Gürcüstan Prezidenti zati-aliləri cənab Eduard Şevardnadzeyə - Bakı şəhəri, 17 may 2002-ci il


Hörmətli Eduard Amvrosiyeviç!

Milli bayram – Dövlət müstəqilliyinin bərpası günü münasibətilə Sizi, Gürcüstanın dost xalqını ürəkdən təbrik edirəm.

Şadam ki, Azərbaycan ilə Gürcüstan arasında dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan münasibətlər inkişaf edir və regionumuzda sülh, sabitlik və təhlükəsizlik işinə xidmət edir.

İnanıram ki, Azərbaycan ilə Gürcüstan arasında qarşılıqlı surətdə faydalı və hərtərəfli əməkdaşlıq xalqlarımızın və dövlətlərimizin rifahı naminə genişlənəcək və dərinləşəcəkdir.

Sizə möhkəm cansağlığı, səadət, uğurlar, Gürcüstan xalqına isə sülh və tərəqqi arzulayıram.

 

Hörmətlə,

 

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti