Gürcüstan Respublikasının Prezidenti zati-aliləri Eduard Şevardnadze cənablarına - 8 noyabr 1995-ci il


Əziz Eduard Amvrosiyeviç!

Gürcüstan Respublikasının prezidenti seçilməyinizlə əlaqədar olaraq sizə ən səmimi təbriklərimi yetirirəm, xoşbəxtlik, cansağlığı və dövlət başçısı kimi məsul fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.

Əminəm ki, Azərbaycanın və Gürcüstanın qardaş xalqlarının ənənəvi dostluq, əməkdaşlıq və qarşılıqlı yardım əlaqələri hər iki xalqın rifahı, regionda sülh və sabitlik naminə bundan sonra da möhkəmlənəcək və inkişaf edəcəkdir.

Sizə və bütün gürcü xalqına keçid dövrünün çətinliklərini tezliklə aradan qaldırmağı, ərazi bütövlüyünün bərpasını, əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.