Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Əfqanıstan İslam Dövlətinin Prezidenti zati-aliləri cənab Burhanuddin Rəbbaniyə təbriki - Bakı şəhəri, 14 avqust 2001-ci il


Hörmətli cənab Prezident!

Əfqanıstan İslam Dövlətinin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və dost Əfqanıstan xalqını səmimi-qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Əfqanıstan arasında təşəkkül tapmış dostluq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın rifahına xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və əmin-amanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Oçerklər

Azərbaycan - Asiya

Ümumi tarixi arayış

Azərbaycan - Asiya

Tarixi arayış

Azərbaycan - Asiya