Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Portuqaliya Respublikasının Prezidenti zati-aliləri cənab Jorji Sampayyuya təbriki - Bakı şəhəri, 8 iyun 2001-ci il


Hörmətli cənab Prezident!

Portuqaliya Respublikasının milli bayramı - Portuqaliya günü münasibətilə Sizi və dost Portuqaliya xalqını ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Portuqaliya Respublikası arasında təşəkkül tapan dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın rifahına yeni-yeni töhfələr verəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Oçerklər

Azərbaycan - Avropa

Ümumi tarixi arayış

Azərbaycan - Avropa

Tarixi arayış

Azərbaycan - Avropa