Gürcüstan Respublikasının Prezidenti zati-aliləri Eduard Şevardnadze cənablarına - Bakı şəhəri, 17 mart 1997-ci il


Bakı - Bolnisi marşrutu ilə hərəkət edən sərnişin avtobusunun Azərbaycanın Tovuz rayonu ərazisində qəzaya uğraması, Gürcüstan vətəndaşlarının həlak olması və yaralanması xəbəri məni dərindən sarsıtdı.

Həlak olanların qohum-əqrabalarının dərdinə şərik çıxır, onlara dərin hüznlə başsağlığı verirəm.

Allahdan ölənlərə rəhmət, yaralananlara şəfa diləyirəm.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.