Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İran İslam Respublikasının kənd təsərrüfatı naziri İsa Kələntərinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə söhbətindən - Prezident sarayı, 16 oktyabr 1999-cu il


Heydər Əliyev:  Xoş gəlmişsiniz Azərbaycana. Axır zamanlar İrandan Azərbaycana çox hörmətli qonaqlarımız gəlir, Azərbaycandan da İrana yaxşı ziyarətlər olur. Bir-birimizlə daha tez-tez görüşürük, danışırıq, söhbət edirik və beləliklə, münasibətləri daha da genişləndiririk.

İsa Kələntəri:  Cənab prezident, qardaşlar gərək həmişə bir-birinə gedib-gələlər. Belə olanda hər şey yaxşı olar və işlər də qabağa gedər, yaxınlaşarlar. Qardaşlıqda bunlar vacibdir.

Heydər Əliyev:  Bəli, elədir. Мən bu günlərdə Naxçıvanda İrandan gələn böyük mötəbər heyətlə görüşdüm. Yəqin ki, bilirsiniz, - mən vaxtilə orada, Naxçıvanda işləyərkən İran hökumətindən xahiş etmişdim və onlar da razı olmuşdular ki, Naxçıvanda böyük məscid tiksinlər. Onu da tikib hazırladılar, bərabər açdıq. Çox təntənə ilə keçdi. Ağayi Bikdeli oradaydı, Ərdəbil ostandarı da orada idi. Ağayi Əbdüləlizadə, Rəfiqdust, Ayətulla Şəbüstəri və başqa çox mötəbər adamlar gəlmişdilər.

İsa Kələntəri:  Cənab prezident, Ağayi Hatəmi, hamımız Sizin İrana gəlişinizi gözləyirik. Ümid edirik, inşallah, tezliklə gələrsiniz.

Heydər Əliyev:  İnşallah, mən də gələcəyəm. Вəli, mənə Naxçıvanda da dedilər, indi siz də deyirsiniz. Ağayi Hatəmi məni dəvət edibdir və istəyirəm ki, İrana gedim, - çoxdandır İrana gəlməmişəm, - orada da görüşək, söhbət edək, danışaq.

İsa Kələntəri: Biz də neçə gündür İrşad müəllimin qonağıyıq. Bizdə keçən il çox quraqlıq idi, xəsarət çox dəydi. Biz onunla məşğul idik. Əkinçilərə, kəndlilərə kömək edirdik. İranda quraqlıqdan dövlətə çox xəsarət dəyir. Bunlara görə Bakıya kесən il gələ bilmədim.

Heydər Əliyev:  Sizdə kənd təsərrüfatı məhsulları necədir?

İsa Kələntəri:  Bu il quraqlıqdır. İndi görək nə cür olacaqdır. Payız mövsümü başlasa da, hələ yağış yağmayıbdır. Heç bir şey yoxdur. Allaha qalıb və görək Allah nə verir.

Heydər Əliyev:  Allah həmişə hər şeyi vaxtında verir. Bilirəm ki, sizdə kənd təsərrüfatı yaxşı inkişaf edibdir, çox yaxşı təcrübəniz vardır. Mən həmişə bizim dövlət, hökumət adamlarına, о cümlədən kənd təsərrüfatı nazirinə göstəriş verirəm ki, sizin təcrübənizi öyrənsinlər, istifadə etsinlər. Çünki bilirsiniz ki, biz keçmişdə kolxoz-sovxoz sistemində yaşamışıq. İndi başqa bir sistemə keçirik. Torpaqları camaata paylamışıq. İstəyirik özəlləşdirsin, hərə öz torpağını becərsin, mal-qarasını bəsləsin. Ancaq bu proses də asan proses deyildir, çətindir.

İsa Kələntəri: Bəli, çox çətindir. Ümumiyyətlə, dünyanın hər yerində əkinçilərə kömək olmasa, əkinçi öz işini irəli apara bilməz. Məsələn, Qərb ölkələrində əkinçilərə ildə 400 milyard dollardan çox kömək edirlər. İranda əkinçilik çox mühüm yer tutur. Ümumi daxili məhsuldan gələn gəlirin 27 faizi əkinçiliyin payına düşür. İşləyənlər isə 23 faiz təşkil edir. Neftdən gələn gəlir 17, sənayedə isə bu, 20 faizdir.

Heydər Əliyev: Demək, neft 17 faiz, əkinçilik 27 faiz, sənaye isə 20 faiz təşkil edir?

