Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bakı şəhərinin təhsil işciləri ilə görüşdə giriş sözü - 31 avqust 1994-cü il


Hörmətli müəllimlər, maarif işçiləri, görüş iştirakcıları!

Sentyabr ayının 1-də yeni dərs ili başlanır. Bu, respublikamızın həyatında mühüm, əlamətdar bir hadisədir. Dərs ilinin başlanması hər il böyük bayrama cevrilir. Çünki yay tətilindən sonra məktəblərimiz, müəllimlərimiz fəaliyyətə başlayır, uşaqlarımız, gənclərimiz tədris ocaqlarına gəlir, təhsillərini davam etdirirlər.

Hər il sentyabr ayında uşaqlar, yeniyetmələr, təhsil yaşı catmış uşaqlar məktəblərə gəlir, təhsil almağa başlayırlar. Bu hadisə respublikamızın bütün vətəndaşları üçün mühümdur, əhəmiyyətlidir. Çünki demək olar ki, hər bir ailədən kimsə məktəbdə oxuyur. Ona görə də həmişə olduğu kimi, keçmiş ənənələrimizə sadiq qalaraq bu il də tədris ilinin başlanması münasibətilə lazımi tədbirlər görülub.

Yeni dərs ilinin başlanması ilə əlaqədar mən çoxminli müəllimlər ordusunun nümayəndələri ilə görüşməyi zəruri hesab etmişəm. Hamınızı, sizin simanızda müstəqil Azərbaycan Respublikasının müəllimlərini, maarif, təhsil işçilərini səmimi qəlbdən təbrik edirəm, sizə bu şərəfli işinizdə uğurlar arzulayıram.
 
Yekun sözü

Hörmətli müəllimlər, görüş iştirakcıları!

Təhsil nazirinin çıxışında və başqa natiqlərin çıxışlarında orta məktəbin, tədrisin, təhsilin problemləri haqqında danışıldı, vəziyyət müəyyən qədər təhlil olundu, bir çox təkliflər irəli suruldu. Əgər çıxışların hamısını ümumiləşdirsək, bir fikir aydın olur: respublikamızın təhsil sahəsi həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. Bu sahədə cəmiyyətimizin çoxminli müəllimlər ordusu çalışır. Bu sahə respublikamızın bu günü və xüsusən gələcəyi üçün çox böyük işlər görür.

Burada irəli surulən təkliflər, mülahizələr hamısı, şübhəsiz ki, ümumiləşdirilməli və onların haqqında lazımi tədbirlər görülməlidir. Ona görə də bugünkü görüşün yekunu kimi, vəzifəli şəxslərə, xüsusən baş nazirin muavini Elcin Əfəndiyevə, təhsil naziri Lidiya Rəsulovaya, Prezident aparatından dövlət muşaviri Qabil Huseynliyə və humanitar siyasət şöbəsinin mudiri Fatma Abdullazadəyə tapşırıram ki, burada irəli surulmuş təkliflərin hamısını başqa nazirliklərlə, idarələrlə birlikdə öyrənsinlər, ümumiləşdirsinlər və orta məktəblərin, təhsilin vəziyyətini yaxşılaşdırmaq üçün qısa bir müddətdə, bir necə gün içərisində əməli tədbirlər təqdim etsinlər.

Aydındır ki, indi bizim imkanlarımız məhduddur. Ona görə də təklif olunan bütün məsələləri həll etmək və yaxud təcili həll etmək mümkün deyildir. Ancaq eyni zamanda düşünürəm ki, bu məsələlərin çoxunu həll etməyə imkanlarımız vardır. Həm dövlətin, ayrı- ayrı nazirliklərin, müəssisələrin, idarələrin, təşkilatların, həm də yeni yaranan özəl bölmənin imkanları var. Bunların hamısını cəmləyərək həmin problemlərin çoxunu həll edə bilərik. Hesab edirəm ki, əgər bunların hamısı yaxşı işlənilsə, lazımi tədbirlər təqdim olunsa, mən bu barədə xususi fərman da verə bilərəm və müəyyən bir dövr üçün iş proqramı kimi təsdiq edə bilərəm. Ona görə də mən konkret tədbirlər planı gözləyəcəyəm və güman edirəm ki, bunu etmək mümkün olacaqdır.

