İtaliya Respublikasının prezidenti zati-aliləri cənab Karlo Adzelio Çampiyə - Bakı şəhəri, 27 may 2003-cü il


Hörmətli cənab prezident!

İtaliya Respublikasının milli bayramı - Respublika elan olunması günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında əlaqələrin gündən-günə genişlənməsindən məmnunam. Əminəm ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlığın inkişafı daim xalqlarımızın rifahına xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost italyan xalqına isə sülh və əmin-amanlıq arzulayıram.

Hörmətlə

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 3 iyun 2003-cü il.