Xalq yazıçısı İsmayıl Şıxlıya - 4 iyul 1994-cü il


Əziz və hörmətli İsmayıl Şıxlı!

Sizi - ömrünün mənasını doğma xalqına təmənnasız xidmətdə görən sənətkarımızı anadan olmağınızın 75-ci ildönümü münasibətilə ürəkdən təbrik edir və sizə dərin ehtiramımı bildirirəm. Sizin ədəbi, pedaqoji və ictimai fəaliyyətiniz hər bir gənc üçün əvəzsiz olmuşdur. AZərbaycan xalqının böyük bir nəslinin layiqli övlad, əsl vətəndaş və hərtərəfli şəxsiyyət kimi yetişməsində sizin əməyiniz böyükdür.

Siz istedadlı yazıçı, müdrik və mahir pedaqoq, mübariz vətəndaş kimi xalqın qəlbində əbədi məskən salmısınız. Belə bir sevgiyə layiq görülmək ən böyük səadətdir.

Hörmətli sənətkarımız!

Sizi bu əziz yubileyiniz münasibətilə bir daha səmimi qəlbdən təbrik edir, sizə möhkəm cansağlığı, uzun ömür, Azərbaycanın işıqlı gələcəyi naminə əzm və qüdrət arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 4 iyul 1994-cü il.

Ümumi tarixi arayış

Tarixi arayış

MƏDƏNİYYƏT