Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov ilə görüşündən sonra jurnalistlərin suallarına cavabı - 9 iyun 2000-ci il, Tehran, Azərbaycan prezidentının iqamətgahı


Sual: Son vaxtlar GUÖAM xətti ilə görüşlər azalmışdır. Bu nə ilə bağlıdır?

İslam Kərimov: Zənnimcə, belə qənaət üçün heç bir əsas yoxdur. GUÖAM ən əvvəl iqtisadi əlaqələri, ilk öncə, kommunikasiya əlaqələrini genişləndirmək, möhkəmlətmək, inkişaf etdirmək məqsədi daşıyan təşkilat kimi yaradılmışdır. Allah Azərbaycanı elə bir mövqedə yerləşdirib ki, o, sadəcə, nəinki bütün kommunikasiyaları birləşdirir, həm də Şərqlə Qərbi birləşdirir. Odur ki, kimlərsə Mərkəzi Asiya ilə münasibətlərə malik olmaq istəsə, fərqi yoxdur, onlar bizə müraciət etməyə və ya Bakı vasitəsilə bizimlə əlaqə yaratmağa məcburdurlar. Bu mənada obyektiv surətdə şərait elədir ki, nə rəhbərin, nə də ictimaiyyətin iradəsindən asılı olmayaraq, biz həmin sırf cografi-siyasi, cografi münasibətləri hansısa daim işləyən əlaqələr formasında təşkil etməyə, üstəlik, normallasdırmağa borcluyuq. Ona görə də GUÖAM barədə söhbət gedəndə, mən, təəssüflər olsun, sizə açıqca deməliyəm ki, GUÖAM-ı möhkəmlətməkdənsə, onun haqqında daha çox danışırlar. Ona görə ki, Özbəkistanın GUÖAM-ın tərkibinə daxil olması haqqında biz hələ Vaşinqtonda sənəd imzalayarkən belə bir fikir irəli sürülmüşdü ki, GUÖAM hansı təşkilat formalarına malikdir? Siz Heydər Əliyeviçdən soruşsanız, o da sizə deməyəcəkdır. GUÖAM-ın fəaliyyətini təmin edə biləcək təşkilat strukturu əslində heç cür formalaşdırılmayıb. Hər şey elə qurulmusdur ki, kimsə təşəbbüs göstərir, təşkilatın üzvü olan dövlətlər sırasından kimlərsə, bax, bu təşəbbüs əsasında toplaşırlar. Bütün bu cür beynəlxalq strukturlarda qəbul edildiyi kimi, hətta katiblik və ya hansısa daimi fəaliyyət göstərən icraiyyə komitəsi də yoxdur. Ona görə də bunun səbəbi barədə sual və başqa suallar veriləndə, mən əks sual verərdim: Bəs, GUÖAM hansısa bir dövlətlərarası struktur kimi təşkil ediləcək, yoxsa sözdə mövcud olacaq? Ən başlıcası, bu təşkilatın əsas məqsəd və vəzifələrini, perspektiv vəzifələrini müəyyənləsdırəcək hansısa nizamnamə sənədlərini qəbul etmək lazımdır. Odur ki, əgər öz sualınızı mənə verirsınızsə, sizə deməliyəm ki, Özbəkistanın bu təşkilatdan yayınması və ya özünü kənara çəkməsi barədə söhbət üçün heç bir əsas görmürəm. Hiss edirəm ki, sualınıza cavab verdim.

Heydər Əliyev: Mən İslam Əbdüqəniyeviçin dediklərının hamısını təsdiqləyirəm.

İslam Kərimov: Siz hətta əlavə də edə bilərsınız.

Heydər Əliyev: Siz elə müfəssəl danışdınız ki, əlavə etmək mənim üçün çətindir. Vaxti çox almaq istəmirəm, sizin dediklərınız hamısı doğrudur. Prezident İslam Kərimovun dediyi kimi, GUÖAM məhz həmin məqsəd üçün yaradılmış təşkilatdır. Amma təəssüf ki, biz hələ təşkilatlana bilməmişik. Bununla bərabər, hamının təşkilatlanmaq və işi təsadüfdən-təsadüfə, kimsə təşəbbüs göstərəndə deyil, planlı surətdə aparmaq üçün katiblik və ya icra orqanı səklində həqiqətən daim fəaliyyət göstərən orqan yaratmaq arzusu var. Mənə elə gəlir ki, bu bizim, necə deyərlər, ümumi problemımızdir və hesab edirəm ki, - prezident Kərimovun dediklərini mən də təsdiqləyirəm - bunun üçün əlavə tədbirlər görməliyik.

