İsrail dövlətinin prezidenti zati - aliləri cənab Ezer Veysmana - Bakı şəhəri, 20 aprel 2000-ci il


Hörmətli cənab prezident!

İsrail dövlətinin Müstəqillik günü bayramı münasibətilə sizə və dost İsrail xalqına səmimi salamlarımı və təbriklərimi yetirirəm.

Mən Azərbaycan Respublikası ilə İsrail dövləti arasında təşəkkül tapmış münasibətlərə böyük əhəmiyyət verirəm. Əminəm ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələri xalqlarımızın rifahı naminə daim genişlənəcək və inkişaf edəcəkdir.

Cənab prezident, fürsətdən istifadə edib sizə cansağlığı və səadət, ölkənizə sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 21 aprel 2000-ci il.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Azərbaycan - Asiya