Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti zati-aliləri cənab Yohannes Rauya təbriki - Bakı şəhəri, 25 sentyabr 2001-ci il


Hörmətli cənab Prezident!

Almaniya Federativ Respublikasının milli bayramı – Alman birliyi günü münasibətilə Sizi və dost alman xalqını ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında səmimi dostluq və əməkdaşlıq əlaqələri daim inkişaf edərək ölkələrimizin və xalqlarımızın rifahına xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost alman xalqına əmin-amanlıq və daha böyük tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti.

Oçerklər

Azərbaycan - Avropa

Ümumi tarixi arayış

Azərbaycan - Avropa

Tarixi arayış

Azərbaycan - Avropa