Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Tehranın Mehrabad hava limanında İran televiziyasına qısa müsahibəsi - 9 iyun 2000-ci il


Sual: Cənab Prezident, Siz EKO üzvü olan ölkələrin dövlət və hökumət başçılarının VI zirvə toplantısına xoş gəlmisiniz! EKO - nun zirvə görüşündə iştirak edən dövlətlərə və Xəzər dənizi ətrafinda yasayan xalqlara ürək sözünüz nədir?

Heydər Əliyev: Mən birinci növbədə İran xalqına, İran vətəndaşlarına səmimi salamlarımı yetirirəm, dərin hörmət və ehtiramımı bildirirəm. İran hökumətinə, İran dövlətinə də öz dərin ehtiramımı bildirirəm.

Bura gələn ölkələr müsəlman ölkələridir. Ona görə də bütün müsəlmanlara da öz hörmətimi bildirirəm və hamısına sülh, əminamanlıq, rifah arzulayıram. Arzulayıram ki, İslam Birliyi daha da güclü olsun, daha da möhkəm olsun.

EKO Təşkilatında iştirak edənlərin çoxu Xəzəryanı ölkələrdir. Rusiyadan başqa, beş Xəzəryanı ölkədən dördü burada təmsil olunur. Ona görə də mən Xəzəryanı ölkələrə arzulayıram ki, onlar daha da sıx, səmimi və mehriban əməkdaşlıq etsinlər.

Tarixi arayış

MÜSAHİBƏLƏR