Azərbaycanın təhsili, məktəbləri sona catan XX əsr dövründə çox böyük nailiyyətlər əldə edib. Əsrin əvvəllərində Azərbaycanın mütəfəkkir şəxsləri, maarifçiləri, ziyalıları, müəllimləri xalqımızı savadsızlıqdan, ətalətdən çıxarmaq, maarifləndirmək, təhsili inkişaf etdirmək üçün çox işlər görmüşlər. Əgər Azərbaycan Respublikasının təhsil tarixi yazılsa (bu tarix yazılmalıdır), şübhəsiz ki, hər mərhələdə görülən işlər orada əksini tapacaq və öz qiymətini alacaqdır. Bu gün isə onu deyə bilərəm ki, əsrimiz sona catır. Əsrin əvvəlindən indiyə qədər Azərbaycanın ərazisində, xalqımızın həyatında, təhsil, elm, mədəniyyət, şüurun inkişafı sahəsində çox böyük işlər görülub, böyük nailiyyətlər əldə olunub.

Azərbaycan xalqı savadsızlıqdan ümumi savadlılığa keçib. O qaranlıq keçmişdən sonra indi respublikamızda xalqın bütün təbəqələrini əhatə edən yüksək mədəniyyət, təhsil, elm mövcuddur. Bunlar əsrimizin əvvəlindən indiyə qədər yaşamış, yaratmış bütün nəsillərin fədakar əməyinin, xalqa sədaqətlə xidmətinin nəticəsidir. Eyni zamanda bunlar Azərbaycanın bütün nəsillərdən olan müəllimlərinin xalqımızı təhsilləndirmək, maarifləndirmək, savadlandırmaq yolunda xidmətlərinin nəticəsidir.

Elm, təhsil, mədəniyyət sahəsində əldə etdiyimiz nailiyyətlər, Azərbaycan xalqının bugünkü yüksək təhsil, elm, mədəniyyət səviyyəsi, şüur səviyyəsi - bunların hamısı ilk novbədə müəllimlərin, məktəbin səyi ilə olub, onların xidmətlərinin nəticəsidir. Biz bu gün nə qədər çətin bir dövrdə yaşasaq da, həyatımızda nə qədər ağır proseslər getsə də, bu nailiyyətləri heç vaxt unuda bilmərik. Əksinə, biz bunları daim yada salmalıyıq. Çünki bunlar bizim milli sərvətimizdir. Ona görə də mən xalqımızı bu yüksək elm, təhsil, mədəniyyət səviyyəsinə gətirib çıxarmış Azərbaycan məktəbinə, müəllimlərə, Azərbaycan müəllimlərinin bütün nəsillərinə dərin minnətdarlığımı bildirirəm və xalqın iradəsini ifadə edərək deyirəm ki, biz Azərbaycan məktəbi ilə, təhsili ilə, müəllimləri ilə fəxr edirik.

Məktəb, müəllimlər həmişə xalq, insanlar arasında, ictimaiyyətdə hörmət, ehtiram qazanmışlar və buna layiq olmuşlar. Müəllim adı yüksək addır. Azərbaycanda müəllimə daim böyük hörmət olmuşdur. Müəllim cəmiyyətdə tanınan, seçilən, hörmət edilən şəxs olmuşdur. Heç də təsadufi deyildir ki, dilimizdə insanların bir-birinə muraciət formasında "müəllim" sözü şəxslərin müəllim olub-olmamasından asılı olmayaraq istifadə edilib. Bizdə bu ənənə çoxdan yaranıb və hamı bir-birinə muraciət edərkən qarşısındakı şəxsə hörmət və ehtiram əlaməti olaraq ona "müəllim" deyir. Çoxları heç müəllim deyil, amma biz bir-birimizə muraciət edərkən "ağa", "cənab", "bəy" deyil, "müəllim" deyirik. Bu, təsadufi deyil. Bəlkə də başqa xalqlarda belə muraciət forması yoxdur. Bu ondan irəli gəlir ki, xalqımız savadsızlıqdan, gerilikdən, ətalətdən bugünkü günə qısa tarixi bir müddətdə gəlib çatmaqda müəllimlərin rolunu qiymətləndirir və qarşısındakı adama hörmət əlaməti olaraq "müəllim" deyir. Ona görə də müəllimin cəmiyyətdə xususi yeri olduğu artıq heç kəsdə şübhə oyatmır. Müəllimə hörmət, ehtiram həmişə olub, bu gün də olmalıdır, gələcəkdə də olmalıdır.

