Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İsrail Dövlətinin Prezidenti zati-aliləri cənab Moşe Katsava məktubu - 29 aprel 2003-cü il


Hörmətli cənab prezident!

İsrail Dövlətinin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Əminəm ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı üçün səylərimizi bundan sonra da davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və əmin-amanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 7 may 2003-cü il.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Azərbaycan - Asiya