Sizi - respublikamızın qocaman maarif işçisini şanlı yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Bir məktəbin kollektivinə yarım əsr rəhbərlik etmək ölkəmizdə nadir haldır. Respublikada maarifin təşkili işində bu müddət ərzində topladığmız zəngin təcrübə böyük bir məktəbdir.
Uzun illər təlim-tərbiyəsi ilə məşğul olduğunuz övladlarımızın həqiqi vətəndaşlar kimi formalaşması sizin Vətən və xalq qarşısında təmənnasız xidmətinizin bəhrəsidir. Bu fədakar əməyiniz ayrı-ayrı dövrlərdə yüksək dövlət mükafatlarına layiq görülmüşdür. Ən böyük mükafatınız isə minlərlə yetişdirmənizin sizə olan dərin məhəbbəti və onların həyatda qazandıqları uğurlar olmuşdur.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik və maarifin inkişafında yeni uğurlar diləyirəm.