Onu da bilmək lazımdır ki, bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən, tutduğumuz vəzifədən asılı olmayaraq bütün nailiyyətlərimizə görə birinci novbədə məktəbə, müəllimə borcluyuq. Hər birimizin müəllimi olmuşdur.

Bu gün yaşayan adamlar - yaşlı nəsil, orta nəsil, gənc nəsil - heç kəs müəllimsiz bu səviyyəyə gəlib çatmayıb. Ona görə də hər bir vicdanlı adam, Vətəninə, xalqına bağlı olan hər bir adam, qədirbilən adam müəllimini həmişə qəlbində saxlayır, onu daim hörmətlə yad edir.

Müəllim adı şərəfli addır, müəllim adı yüksək addır. İndi biz nə qədər çətin bir dövrdə yaşasaq da, müəllim adını daha yüksəklərə qaldırmalıyıq. Mən bu gün bu salonda toplaşan müəllimlərə, maarif işçilərinə müraciət edərək sizin simanızda Azərbaycanın bütün müəllimlərinə indiki ağır şəraitdə fədakar əməklərinə görə minnətdarlığımı bildirirəm və bütün müəllimlərə xalqımız üçün, gələcəyimiz üçün mühüm və əhəmiyyətli işlərində uğurlar diləyirəm.

Ötən tarixi dövrdə Azərbaycanın təhsil sistemi müxtəlif mərhələlər keçmişdir. Cürbəcür islahatlar, dəyişikliklər olub. Onların hamısı bu və ya digər səviyyədə Azərbaycanın orta təhsilini, məktəbini inkişaf etdirib. Bunu inkar etmək olmaz. Bu bizim tarixi keçmişimizdir, bu bizim milli sərvətimizdir. İndi Azərbaycan müstəqil dövlətdir. Respublikamız müstəqil dövlət kimi Azərbaycanın öz milli ideologiya konsepsiyasını yaradaraq, inkişaf etdirərək, şübhəsiz ki, təhsil sahəsini də milli məqsədlər, mənafelər əsasında qurmalıdır.

Bu sahədə müəyyən işlər görülub. Təhsil haqqında qanun qəbul edilib. Bu qanunu həyata keçirmək, icra etmək lazımdır. Ancaq qanunla yanaşı, onun əsasında bir çox tədbirlər görülməlidir. Həm də bu tədbirlərin hamısı tədbir xatirinə yox, müəyyən bir dəyişiklik aparmaq xatirinə yox, yalnız və yalnız təhsili düz yolla aparmağa, xalqımızın gənc nəslini təhsilləndirməyə, tərbiyə etməyə, müstəqil dövlətin prinsipləri əsasında inkişaf etdirməyə yönəldilməlidir.

Ona görə də təhsil sahəsində çalışan alimlər, mütəxəssislər, müəllimlər, həmin sahədə ixtisaslaşmış elmi institutlar, təşkilatlar hamısı birləşib bu vəzifələri həyata keçirməlidirlər. Güman edirəm ki, bunun üçün imkanlarımız və şəraitimiz var. İndi bizim təhsil sistemimiz müstəqil Azərbaycanın gələcək inkişafını təmin etməlidir. Bu yolda keçiriləcək islahatlar gərək müstəqil Azərbaycanın milli mənafelərinin inkişafına yönəldilsin. Guman edirəm ki, bizim alimlər, müəllimlər, təhsil sahəsində ixtisaslaşmış institutlar bu işlərin öhdəsindən gələcəklər və gələ bilərlər. Mən bu barədə heç də geniş mülahizələr irəli surmək istəmirəm. Belə mulahizələr, təkliflər sizin tərəfinizdən, bu sahədə fəaliyyət göstərən təcrübəli şəxslər və təşkilatlar tərəfindən gəlməlidir. Biz isə bunları ümumiləşdirib, baxıb, qanun, qərar, fərman şəklinə salıb onların həyata keçirilməsi üçün imkan yaratmalıyıq. Yəni bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də biz insanların sərbəst fikirləşməsinə, sərbəst təşəbbüs göstərməsinə şərait yaradırıq. Arzumuz da budur ki, bu şəraitdən bizim təcrübəli adamlar, məktəblərimiz, təhsil ocaqları səmərəli istifadə etsinlər və təhsil sisteminin təkmilləşdirilməsi üçün lazımi təkliflər hazırlayıb irəli sursunlər.