Sual: Cənab Heydər Əliyev, biz tarixə varmamalıyıq. Lakin 1992-ci ildə Azərbaycanla Özbəkistan arasında münasibətlər yaxşı deyildi. Heydər Əliyeviç hakimiyyətə gələn kimi Özbəkistanla Azərbaycan arasında çox yaxşı münasibətlər yarandı. İstərdim  deyəsınız ki, sizin aranızda yaxşı münasibətlər var. Sizi nə kimi səciyyəvi xüsusiyyətlər yaxınlasdırır ?

İslam Kərimov: Deyərdim ki, siz nəinki, sadəcə olaraq, çox tutumlu sual verdınız, həm də elə bir sual verdınız ki, o, təkcə azərbaycanlıların deyil, özbəklərin də fikirlərində, süurlarında həmişə dolanmalıdır. Təəssüf ki, biz hamımız adi işlərlə, gündəlik problemlərlə, ən əvvəl məişət problemləri ilə məşğul olaraq, ən yaxın - dünənki günümüzü unuduruq. Siz, həqiqətən, haqlısınız - əgər 91-ci, 92-ci, 93-cü illərdən danışsaq, onda görərik, is elə gətirmişdi ki, sizə  məlum olan Elçıbəyin - bu gün onu Türkiyədə çox yaxşı qəbul edirlər, bu bizə qətiyyən aydın deyil, mən bunu da demək istəyirəm, bilmirəm, kiminsə xoşuna gələcək, kiminsə xoşuna gəlməyəcəkdir, lakin bu mənə, sadəcə olaraq təəccüblü görünür - rəhbərliyi altında Azərbaycan bir vaxtlar çox şeylər etmişdir. Mən onun siyasətindən danışmaq istəmirəm, onun Azərbaycan üçün siyasətini qiymətləndirmək fikrindən uzağam. əlbəttə, əgər o hansısa bir partiya, yaxud hansısa bir hərəkata rəhbərlik edirsə, deməli, onun Azərbaycanda öz tərəfdarları var, onun yolu ilə gedənlər də var. Lakin Özbəkistan barəsində elə hərəkətlərə yol verilmişdi, yaxud hər halda, elə hallar olmuşdu ki, bunlar bizi - Özbəkistanı Azərbaycandan əslində uzaqlasmağa vadar edirdi. Bu faktdır və ondan heç yana qaça bilməzsən. Bu, dünənki tarixımızdir. Bir daha təkrar edirəm, Azərbaycan hökumətının, ümumiyyətlə, sizə məlum olan Elçıbəyin basçılıq etdiyi Azərbaycan rəhbərliyının hərəkətlərının səbəbləri bizə qətiyyən aydın deyildi. Sadəcə olaraq, basa düşmək çətin idi ki, o nəyə əsaslanır, onun nə kimi prinsipləri var, ümumiyyətlə, nə istəyir. Bir daha deyirəm, mən təfsilata varmaq istəmirəm; onun Azərbaycan tarixində nə kimi iz qoymasından danışmaq istəmirəm, bu mənə aid məsələ deyildir, yalniz fikrimi Özbəkistan və Azərbaycanın Qarşılığlı münasibətləri barədə sualımız üzərində cəmləşdirərək, sizin sözlərınızi təsdiqləmək istəyirəm. Bəli, bu olmuşdur.

Heydər Əliyev gələndən sonra da, açığını deyəcəyəm, bizdə nəinki, sadəcə olaraq, yadlaşma, həm də inciklik vəziyyəti davam edirdi. İki pambiqçılıq respublikası olan biz bu qədər oxşar xüsusiyyətlərimiz, təkcə tarixi yaxınlığımız deyil, həm də hər cəhətdən yaxınlığımız və qohumluğumuz olduğu halda, bizə yaxın, dogma xalq olduğu halda nə üçün Azərbaycan birdən-birə hər şey etməyə başladı ki, qarşıdurma, sadəcə, ziddiyyətlər deyil, məhz qarşıdurma yaratsın. Bizdə inciklik hissi vardı. Qoy Heydər Əliyeviç inciməsin, onu hələ çox-çox illər əvvəl tanımağıma, uzun müddət mənə əl uzatmasına baxmayaraq, mən uzun zaman özümü Azərbaycana gəlməyə məcbur edə bilmədim, çünki bu hisslər məndə qalmaqda idi. Aydın deyil, o illərdə belə şeyə nə üçün yol verilmişdi.

Lakin buna baxmayaraq, Heydər Əliyevin xidmətini qeyd etməliyəm. O, qətiyyətli adamdır, əzmkar adamdır, Azərbaycanın mənafeyi onun üçün hər şeydən vacibdir. Mən bunu bir dəfə demişəm və bir daha təkrar etmək istəyirəm. Azərbaycan xalqının rifahi, xoşbəxtliyi, əmin-amanlığı onun üçün hər şeydən irəlidir.

