Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyinə gəlməsinin 30 illiyinə (1969-1999-cu illər) həsr olunmuş musiqili bədii gecə qurtardıqdan sonra incəsənət ustaları ilə görüşü - Respublika sarayı, 13 iyul 1999-cu il


Heydər Əliyev: Mən ailə üzvlərimlə Sizin hamınıza uğurlu çıxışlarınıza görə təşəkkür edirəm.

Çox sağ olun. Azərbaycanın incəsənət xadimləri, musiqi ustaları, mədəniyyət xadimləri 30 il Azərbaycana sədaqətlə xidmət etmişlər və Azərbaycan mədəniyyətini, Azərbaycan incəsənətini yüksəklərə qaldırmışlar.

Siz bugünkü konsertdə bəzi məqamları göstərdiniz. Ancaq eyni zamanda onu da göstərdiniz ki, Azərbaycanın incəsənəti, mədəniyyəti indi çox yüksəkdədir və Azərbaycan xalqını, müstəqil Azərbaycanı dünya miqyasında tanıdırlar. Sağ olun. Sizə təşəkkür edirəm. Gələcək yaradıcılıq işlərinizdə sizə uğurlar diləyirəm. Hamınıza sağ olun deyirəm.

Ümumi tarixi arayış

MƏDƏNİYYƏT

Tarixi arayış

MƏDƏNİYYƏT