İsa Kələntəri: Bəli. İranda əhalinin ümumi sayının 40 faizini kənd əhalisi təşkil edir. İmam Xomeyni zamanından onların vəziyyəti yaxşılaşdı. Amma о zaman çox aşağı idi. 21 il bundan əvvəl 20 milyon ton kənd təsərrüfatı məhsulu istehsal olunurdu. İndi bu, 65 milyon tona çatıbdır. Hazırda həm imkanımız çoxdur, həm də əkinçilik yaxşıdır. Düzdür, indi quraqlıqdır, amma yer çoxdur. Problemlər də vardır. 12 il bundan əvvəl nazir olanda mənə dedilər ki, sənin bir vəzifən vardır - sən gərək əkinçiləri çətinlikdən qurtarasan, gərək əkinçilik aşağı səviyyədən orta səviууəуə çata. Şah dövrünün axır zamanında əkinçilər 33 faiz təşkil edirdi. Bu, Qərb ölkələrində 16 faiz idi. İndi bizdə bu, orta səviyyəni də keçibdir. Bu işə dövlət çox kömək edir.

Heydər Əliyev: Yəni dövlət himayədarlıq edir, maddi yardım göstərir.

İsa Kələntəri: Вəli, himayədarlıq etdilər və bununla da istehsal artdı. 1979-cu ildə ərzağın 45 faizini xaricdən gətirirdik. İndi biz bunu 15 faizə endirmişik.

Heydər Əliyev: Dеmək, 15 faiz уеnə gətirirsiniz?

İsa Kələntəri: Əhalimizin sayı 34 milyon idisə, indi 67 milyon olubdur. Dövlət də əkinçilərə öz köməyini əsirgəmir və pulu subsidiya ilə veririk. Onlardan məhsulu dövlətin müəууən etdiyi qiymətlə alırıq. Əkinçilərin həm özlərini, həm də məhsullarını sığortalamışıq. Qədim zamanlardan İranda çox kiçik yerləri əkib-becərirdilər. Əkinçilik bir faiz dövlətin əlindədir, 99 faiz isə kəndlilərin əlindədir. Onlar pərakəndə məşğul olurdular. İndi mülkləri ilə birlikdə kooperativlərdə cəmləşiblər və özlərindən rəhbərlik seçmişik. Göstərilən kömək nəticəsində istehsalları artır.

Hazırda su problemimiz vardır. Bu işə çox sərmayələr qoymuşuq. Su bəndləri inşa olunur. Bu sahədə müəyyən işlər görülür, bunların nəticəsində irəliləyişlər olacaqdır. Amma indi çətinliklər vardır. Dövlət əkinçilərə kredit verir və digər işlər görür. İnqilabdan sonra biz sərmayəni tədqiqat işlərinə yönəltmişik. İndi bizim 210 tədqiqat işimiz vardır. Biz əkinçilərə subsidiya veririk. Amma bu о demək deyil ki, onlar öz məhsulları ilə dünya bazarında rəqabət apara bilərlər. Bu çətindir. Amerikanın özündə əkinçilərə ildə 130-140 milyard dollar subsidiya verirlər. Onlarda suvarmanın xərci yoxdur, hamısı yağışın hesabınadır. Bizdə isə gərək quyudan su çıxarasan, kanaldan su aparasan, bunlara pul verəsən. Bu çətindir.

Əlbəttə, bizdə enerjinin qiyməti sizdən çox ucuzdur. Burada bahadır. Buna baxmayaraq izafi xərclər Avropada, Amerikada, Asiya ölkələrində azdır. Ona görə də biz əkinçilərə himayə göstərməsəydik inkişaf edə bilməzdik. İndi biz xaricdən 1 milyard 800 milyon dollarlıq mal alırıq. Əvəzində 1 milyard 100 milyon dollarlıq məhsul ixrac edirik. Balans mənfi 700 milyon dollardır. Biz gərək bunu üçüncü beşillikdə müsbət 2 milyard edək. Ona görə də böyük layihələrin tətbiqinə başlanıbdır. Kəndlərdə kiçik layihələr də həyata keçirilir. Ümidvarıq ki, əlimizdən gələn köməyi sizə də edə bilərik. Eyni zamanda sizin köməyinizə də ehtiyac vardır. Çünki sizin də yaxşı işləriniz çoxdur.

Heydər Əliyev: Çox gözəl. Нər halda, biz 7-8 il bundan öncəki dövrə qədər başqa bir sistemdə - kolxoz, sovxoz sistemində idik. Doğrudur, о da öz rolunu oynadı. İndi siz subsidiya deyirsiniz. Məsələn, о vaxt dövlət meliorasiya işlərinə həddindən artıq vəsait buraxırdı. Meliorasiya şoran torpaqların təmizlənməsi, irriqasiya isə suvarma kanallarının yaranmasıdır. Amma meliorasiya həm suvarma, həm də şoran torpaqların təmizlənməsi, torpaqların yuyulmasıdır.

