Küveyt dövlətinin əmiri Ələhəzrət şeyx Cabir əl-Əhməd əl-Cabir əs-Sabaha - 24 fevral 2001-ci il


Əlahəzrət!

Küveyt dövlətinin milli bayramı - Milli gün münasibətilə sizi və dost Küveyt xalqını səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikası ilə Küveyt dövləti arasındakı dostluq və əməkdaşləq münasibətlərinə böyük əhamiyyət verirəm. Əminəm ki, əlaqələrimizin genişlənməsi və inkişafı bundan sonra da xalqlarımızın rifahına xidmət edəcəkdir.

Sizə möhkəm çansağlığı və işlərinizdə ugurral, ölkənizə sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 25 fevral 2001-ci il.