Bütün bunlarla yanaşı, bu gün təhsilin hansı istiqamətlərdə getməsi haqqında bir neçə kəlmə demək istəyirəm. Şübhəsiz ki, bizim gənclər orta məktəbdə yaxşı təhsil, həqiqi mənada yaxşı təhsil almalıdırlar. Bunu bilmək lazımdır ki, gənclər bizim gələcəyimizdir. Biz müstəqil Azarbaycan Respublikasının ilk illərini yaşayırıq. Müstəqil Azərbaycanın gələcəyi gənclərin əlindədir, gənclərə veriləcəkdir. Ona görə də məktəbdə gənclərimizi nə qədər yaxşı, hərtərəfli hazırlasalar, müstəqil Azərbaycanın gələcəyi də o qədər müvəffəqiyyətli, uğurlu, parlaq olacaqdır. Mən əminəm ki, xalqımızın fitri istedadı və XX əsrdə təhsil sahəsində toplanmış təcrübə, yaranmış məktəblərin potensialı, yüksək təhsil vermək səviyyəsi Azərbaycanın indi orta məktəblə təhsil alan gənc nəslinin gələcəyə hərtərəfli hazırlanmasına təminat verir.

Ona görə də müəllimlərdən tələb olunur ki, bütün bu imkanlardan istifadə edib orta təhsili yüksək səviyyəyə qaldırsınlar, gənclərimizin yaxşı təhsil almasını təmin etsinlər. Çünki məktəb, müəllimlər Azərbaycanın gələcəyi üçün böyük məsuliyyət daşıyır. Mən əminəm ki, bizim çoxminli müəllimlər ordumuz, məktəblərimiz öz vəzifələrini məhz bu cür qəbul edirlər, öz vəzifələri haqqında bu cür düşünurlər və bu cür də fəaliyyət göstərəcəklər.

Dediyim kimi, bizim milli ideologiyamızın konsepsiyası olmalıdır. Şübhəsiz ki, bu konsepsiya tarixi keçmişimiz, milli, mədəni, dini ənənələrimiz uzərində qurulmalıdır. Biz XX əsrdə cürbəcür mərhələlərdən keçdik, ayrı-ayrı ideologiyaların təsiri altında qaldıq. İndi xalqımız hər cəhətdən azaddır. Ona görə də lazımdır ki, ümumiyyətlə, ddüşünən beyinlərimiz, alimlərimiz və o cümlədən təhsil sahəsində calışan müəllim ordusu milli ideologiyamızın formalaşması üçün öz fəaliyyətini göstərsin.

Bu ideologiyanı qurmaq, yaratmaq, təşkil etmək, eyni zamanda əməli surətdə həyata keçirmək lazımdır. Bu baxımdan indi məktəblərdə çox iş görmək lazımdır. Gözləmək lazım deyil. Lazımdır ki, bizim gənclərimiz, orta məktəblərdə təhsil alan gənclər bütün fənlərdən yaxşı hazırlaşsınlar. Bu günün tələbləri, gələcəyin tələbləri baxımından, dünyanın hər yerində, bütün ölkələrdə inkişaf etmiş iqtisadiyyatı, texnologiyanı, texnikanı mənimsəmək, onları respublikada tətbiq etmək, ölkəmizin iqtisadiyyatını, mədəniyyətini, təhsilini, elmini dünya standartları səviyyəsinə qaldırmaq üçün bizim gənclərimiz gərək yaxşı hazırlaşsınlar. Məktəblər onlar üçün lazım olan fənlərin hamısının tədrisini gərək yaxşı təşkil etsinlər. Beləliklə də bizim gənclərimiz gərək bütün əvvəlki nəsillərə nisbətən daha yüksək təhsil almış gənclər olsunlar.