Gərək ki, bunu siz, xalq, Azərbaycanın nümayəndələri məndən yaxşı bilirsınız. Kim bunu bilmirsə, qoy ən Yaxın tarixımızə bir daha nəzər salsın və müqayisə etsin. Ona görə demək istəyirəm: bu gün özbək və Azərbaycan xalqlarının, dövlətlərimizin, ən başlıcası isə, biz rəhbərlərin dostluğu büsbütün Heydər Əliyevin təşəbbüsü və xidmətidir. Bu gün sizdə bəzi hadisələr baş verir, müxtəlif çıxışlar olur və biz onların barəsində eşidirik, bunlar dövlətin, demokraliyanın təşəkkülü və digər proseslərin getdiyi dövrdə normal hallardır. Ona görə də, zənnimcə xalq daim başa düşür, elə çərçivələr var ki, ondan kənara çıxmaq olmaz. Bütün bunlarla belə, mən sadəcə olaraq demək istəyirəm ki, gərək ayıq olasan, 92-ci ilin Azərbaycanına nəzər salasan və nəinki bugünkü, həm də sabahkı Azərbaycana baxasan.

Bu baxımdan mən ürəkdən həsəd aparıram, o mənada həsəd aparıram ki, Azərbaycanın sabahkı gününə nəzər salsaq, görərik ki, onun nə qədər yaxşı perspektivləri var. Nə qədər müqavilələr imzalanıb və şübhəsiz ki, onlar Azərbaycan iqtisadiyyatının çox sürətli inkişafını təmin etməli və Azərbaycanı firavan dövlətlər sırasında çıxarmalıdır. Mən çox da təmtəraqlı ifadələr işlətmirəm, lakin bu gün Azərbaycandakı problemləri də məhz Azərbaycana artıq gəlməkdə olan sərmayələr həll edəcəkdir. Lakin ən başlıcası isə, əminəm ki, bu gün Azərbaycan çox zəngin dövlətlərin, çox güclü dövlətlərin diqqət mərkəzindədir. Ona görə də mən Azərbaycanın bu potensialina və sabahkı gününə həsəd aparmaya bilmərəm. Sualınıza cavab verərək bunları demək istəyirdim.

Heydər Əliyev: Bilirsiniz, bu barədə bir neçə kəlmə deməyə bilmərəm, çünki sual verildi və prezident İslam Kərimov ətraflı cavab verdi. Mən deməliyəm ki, Azərbaycana məhz elə münasibət göstərmək üçün Özbəkistanın, onun prezidentının tam əsası vardı. Bu, o vaxtlar, 91-ci, 93-cü illərdə baş vermişdir.

Bilirsınız, xalqlar əsrlər boyu dostluq edirlər, bu dostluğu möhkəmlətmək də olar, uzun illər, onilliklər ərzində yaranmış bu dostluğu hansısa düşünülməmiş hərəkətlərlə və ya hansısa səhvlərlə, yaxud, çox güman, qərəzli, anlaşılmaz addımlarla pozmaq, ona ləkə salmaq, bəlkə də hətta Azərbaycanla Özbəkistan arasında münasibətlərin o vaxtki vəziyyətinə gətirib çıxarmaq da olar. Ancaq demək olar, Elçibəyin kimliyi hamiya bəllidir. O, məsələn, təkcə Özbəkistan barəsində deyil, başqa ölkələr barəsində də belə hərəkət edirdi. Dövlət fəaliyyəti sahəsində təcrübəsi, biliyi ilə yox, təsadüfən prezident olaraq Azərbaycanı vətəndaş müharibəsinə gətirib çıxarmışdı. Azərbaycanlılar buradadırlar, nəinki azərbaycanlılar, Özbəkistan nümayəndələri də bilirlər ki, ölkə vətəndaş müharibəsi həddinə gəlib çıxmışdı. Bu müharibə başlayanda və o öz həyatı üçün təhlükə hiss etdikdə Bakıdan xəlvəti qaçıb getdi və doğulduğu dağ kəndində dörd il gizləndi.

Azərbaycanda vəziyyət sabitləşdikdə isə o, dağlardan enib yenidən fəaliyyətə başladı. Bax, o belə adamdır. əgər sən prezidentsənsə və vətəndaş müharibəsi başlayıbsa və buna təqsirkar sənsənsə, bunun üçün məsuliyyət dasımalısan. Sən xalqla birlikdə olmalısan, prezident vəzifəsini tutaraq fərarilik etməməlisən. Görünür, dünyada belə nümunə tapmaq hələ çətindir.

