Müasir dövrün görkəmli sənətkarı Qalina Pavlovna Vişnevskayaya - Bakı şəhəri, 27 avqust 2002-ci il


Hörmətli Qalina Pavlovna!

Qalina Vişnevskaya Opera Mahnı Mərkəzinin açılışı münasibətilə Sizi təbrik edirəm. Yaratdığınız bu nadir mədəni-təhsil kompleksinin işində Sizə böyük uğurlar arzu edirəm.

Opera sənətinin zəngin ənənələrinin qorunub saxlanması və yayılmasında göstərdiyiniz çoxşahəli fəaliyyət həmişə pərəstişkarlarınız və Sizi sevənlər tərəfindən böyük maraqla qarşılanmışdır. Opera sənətinin canlı əfsanəsi kimi Siz nəinki dünya mədəniyyətinin qızıl fonduna daxil olan əsərlər yaratmısınız, eləcə də rus mənəviyyatının dirçəldilməsi, rus mədəniyyətinin daha böyük nailliyyətlər qazanması üçün bir çox konkret layihələr həyata keçirmisiniz.

Əmin olduğumu bildirirəm ki, Sizin bu layihəniz də böyüməkdə olan nəslin böyük sənətlə yaxından təmasına imkan verəcək, Rusiyanın musiqi mədəniyyətinin şöhrətinə layiq istedadlar yetirib üzə çıxaracaqdır.

Ən xoş arzularımla,

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 1 sentyabr 2002-ci il.

Tarixi arayış

MƏDƏNİYYƏT