Bunu etmək mümkündur. Çünki həm öz əlimizdə olan potensialdan, yəni indiyə qədər yaranmış təhsil, bilik, elm potensialından, həm də bütün ölkələrlə hazırkı azad əlaqələrdən istifadə edərək, inkişaf etmiş ölkələrin təcrübəsini təhsil sahəsində tətbiq etmək mümkündür. Ancaq burada şübhəsiz ki, çoxsistemli iş aparılmalıdır. Bəzən belə müşahidə olunur ki, ayrı-ayrı addımlar yalnız reklam xarakteri daşıyır. Müəyyən qədər özünu göstərmək, nəsə yeni bir şey etmək, amma onun məzmununu bilmədən etmək hallarına yol vermək lazım deyil. Biz təhsil sahəsində bütün yeniliklərin tərəfdarıyıq, dünya təcrübəsindən səmərəli istifadə etməyi sizdən tələb edirik. Ancaq bu işlər gərək sistemli olsun. Bu işləri görərkən, qurarkən siz onların yaxın və uzaq zamanda nəticələrini mütləq nəzərə almalısınız.

Bir sözlə, məktəblərdə bütün fənlərin tədrisində müəllimlərimiz fədakarcasına çalışmalıdırlar. Bu fənlərin arasında bir necə humanitar fənn var və onlara xususi fikir verilməlidir. Mən bayaq dedim - muasir texnikanı, texnologiyanı, muasir bazar iqtisadiyyatının bütün yollarını mənimsəmək, respublikada tətbiq etmək üçün gələcək nəsli hazırlamaq və keçmiş dövrə nisbətən bir çox yeni ixtisaslar uzrə kadrlar hazırlamaq lazımdır. Şübhəsiz ki, bunlar ali təhsil səviyyəsində olacaqdır. Ancaq bunların əsası orta təhsil illərində qoyulmalıdır. Yəni gənclərin bu istiqamətdə təhsilinin artırılmasının təməli qoyulmalıdır. Bu, mütləq lazımdır. Bunu iqtisadiyyatımızın bu günü və gələcəyi tələb edir.

Ancaq bütün bunlarla yanaşı, milli ideologiyamızı hər yerdə tətbiq etmək üçün məktəblərdə Azərbaycan xalqının tarixinin tədrisinə çox ciddi fikir vermək lazımdır. Azərbaycanın tarixi keçmişdə də tədris olunub, bu barədə müəyyən kitablar da yazılıb, məktəblərdə tarix dərsi də olub. Ancaq siz bilirsiniz ki, o vaxt tarix dərslərində Azərbaycan tarixinin tədrisinə çox az yer verilirdi. Şübhəsiz ki, tarix deyəndə həm dünyanın tarixi, həm başqa ölkələrin tarixi tədris olunmalıdır. Amma Azərbaycan tarixi gərək orta məktəblərimizdə gənclərimizə yaxşı aşılansın. Gənclərimiz öz tarixini, öz tarixi köklərini və öz keçmişini gərək yaxşı bilsinlər. Çünki mənəviyyatımız, gənclərin bu günku və gələcək mənəviyyatı bununla bağlıdır.

Bizim tarixi, mədəni ənənələrimiz gərək orta məktəblərdə tədris olunsun. Çünki tariximizi, tarixi köklərimizi yaxşı bilmədən, onlara һormət etmədən müstəqil dövlətimizi gələcəkdə yaxşı qura bilmərik. Ona görə də gənclər gərək öz köklərini, respublikamızın, xalqımızın tarixini bilərək bu gün də, gələcəkdə də vətənpərvərlik, Vətənə xidmət, Vətənə qayğı һissi ilə yaşasınlar.

