Gürcüstan Respublikasını rəhbəri, zati-aliləri cənab E.A.Şevardnadzeyə - 22 iyun 1993-cü il


Hörmətli Eduard Amvrosiyeviç!

Azərbaycan Respublikasının Ali Sovetinin sədri vəzifəsinə seçilməyim münasibətilə təbrikinizə görə Sizə səmimi-qəlbdən minnətdarlığımı bildirirəm.

Azərbaycan xalqı qardaş gürcü xalqı ilə əsrlərdən bəri dostluq və mehriban qonşuluq telləri ilə bağlıdır. Hesab edirəm ki, bizim dövlətlərin və parlamentlərin qarşılıqlı münasibətləri ən yüksək səviyyədə və xalqlarımızın rifahı və çiçəklənməsi naminə inkişaf edəcəkdir. Bunun üçün biz bu günlər, öz vətəndaşlarımızın bütün beynəlxalq hüquq normalarına, insan hüquqlarına, demokratik qanunlara riayət etmələrini təmin etmək üçün bütün səylərimizi sərf etməliyik.

Səmimiyyətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.