Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan şairi və dramaturqu, böyük ədib Hüseyn Cavidin məqbərəsinin təntənəli açılışı mərasimində nitqi (Naxçıvan, 29 oktyabr 1996-cı il) sənədinə tarixi arayış


Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycan xalqının tarixi keçmişinə, zəngin mənəvi dəyərlərinə, maddi-mənəvi irsinə, incəsənətinə qayğı ilə yanaşıb. O, xalqın mənəviyyatını zənginləşdirən, onu bütün dünyada tanıdan milli mədəniyyətinin hərtərəfli inkişafına, yüksəlişinə daim təkan verib və bunu özünün əsas vəzifələrindən biri sayıb.

Heydər Əliyevin təşəbbüsü ilə sovet repressiyasının qurbanı olan görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin cənazəsinin qalıqlarının uzaq Sibirdən 1982-ci ildə Azərbaycana gətirilməsi, doğulduğu doğma Naxçıvanda torpağa tapşırılması və Cavidin ruhuna hörmət olaraq məqbərənin ucaldılması, eləcə də Bakıda bu böyük şairin adına ev-muzeyinin açılması, ümumən Azərbaycan ədəbiyyatına, bədii-ictimai fikir tarixinə ehtiram idi.

“Böyük liderin 90 anı”, Heydər Əlİyev İrsİnİ Araşdırma Mərkəzİ, “Şərq-Qərb”, Bakı-2013, s.82