həm çox gözəl İşlər, həm əyintilər, rüşvətxorluq, həm də mənəvi çatışmazlıqlar olubdur. Bilirsiniz ki, biz bunlarla mübarizə aparırdıq. Xüsüsən, 1970-ci illərdə, mən Azərbaycana rəhbərlik etdiyim zaman həyatımın böyük bir hissəsini Azərbaycanda mənəvi dəyərlərin qorunub saxlanmasına, insan mənəviyyatının paklığına, təmizliyinə həsr etmişdim. Çünki mənəviyyat insana xas olan xüsusiyyətlərin hamısından yüksəkdir. Nə qədər böyük alim olursansa-ol, nə qədər böyük mütəxəssis olursansa-ol, nə qədər böyük dövlət xadimi olursansa-ol, əgər mənəviyyatca şikəstsənsə, sənin heç bir qiymətin yoxdur. Mənəviyyat ən yüksək insani keyfiyyətdir. İnsanlar mənəviyyatı əsrlər boyu qoruyub saxlayıblar. Bu heç də o demək deyil ki, keçmiş zamanlarda hami yüksək mənəviyyata malik olub, amma rnənəviyyatsızlar olmayıbdır. Yox. İnsan cəmiyyəti belədir ki, mənəviyyatlı ilə mənəviyyatsız arasında daim mübarizə gedir. Çünki mənəviyyatsızlıq cəmiyyətə zərbələr vurur, insanları pozur. Amma mənəviyyat insanları yüksəldir. Mənəviyyatlı çalışır ki, mənəviyyatsızlıq olmasın. Ancaq bu çətindir, ağırdır. Eyni zamanda, hər bir şəxs düşünməli, dərk etməlidir ki, onun üçün bu dünya daimi deyil. Bu dünya heç kim üçün daimi deyildir. Hami bu dünyaya gəlir, hami bu dünyadan gedir. Biri çox yeyir, biri az yeyir. Birinin var-dövləti çox olur, o birininki az olur. Amma hamının yeri oradadır və orada da hami bərabərdir. O dunyada hami bərabərdir. Ona görə də bu dünyada yaşayan insanlar birinci növbədə yüksək mənəviyyata malik olmalıdırlar və bunu qorumalıdırlar. Çünki həyatda belə amillər var ki, bəzən insanları özlərinin xəbəri olmadan da düz yoldan çəkirlər. Ona görə də onlar özlərini qorumalıdırlar.

Həkim yüksək mənəviyyata malik olmalıdır. Təsadüfi deyil ki, heç bir sahədə "Hippokrat anıi" kimi and yoxdur. Hansı bir mütəxəssis, mühəndis ali təhsilini qurtarandan sonra and içir ki, "Mən yaxşı mühəndis olacağam". Hansı bir aqronom and içir ki, "Mən yaxşı aqronom olacağam". Ancaq həkim and içir. And içir ki, "Mən bu şərəfli pesəmə sədaqətlə xidmət edəcəyəm". Mən bunu keçmişdə də demişəm, bu gün də deyirəm. Bu mənim həyatımın kredosudur: mənəviyyat insanı yüksəldir, mənəviyyatsızlıq alçaldır. Təəssüflər olsun ki, bizim Tibb Universitetinin tarixının müəyyən mərhələlərində belə hallar olubdur. Xüsusən, 1980-ci illərin ikinci yarisında bu, dəhşətli vəziyyətə gəlib çıxıbdır. İndi yaxşı korpuslarınız, binalarınız var, bundan sonrada yaxşıları olacaqdır. Bunlar hamısı olacaqdır. Amma yüksək mənəviyyat təmin etmək ancaq sizdən, hər bir kəsdən asılıdır. Eyni zamanda hər bir kollektiv rəhbərindən asılıdır. İstər kiçik və istər böyük kollektivin rəhbəri gərək nümunə olsun. O, gərək mənəviyyat, paklıq, düzlük nümunəsi olsun. əgər bu belə olmasa,o öz tabeliyində olan insanlardan mənəviyyat tələb edə bilməz - onun buna sadəcə, mənəvi haqqı olmayacaqdır. İnsan üçün dünyada mənəvi haqqı daimi saxlamaq böyük bir şeydir. Əgər sənin mənəvi haqqın varsa, sən başqasına deyə bilərsən ki, yolundan çıxmısan. əgər sənin mənəvi haqqın varsa, sən tabeliyində olan adama deyərsən ki, düz yolla get, əyrilik, rüşvtxorluq etmə, dövlətin malını dağıtma, əxlaqsızlıq etmə. Bunun üçün mənəvi haqq olmalıdır. Mən arzu edirəm ki, siz, bütün səhiyyə işçiləri birincisi, yüksək mənəviyyata malik olasınız, ikincisi də, hər bir kollektiv rəhbərinin, hər bir insanın alnı açıq, mənəvi hüququ olsun.

Əziz dostlar! Mənim sizə deyəcəyim sözlər bu qədər. Mən sizi bir daha ürəkdən təbrik edirəm. Sizin hamınıza cansağlığı arzu edirəm. Hamınıza hər yerdə işlərinizdə uğurlar, ailənizə səadət arzulayıram. Sağ olun.