Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin xalq rəssamı Elbəy Rzaquliyevə təbriki - Bakı şəhəri, 19 iyun 1998-ci il


Hörmətli Elbəy Rzaquliyev!

Sizi - Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsini anadan olma gününüz münasibətilə və yaradıcılığmızın 50 illiyi ilə ürəkdən təbrik edirəm.

Siz müasir Azərbaycan rəngkarlığında öz fərdi üslubu ilə seçilən, müxtəlif janrlarda maraqlı əsərlər yaradan rəssam kimi tanınırsınız. Tarixi mövzulara və doğma diyarın təbiətinə həsr olunmuş tablolarımz yaradıcılığınızın mühüm bir hissəsini təşkil edir. Əməyi və zəhmət adamlarını təsvir edən rəsmləriniz Azərbaycanda həyata keçirilən quruculuq işlərinin əsl salnaməsidir. Qədim və müasir Bakıya həsr etdiyiniz silsilə əsərlər ölkəmizin paytaxtının təkrarolunmaz gözəlliyini tərənnüm edir və hər bir azərbaycanlı üçün xüsusi əhəmiyyət kəsb edir. Obrazların psixologiyasına, daxili aləminə nüfuz etmək bacarığı ilə yaratdığınız portretlər müasir insanın düşüncə və hisslərini, ziddiyyətli və zəngin mənəvi keyfiyyətlərini dərk etməyə çağırır. Səfərləriniz zamanı dünyanın bir çox ölkələrinin həyatına və təbiətinə həsr etdiyiniz lövhələr yaradıcılığınızda mövzu rəngarəngliyinə əyani sübutdur.

Siz milli kinematoqrafıyamızın inkişafında öz bilik və bacarığını sərf etmiş kino rəssamı kimi də şöhrət tapmısınız. Azərbaycan kinosunun nadir inciləri sayılan "Arşın mal alan", "Ögey ana", "Görüş", "Sevil" və başqa fılmlərin bədii tərtibatçısı və geyim eskizlərinin müəllifi olaraq onların böyük uğur qazanmasında mühüm rol oynamısınız. Filmlər üçün yaratdığınız eskizlərin bir çoxu öz bədii dəyərinə görə müstəqil rəsm əsərləri kimi dəfələrlə sərgilərdə nümayiş etdirilmişdir.

Sizin - müasir dövrümüzün aktual mövzularını böyük məharətlə işləyən fırça ustasının keçdiyi sənət yolu gənc rəssamlar nəsli üçün gözəl bir nümunədir. Əminəm ki, öz yeni əsərlərinizlə pərəstişkarlarınızı bundan sonra da sevindirəcək və Azərbaycan təsviri sənət məktəbini daha da zənginləşdirəcəksiniz. Sizə uzun ömür, cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Ümumi tarixi arayış

MƏDƏNİYYƏT

Tarixi arayış

MƏDƏNİYYƏT