Azərbaycan Prezidenti Heydər Əliyevin məşhur Rusiya rəssamı Nikas Safronovla görüşdəki söhbətindən - Prezident sarayı, 15 oktyabr 1998-ci il


Heydər Əliyev:  Xoş gəlmişsiniz. Sizi Bakıda görməyimə çox şadam. Əminəm ki, bu dəfə də rəssamlıq məharətinizlə, gözəl tablolarınızla bizi sevindirəcəksiniz.

Nikas Safronov:  Sağ olun, cənab prezident. Mən bu yaxınlarda Azərbaycanın gözəl diyarı Naxçıvanda oldum. Və orada çəkdiyim şəkillərdən birini - "İlanlı dağ" əsərimi Sizə təqdim etmək istəyirəm.

Heydər Əliyev: Çox sağ olun, siz məni olduqca məmnun etdiniz.

Nikas Safronov:  İcazə verin tablonun arxasında yazdığım sözləri Sizə oxuyum: "Azərbaycan Respublikasının prezidenti, çox hörmətli və ürəkdən sevdiyim Heydər Əliyeviç Əliyevə və Azərbaycan üzün tarixi gün olan 1998-ci il 11 oktyabr - prezident seçkiləri günündə. Qoy bu şəkil Sizə olan insani rəğbətimizi və mənim Sizə olan sədaqətimi və ehtiramımı həmişə xatırlatsın. Sizin Nikas Safronov".

Hörmətli cənab prezident. Məni bu gün - seçkilərdən əvvəl buraya gətirən Sizə olan məhəbbət və rəğbətimdir.

Heydər Əliyev:  Çox sağ olun, mən də Sizi yalnız məharətli rəssam kimi deyil, eləcə də gözəl insani keyfiyyətlərə malik şəxs kimi qiymətləndirirəm.

Nikas Safronov: Cənab prezident. Mən bu seçkilərdə Sizin qələbənizə şübhə etmirəm. Sizi dahi insan hesab edirəm. Sizin kimi insanlar 100 ildə deyil, 1000 ildə bir dəfə doğulurlar. Bu böyük ölkəni düzgün sezim etməsi münasibətilə təbrik edirəm, mən özüm də buna şadam və sevinirəm.

Heydər Əliyev: Seçkilərdəki qələbə ürəyimdəki məsuliyyət yükünü daha da artırır. Sizə isə xoş sözlərinizə görə təşəkkür edirəm. İndi isə istərdim ki, Naxçıvan təəssüratınızı bölüşdürəsiniz.

Nikas Safronov: Sözün düzü, mən bu diyara vurulmuşam. Onu İsveçrədən daha gözəl hesab edirəm. Tablonu çəkərkən keçirdiyim hissləri kətan üzərinə keçirməyə çalışırdım. Görürsünüz, tablonun mərkəzində buludların arasından süzülən günəş şüalarının işıqlandırdığı İlandağ əzəmətlə ucalır. Dağın ətəyində isə arxeoloji qazıntı işləri aparılır. Mən bu mənzərəni təsvir etməklə Sizin kimi böyük insanları dünyaya gətirən, xüsusi daxili enerjiyə malik Naxçıvan torpağının qədimliyini təsdiq etmək istəmişəm.

Heydər Əliyev: Çox sağ olun, əziz cənab Safronov! Bu gözəl əsərinizə görə, eləcə də Naxçıvana gedərək, bu torpağın bütün gözəlliyini, əzəmətli dağlarını gördüyünüzə və əsərinizlə əbədiləşdirdiyinizə görə Sizə minnətdarlığımı bildirirəm.

Nikas Safronov: Sözün doğrusu, bu cür dağlar nə Almaniyada, nə də İsveçrədə görmüşəm. Naxçıvanlılar öz dağları ilə çox fəxr edirlər. Mən ümidvaram ki, təkraredilməzliyi ilə məni də heyran qoymuş bu qədim diyarın gözəlliklərini mən yenə də vəsf edəcəyəm. "İlandağ" mənim Naxçıvan haqqında son əsərim olmayacaq.

Heydər Əliyev: Mən də buna çox ümid edirəm. Bir daha Sizə təşəkkür edir, Sizi prezident sezilməyim münasibətilə oktyabrın 18-də keçiriləcək təntənəyə dəvət edirəm.

Nikas Safronov: Təşəkkür edirəm, hörmətli cənab Prezident. Mən Sizin seçkilər ərəfəsində etdiyiniz səfərlərdən keçirdiyiniz görüşlərdən xəbərdaram. Sizin gördüyünüz işlərin öhdəsindən heç bir siyasətçi, heç bir insan gələ bilməz.

Əgər dini mövzuda tablolar çəkən rəssam olsaydım, Sizi fövqəladə işlər, adi adamların görə bilmədikləri işləri görən müqəddəslər kimi təsvir edərdim.

Heydər Əliyev: Bir daha Sizə təşəkkür edirəm. Sağ olun. Sizə işlərinizdə və şəxsi həyatınızda uğurlar arzulayıram və Sizi yenə də gözləyirəm.

Tarixi arayış

MƏDƏNİYYƏT