Buna görə də o, nəinki Özbəkistanla Azərbaycan arasında münasibətlərə ziyan vurmuşdur, həm də öz adamları, öz dəstəsi ilə Azərbaycanın iqtisadiyyatına da, ictimai-siyasi həyatına da çox boyük ziyan vurmuşdur. Onun vurduğu bu ziyanın nəticələrini ləğv etmək üçün biz bir çox işlər işləməli olduq. Mən prezident olduqda isə, əlbəttə, Özbəkistanla Azərbaycan arasında bu cür münasibatləri təsəvvür etmək çətin idi. Ona görə də bu mənada İslam Kərimovu başa düşürdüm. Mən hesab edirəm ki, o haqlı idi. Çünki bu dövrlərdə Özbəkistanla Azərbaycan arasında mövcud olmuş münasibətləri birdən-birə bir nəfər o dərəcədə korlamisdi ki, etimadsızlıq hissləri yaranmışdı. Buna görə də İslam Kərimov haqlı idi. Mənim vəzifəm isə bu münasibətləri bərpa etməkdən və əvvəlki səviyyəyə qaldırmaqdan ibarət idi. Gördüyünüz kimi, indi xalqlarımız arasında, dövlətlərimiz arasında və iki prezident arasında gözəl münasibətlər var. Siz hamınız bilməlisınız ki, dövlətlərin liderlərindən çox şey asılıdır. Demokratiya da gərəkdir, qalan hər sey də. Amma bir dövlət üçün layiqli lider lazımdır və şəxsiyyət lazımdır. Bax, Özbəkistanda şəxsiyyət, lider İslam Kərimovdur.

Mən nə üçün istəyirdim ki, münasibətlərimiz bərpa edilsin? əvvəla, ona görə ki, Özbəkistanla Azərbaycan arasında 91-93-cü illərdə olmuş münasibətlərin qalması mənim üçün məqbul deyildi. Ikinci isə, bilirdim, Moskvadan Özbəkistana çox böyük hücumlar edilən və əslində xalqı gözdən salmağa, respublikanı nüfuzdan salmağa cəhdllər göstərilən o ağır şəraitdə İslam Kərimov ayağa qalxdı və hər şeyə - hələ Sovetlər İttifaqı dövründə baş vermiş bütün ədalətsizliyə qarşı çıxdı və mərdlik nümayiş etdirdi və bu mərdlik qarşısında hami geri çəkildi. Buna görə də o, Sovetlər İttifaqı dövründə də Özbəkistanı ağır vəziyyətdən əslində xilas etmiş bir şəxsiyyətdir - mən o zaman Moskvada yaşayır və işləyirdim, Sovetlər İttifaqının mərkəzi hökuməti tərəfindən Özbəkistana qarşı, basa düşürsünüzmü, xalqa qarşı nələr edildiyini bilirdim. Xalq əslində gözümçıxdıya salınmışdı. Bu, əslində soyqırımı idi. Mən bunu Özbəkistanda çıxış edərkən demişdim və bu gün də ürək ağrısı ilə xatirlayıram Siyasi Büronun üzvü olaraq mən Siyasi Büronun iclaslarına gəlirdim, iclaslar məhdud dairədə, 10-11 adamın iştirakı ilə qapalı şəkildə keçirilirdi və Qorbaçov günaşırı məsələ qaldırırdı: Özbəkistanda filankəs rüşvətxordur, Özbəkistanda korrupsiya var və sairə Liqaçov isə hər dəfə siyahı çıxararaq deyirdi ki, Ryazandan, Bryanskdan, Oryoldan, Tambovdan Yaroslavdan 20 nəfər - raykomların adi təlimatçıları və ya icraiyyə komitələrının isçiləri var, rayonların, səhərlərin və vilayətlərin rəhbəri vəzifəsinə göndərirlər. Özbəkistan bax, belə ağır vəziyyətdə idi. Təəssüf ki, Rəşidovun vəfatından sonra rəhbərliyə gəlmiş şəxslər buna nəinki mane ola bilmədilər, hətta kömək edirdilər. Bir nəfər, iki nəfər – onların familiyaları məlumdur. Nəhayət, öz xalqını müdafiə etməyə qadir olan bir insan meydana çıxdı. O indi də ağır şəraitdə öz xalqının müdafiəsində möhkəm dayanmışdı. Vəziyyət ağırdır, hər halda, Orta Asiyanın cənubunda baş verən hadisələr hamıya məlumdur. Ona görə də, əlbəttə, bir azərbaycanlı kimi, Azəbaycan xalqının nümayəndəsi kimi, mən Özbək xalqına da və bu insana, şəxsiyyətə də xoş hisslər bəsləmişəm və bəsləyirəm.

İslam Kərimov: Sağ olun.

Tarixi arayış

MÜSAHİBƏLƏR