Vatikan dövlətinin başçısı Papa II İohann Pavel həzrətlərinə - Bakı şəhəri, 5 oktyabr 2000-ci il


Möhtərəm papa həzrətləri!

Vatikan dövlətinin milli bayramı - Müqəddəs taxta əyləşmə günü münasibətilə sizi və bütün katolikləri ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Vatikan arasında əlaqələrin inkişafı beynəlxalq münasibətlərdə mənəvi dəyərlərin daha möhkəm bərqərar olmasına, insanlar arasında qarşılıqlı anlaşmanın yaxınlaşmasına xidmət edəcəkdir.

Fürsətdən istifadə edib sizə uzun ömür, möhkəm cansağlığı və müvəffəqiyyətlər arzulayıram.

Hörmət və ehtiramla,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 10 oktyabr 2000-ci il.