Buna həddindən çox pul buraxırdılar. Hətta Sovetlər İttifaqında bu işə baxan nazirlik var idi. Azərbaycanda da belə bir nazirlik var idi. Böyük kanallar, su hövzələri tikilirdi.

Hələ 70-ci illərdə mən burada işlədiyim zaman Azərbaycanda su hövzələri tikilməsəydi, indi bu işlər çox çətin olardı, camaat ac qalardı. Biz о vaxtlar Mingəçevir dəryaçasından neçə kanallar çəkdik. О kanalları İranla sərhəd olan pambıqçılıq rayonlarına su vermək üçün çəkib gətirdik. Bizdə su yoxdur, azdır, bizdə çay yoxdur - bir Araz çayıdır, bir də Kür çayıdır. Kürdən gələn suyu bir yerə - Mingəçevirə yığmışıq. Vaxtilə orada bir bənd, su elektrik stansiyası tikdik. Ondan sonra mən birini də Kürün üstündə başqa yerdə ondan yuxarıda tikdim. О da Şəmkir su elektrik stansiyasıdır. Suvarma işi üçün. Amma indi yenidən gəlmişəm və Kürün üstündə birini də tikirəm, о da Yenikənd adlanır. Biz Dünya Bankından 90 milyon dollar kredit aldıq. Stansiyanı tikirik və bu ilin dekabrında, son ayında açacağıq. Bu, həm elektrik enerjisi üçündür, həm də suvarma üçündür. Belə şeylər etməsəydik çətin olardı.

Bir о deyil. Məsələn, Lənkəran tərəfdə böyük su hövzəsi tikdik. Şəki tərəfdə, Quba tərəfdə və başqa yerlərdə də tikdik. Birini də tikdim, Dağlıq Qarabağda qaldı, ermənilər istifadə edirlər - Tərtər çayının üstündə Sərsəng su hövzəsi idi. Orada da kiçik elektrik stansiyası yaratdıq. Yəni о illər mənim yadımdadır. Mən kənd təsərrüfatı ilə çox məşğul olurdum. 70-80-ci illərdə sovet hökuməti bu işlərə çox pul buraxırdı və bu pulun hesabına bunları edirdi. Əgər bu olmasaydı məhsul istehsal edilə bilməzdi. Yəni о vaxtlar buraxılan pul alınan gəlirdən qat-qat artıq idi.

Məsələn, bizdə çörəyin bir kilosunun qiyməti 20 qəpik idi. Bir manatın 20 qəpiyi, beşdə bir hissəsi. Xatirimdədir, 70-ci illərin axırlarında məsələ qaldırmışdılar ki, axı biz çörəyi belə müftə satırıq, amma çörəyin istehsalına, buğdanın istehsalına - filana nə qədər хərс qoyuruq. İki-üç dəfə məsələ qaldırıldı ki, heç olmasa bunun qiymətini 10-20 qəpik artıraq. Amma dedilər, yox, xalq buna dözməz.

Yaxud da ki, heyvandarlıq məhsulları, sən dediyin kimi, bu subsidiya məsələsi. О vaxtlar da sovet hökuməti bunu buraxırdı. Amma ayrı-ayrı adamlara subsidiya buraxmırdı. Bunu kolxozlara, sovxozlara verirdi. Orada da ümumi təsərrüfat olduğuna görə şübhəsiz ki, böyük hissəsindən istifadə edilirdi, amma yeyib-dağıdanlar da olurdu. Ona görə о vaxtlar biz bilirdik ki, məsələn, Amerikada fermerlərə buğda istehsal etmək üçün hökumət pul verir. Çünki fermer öz pulu ilə о buğdanı istehsal edib gəlir götürə bilmir. Belə olanda da ölkə buğdasız qalır. Demək, hökumət nə etməlidir? Subsidiya verməlidir, pul verməlidir.

İndi siz bu işi yaxşı təşkil etmisiniz. Amma bizim hələ buna о qədər böyük imkanımız yoxdur. Biz sadəcə, torpaqları paylayandan sonra bir çox vergilər var idi. Həmin vergiləri götürdük. Sonra kənd təsərrüfatı mövsümü zamanı, kənd təsərrüfatı olan yerlərə yanacağın ümumdövlət qiymətini azaltdıq. İndi mənə deyirlər ki, bütün bunlar kömək edibdir.

İrşad Əliyev (Kənd təssərrüfatı naziri): Bəli, cənab prezident, çox böyük köməyi olubdur. Əgər belə olmasaydı 30 min hektar qarğıdalı, 15-20 min hektar sahədə pambıq səpilməzdi. Нələ tərəvəz, bostan məhsullarını demirəm. Məhsulun yığımı da о qədər mütəşəkkil təşkil olunmazdı. Hədsiz dərəcədə köməyi olubdur.

Heydər Əliyev: Bizim iqlimimiz elə bir-birinə bənzəyir. Bizdə də yağış azdır, su mənbəyi azdır, çay azdır. Ona görə hər şey bir-birinə bənzəyir. Özümüz də bir-birimizə bənzəyirik, dilimiz də bir-birinə bənzərdir. Baxıram, elə gözümüz də, qaşımız da bir-birinə bənzərdir. Hamısı bir-birinə bənzərdir.

İsa Kələntəri: Cənab prezident, mən Mərənddənəm. Arazdan 60 kilometr aralıdır.

Heydər Əliyev: Bilirəm. Mən də naxçıvanlıyam. Мərəndlə Naxçıvanın arasında, sən dediyin kimi, 60 kilometr məsafə var. Mən Naxçıvanda yaşayan zaman Təbrizə gedəndə dayanıb Mərəndə baxdım, oranı gördüm.

İsa Kələntəri: Dünyanın hər yerində - Amerikada, Asiyada, İranda, Azərbaycanda əkinçilərin özlərinə nisbətdə vəziyyəti eyni deyil. Ümumiyyətlə, bu cür hökumətlərdə heç vaxt istəməyiblər ki, ərzaq bahalansın. İranda deyirdilər ki, başqa sahələr kimi, ərzaq da sərbəst buraxılsın. Bu, ola bilməz. Bunu dövlət nəzarətdə saxlamalıdır.

Biz İranda əkinçiyə kömək etdiyimizə görə minnət qoymuruq. Əksinə, onlara minnətdar oluruq. Çünki onlar məhsul istehsal edərək qiyməti daha da ucuz edirlər və bu, şəhərdə yaşayanlar üçün də xeyirlidir. Kəndlilərə deyirik ki, məhsullarını baha satsalar, onda həmin məhsullar xaricdən daha ucuz qiymətə gətiriləcəkdir. Aydındır ki, xaricdə ucuzdur, çünki köhnə malları ucuz qiymətə satırlar. Məsələn, taxılın tonunu 80 dollara da ala bilərsən, 200 dollara da. Hər iki qiymətə olan taxıldan çörək bişirmək olar. Biz əkinçilərimizə minnətdarıq ki, qiymətləri ucuz edirlər, inflyasiyanın qarşısını alırlar. Ona görə də onlara subsidiya verilir. İndi istəyirlər ki, subsidiyanı ilbəil azaltsınlar, amma biz müqavimət göstəririk.

Heydər Əliyev: Mən hesab edirəm, düzgün siyasət aparırsınız. Ona görə də deyirsən ki, inqilabdan sonra kənd təsərrüfatı məhsullarının istehsalı üç dəfədən də çox artıbdır. Təcrübəniz də çox yaxşıdır. Мən уеnə də deyirəm, bizim nümayəndələr dəfələrlə İranda olublar və gəlib mənə danışıblar ki, çox yaxşı təcrübəniz vardır. Ona görə çalışmalıyıq ki, əməkdaşlıqda sizin təcrübənizdən istifadə edək. Şübhəsiz ki, indi dövlətimiz bir az pullanandan sonra daha da çox subsidiya verəcəyik.

Bayaq mən dedim, biz torpağı paylamışıq. Əvvəl deyirdik ki, torpağı paylamaq сətin məsələdir, belə şey olmaz. Üç-dörd il burada mübahisə gedibdir. Məsələn, Rusiyada indiyə qədər torpağı paylamayıblar - icarəyə veriblər, filan ediblər, amma paylamayıblar. Biz torpağı payladıq. Elə bilirdik ki, torpaq paylanandan sonra kəndli hər şeyi özü edəcəkdir. Amma kəndlinin qarşısına о qədər problemlər çıxdı ki, demək, onlara kömək etmək lazımdır. Doğrudur, siz bunu 20 ildir görmüsünüz. Biz də indi görürük. Ona görə biz də bunları edəcəyik və уеnə də deyirəm, sizin köməyiniz, təcrübəniz bizə çox lazımdır. Мən təşəkkür edirəm ki, siz Azərbaycanı ziyarət etmisiniz. Мən bizim kənd təsərrüfatı nazirinə tapşırmışam. Baş nazirə də demişdim. О mənə dedi ki, sizinlə görüşübdür. Baxaq görək, biz bu sahədə İran-Azərbaycan əməkdaşlığını nə cür inkişaf etdirə bilərik. Buna görə mən sizə təşəkkür edirəm.

İsa Kələntəri: Çox sağ olun. Bu barədə cənab Yaşar Əliyev Tehrana gələndə, ondan sonra İrşad müəllimlə biz danışmışıq. Amma bir neçə məsələlərin icra olunması üçün Sizin köməyinizə ehtiyac vardır. İstərdik ki, Sizin köməyinizlə bu işlər daha da qabağa getsin.