Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kraliçası ülyahəzrət II Elizabetaya təbriki - Bakı şəhəri, 11 iyun 2001-ci il


Ülyahəzrət!

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı - Kraliçanın təvəllüdü günü münasibətilə Sizi və dost Böyük Britaniya xalqını ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Böyük Britaniya arasında yaranmış dostluq və əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsinə xüsusi əhəmiyyət verirəm. Əminəm ki, ikitərəfli əlaqələrimizin inkişafı bundan sonra da xalqlarımızın rifahına yeni-yeni töhfələr verəcəkdir.

Sizə möhkəm cansağlığı, səadət, işlərinizdə uğurlar, ölkənizə sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Oçerklər

Azərbaycan - Avropa

Ümumi tarixi arayış

Azərbaycan - Avropa

Tarixi arayış

Azərbaycan - Avropa