Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirəlin dəvəti ilə qardaş ölkəyə qısamüddətli işgüzar səfərə yola düşməzdən əvvəl Binə Hava limanında jurnalistlərin suallarına cavabı - 31 oktyabr 1999-cu il


Suаl: Cənab prezident, səfərinizin məqsədi barədə məlumat verməyinizi xahiş edirəm.

Саvаb: Səfərin məqsədi elan olunubdur. Mən Türkiyə Cümhuriyyətinin prezidenti, hörmətli dostum, qardaşım Süleyman Dəmirəlin dəvəti ilə həmin ölkəyə iki günlük səfərə gedirəm. Mən bu gün İstanbula, sabah səhər tezdən isə zəlzələ olan уегə - Kocaeli diyarına gedəcəyəm. Orada zəlzələdən zərər çəkmiş yerlərlə tanış olacağam.

Kocaeli Universitetində dərslər indiyə qədər açılmayıbdır, sabah orada dərslər başlanacaqdır. Həmin diyarda Süleyman Dəmirəl adına Mədəniyyət Mərkəzi vardır. Biz о mərkəzdə və Kocaeli Universitetində hörmətli Süleyman Dəmirəl ilə bəгаbər olacağıq. Sonra onunla birgə Ankaraya uçacağıq. Mənim arzum, istəyim о idi ki, noyabrın 1-də Ankaraya gedib Türkiyə Cümhuriyyətinin prezidenti, Azərbaycan xalqının böyük dostu hörmətli Süleyman Dəmirəlin doğum gününü -75 illiyini təbrik edim. Ancaq onlar proqramı dəyişilələr. Sabah gərək ki, saat 17.30-da Çankaya köşkündə mənə beynəlxalq Atatürk Sülh Mükafatının təqdim edilməsi mərasimi olacaqdır. Ondan sonra isə mən dostum, qardaşım Süleyman Dəmirəli təbrik edəcəyəm. Bunun üçün ayrıca mərasimolacaqdır.

Məqsədimiz bundan ibarətdir. Bundan sonra isə zəlzələdən zərər çəkmiş insanların müalicə olunduğu xəstəxanaya gedəcəyəm, onlara baş сəкəсəуəm, onları ziyarət edəcəyəm. Ayın 2-də isə Bakıya dönəcəyəm. Məqsədimiz bundan ibarətdir.

Suаl: Cənab prezident, Sizcə, Ermənistanda yaranmış vəziyyət sülh danışıqlarına mənfi təsir edə bilərmi?

Саvаb:  Bilirsiniz, həm Ermənistan prezidenti Robert Koçaryan, həm Rusiyanın xarici işlər naziri İqor İvanov, həm də Amerika Birləşmiş Ştatları dövlət katibinin müavini Stroub Telbott artıq neçə dəfə bəyanat veriblər, xüsusən Ermənistan bəyanət verilədir ki, birincisi, Ermənistanda baş vermiş faciəli hadisələrin, terror hadisələrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması, tənzimlənməsi ilə heç bir əlaqəsi yoxdur. İkincisi, onlar eyni zamanda bəyanat veriblər ki, bu hadisə sülh prosesinə mane olmayacaqdır. Siz bunları bilirsiniz, Amma mən də sizə deyirəm.

Suаl: ATƏT-in İstanbul zirvə görüşündə bir sülh müqaviləsi imzalana bilərmi?

Саvаb: ATƏT-in İstanbul zirvə görüşündə çox müqavilələr imzalanacaq, ola bilər, bu müqavilə də imzalansın.

Suаl: Cənab prezident, müxalifət qüvvələri son istefaları özlərinə xeyir olan variantda təqdim edirlər. Bu məsələyə münasibətiniz necədir?

Саvаb: Onlar hər şeyi tərsinə təqdim edirlər. Sağ olun.

Tarixi arayış