Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yaponiyanın İmperatoru əlahəzrət Akihitoya təbriki - Bakı şəhəri, 20 dekabr 2001-ci il


Əlahəzrət!

Yaponiyanın milli bayramı - İmperatorun təvəllüdü günü münasibətilə Sizi və dost Yaponiya xalqını səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan-Yaponiya münasibətlərinin hərtərəfli inkişafına böyük əhəmiyyət verirəm. Əminəm ki, ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın mənafeyinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Oçerklər

Azərbaycan - Asiya

Ümumi tarixi arayış

Azərbaycan - Asiya

Tarixi arayış

Azərbaycan - Asiya