Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin - İranın "Əhrar" qəzetinin müxbiri ilə müsahibəsi - Tehran, 10 dekabr 1997-ci il


Sual: İranla Azərbaycan arasında əlaqələrin genişləndirilməsi haqqında nə demək olar?

Cavab: İranla Azərbaycan arasındakı əlaqələr dostluq, qardaşlıq xarakteri daşıyır və güman edirəm ki, bu əlaqələr bundan sonra daha da yüksəklərə qalxacaq, genişlənəcək, daha da çox inkişaf edəcəkdir. Ümidvaram ki, İranın prezidenti cənab Xatəmi ilə mənim görüşüm zamanı - bu gün bizim xüsusi görüşümüz olacaq - biz bu məsələləri müzakirə edəcəyik və düşünürəm ki, fikirlərimiz eyni olacaqdır.

Sual: Qarabağ savaşı ilə bağlı olaraq bu konfransdan nə kimi istəkləriniz var?

Cavab: İstəklərimiz odur ki, bu konfrans bir təcavüzkar kimi Ermənistanı məhkum etsin. Ermənistan Azərbaycana təcavüz edib, Azərbaycanın torpaqlarının 20 faizini işğal edibdir, bir milyondan artıq azərbaycanlı, müsəlmanların qardaş-bacıları yerlərindən-yurdlarından zorla çıxarılıb, çadırlarda yaşayırlar. Ona görə də bu konfrans Ermənistanı bir təcavüzkar kimi məhkum etməlidir.

Sual: Xəzər dənizinin hüquq rejiminə necə baxırsınız?

Cavab: Xəzər dənizinin hüquqi rejimi çox normal həll olunacaqdır.

Sual: Zirvə görüşünü necə qiymətləndirirsiniz?

Cavab: Çox yüksək qiymətləndirirəm.

Tarixi arayış