Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Bakılı oğlanlar" şən və hazırcavablar komandasının konsertindən sonra komandanın üzvləri ilə görüşdə söhbəti - Respublika sarayı, 5 may 2000-ci il


Heydər Əliyev: Sizi təbrik edirəm, yenidən gözəl bir proqramla çıxış etdiniz.

Anar deyir ki, anşlaqla keçir, yəqin ki, başqalarına stimul vermək istəyirsiniz. Hər dəfə olduğu kimi, indi də çox gözəl çıxış etdiniz. Mənim heç xatirimdə deyil ki, artıq beş il keçibdir. Beş ildir ki, siz inkişaf edirsiniz, istedadınız get-gedə artır.

Burada daha çox rus dilində danışdınız, proqramın da çox hissəsi rus dilindədir. Amma Azərbaycan dili tədricən tətbiq olunur, bu çox yaxşıdır. Ümumiyyətlə, Azərbaycanda çox adamlar iki dili - Azərbaycan və rus dillərini bilirlər. Bununla belə, bizim ölkəmiz müstəqildir, suveren dövlətdir, dövlət dilimiz Azərbaycan dilidir. Mən rəhbər vəzifədə olan bütün işcilərimizə iki-üc dəfə xəbərdarlıq etmişəm - kim öz Azərbaycan dilini öyrənməsə, onu işdən azad edəcəyəm. Yəqin Anar da deyə bilər ki, kim öyrənməsə, komandadan çıxaracaqdər. Lakin birinci növbədə o özü öyrənməlidir, mənəvi huququ olmaq üçün özü öyrənməlidir.

Çox yaxşı çıxış etdiniz. Baxıram, çox istedadlı uşaqlarsınız, yaxşı gənclərsiniz. Mənim aeroporta gəlməyimi yaxşı göstərdiniz. (Murad Dadaşova müraciətlə): Sən idin, deyilmi? Hər şeyi yaxşı göstərirsən, amma boyun mənimki qədər deyildir. Yaxşı göstərdiniz. Mən həmişə xaricə gedib-gələndə görürsünüz, ona görə də göstərməyinizdə elə bir təəccüblü şey yoxdur.

Anar Məəmmədxanov (Komandanın kapitanı, Milli Məclisin deputatı): Cənab Prezident, Siz yumoru, parodiyanı həmişə normal qəbul edirsiniz. Bu bizim üçün doğrudan böyük şərəfdir. Həddindən artıq böyük şərəfdir. Məmurlar yaxınlaşıb deyəndə ki, niyə bizə sataşmısınız, demişik ki, Prezident haqqında danışanda o heç vaxt heç nə demir, siz nəyə görə belə narahatsınız?

Heydər Əliyev: Mən onu görəndə hamıdan çox gülürəm. İstəyirəm sizə bir fikir deyəm: əvvəl mənim barəmdə yumoru göstərin, sonra müxalifəti. Əgər onlar bir söz desələr, deyərsiniz ki, biz Prezidenti də göstəririk, bərabərlik eləmişik.

Anar Məəmmədxanov: Sizi zahirən göstəririk, onların isə içini. Bunlar ayrı-ayrı anlayışlardırə

Heydər Əliyev: Çox gözəl. Aşığı oynayan hansı idi?

Anar Məəmmədxanov: Bəstəkar Süleyman ələsgərovun nəvəsidir.

Heydər Əliyev: Allah ona rəhmət eləsin, yaxşı bəstəkar, yaxşı insan idi. Mən onunla 50-ci illərdən yaxın tanış idim.

Tahirv - Cabir İmanovlar: Babamızın Fəxri xiyabanda dəfn olunmasına görə Sizə ailələrimiz adından minnətdarlığımızı bildiririk.

Heydər Əliyev: Bəs necə, mən eşidən kimi qəzetdə başsağlığı verdim, göstəriş verdim ki, Fəxri

xiyabanda dəfn olunsun. Yaxşı bir insan, yaxşı bəstəkar idi. Mən onu hər dəfə görürdum, çox sağlam idi. Amma nədənsə, birdən, qəfildən öldü.

Tahir İmanov: Nənəmiz rəhmətə getdi, bir ay sonra isə babamız.

Heydər Əliyev: Nənənin adə gərək ki, Ağgül idi, yadımdadır. Siz onun qızının uşaqlarısınız? Çox yaxşı, əstedadlı uşaqlardır, bunların üstünlüyü ondadır ki, həm Azərbaycan dilində, həm də rus dilində eyni səviyyədə danışırlar.

Anar Məəmmədxanov: Şuşada böyüyüblər.

Heydər Əliyev: Amma rus dilini də yaxşı bilirlər.

Anar Məəmmədxanov (Elçin Bağırzaəni dövlətimizin başçısına təqdim edərək): Bizim yeni opera səsimizdir.

Heydər Əliyev: Doğrudan, sizin yaxşı səsiniz də var, Bilalı keçəcəksiniz. O indi sizin komandadadır?

Anar Məəmmədxanov: Bəli. Bilalı Amerikaya aparmışdıq. Orada muğam nomrəsini göstərəndə

zəncilər məəttəl qalmışdılar.

Heydər Əliyev: İlham haradadır, buraya gəl. Mən onu bir də öpürəm ki, gələn dəfə daha yaxşı göstərsinlər.

Sizi bir də təbrik edir, yeni uğurlar arzulayıram. Sözünüzün üstündə durun - dediniz ki, qalib gələcəksiniz. Deyiləni həyata keçirmək, verilən sözü yerinə yetirmək lazımdır. Mən buna ümid bəsləyəcəyəm.

Yaxşı kollektiv yaranmışdır. Siz səhnədə düzüləndə görünur ki, çox böyük kollektivsiniz. Daha da sıx birləşməyə çalışın.

Azərbaycanda sizin böyük nüfuzunuz var, məşhursunuz. Konsertiniz anşlaqla keçir, hamı gülür. Mən özüm o qədər güldüm ki, gözlərim yaşardı.

Sağ olun, gecəniz xeyrə qalsın.

Ümumi tarixi arayış

MƏDƏNİYYƏT

Tarixi arayış

MƏDƏNİYYƏT