Tarixi keçmişimizin çoxu ədəbiyyatda əks olunub. Azərbaycan xadqının zəngin ədəbi irsi var. Ona görə də ədəbi irsimizin bütün gənclərə - bu gənclər һansı istiqamətdə işləyəcək, çalışacaqlarsa, ondan asılı olmayaraq - çatdırılması, bildirilməsi, tədris olunması çox mühüm bir işdir. Buia ciddi fikir vermək lazımdır.

Bunlarla yanaşı, məktəblərdə Azərbaycan dilinin tədrisinə mühüm diqqət yetirilməlidir. Bildiyiniz kimi, 10-20 il bundan qabaq biz çalışırdıq ki, Azərbaycan dili bütün məktəblərimizdə tədris olunsun və gənc nəsil məktəblərdə ilk təһsil addımlarını atarkən öz dilini - əbədi dilini, milli dilini yaxşı bilsin. Bu barədə çox işlər görülub. Mən bu gün fürsətdən istifadə edib demək istəyirəm ki, Azərbaycan dilçiləri, dilçilik saһəsində fəaliyyət göstərən alimləri çox böyük işlər görübdür. Azərbaycan dilinin bu gün bu qədər zəngin, səlis və cazibədar olması bizim mədəniyyət, elm xadimlərimizin, əbədiyyatşunaslarımızın, şairlərimizin, yazıçılarımızın və xüsusən dilçiliklə məşğul olan alimlərimizin, mütəxəssislərimizin xidmətinin nəticəsidir. Fəxr edə bilərik ki, bizim zəngin, böyük söz eһtiyatına malik olan Azərbaycan dilimiz var. Azərbaycan dili söz eһtiyatına görə, fikri ifadə etmək imkanlarına görə çox zəngindir. Ancaq lazımdır ki, Azərbaycan dilinin bu zənginliyi, bu böyük imkanları orta məktəbdə ilk təһsilə başlayan һər bir gənc tərəfindən mənimsənilə bilsin və gənclərimiz artıq orta məktbdə öz dilini - əbədi dilini, mədəni dilini yaxşı mənimsəsin, öz dilində yaxşı danışa bilsin, öz dilində fikrini ifadə edə bilsin.

Mən nə üçün bu məsələnin uzərində dururam? Çünki əldə etdiyimiz nailiyyətlərlə yanaşı, təəssüf ki, bu saһədə qüsurlarımız, nöqsanlarımız da çoxdur. Hələ çox adamlar var ki, öz ana dilində mədəni, əbədi dilin ifadələrindən istifadə edərək yaxşı danışmaq imkanına malik deyillər. Əgər keçmişdə bu, müəyyən qədər bağışlanırdısa - çünki onda nədənsə bəzi adamlar ancaq bir dili bilməyi özləri üçün böyük nailiyyət һesab edirdilər - ancaq indi bu, yolverilməz һaldır. Şubһəsiz ki, һər bir azərbaycanlı, һər bir Azərbaycan vətəndaşı öz ana dilindən savayı, bir çox dilləri bilməlidir. İndi bu, xüsusən lazımdır. Hələ keçmişdə bizim respublikamız Sovet İttifaqının tərkibində idisə, onun çərçivəsində yaşayırdıqsa, dünyadan müəyyən qədər və ya, һəddindən çox təcrid idiksə, onda bütün Sovetlər İttifaqında əsas һakim dil rus dili idi və respublikamızda Azərbaycan və rus dilləri də işlənirdisə, indi biz bütün dünya ilə əlaqadəyik, müstəqil dövlətik. Bütün saһələrdə, o cümlədən təһsil saһəsində һəm Qərb ölkələri ilə, һəm Şərq ölkələri ilə, bütün dünya ölkələri ilə əlaqə saxlayırıq. Ona görə orta məktəblərimizdə başqa dillərin öyrənilməsinə də çox ciddi fikir verilməlidir.

Keçmişdə mən bəzən ayrı-ayrı ölkələrin orta təһsilli gəncləri ilə rastlaşarkən müşaһidə edəndə ki, o, 3-4 dil bilir, һeyran olurdum. Eyni zamanda fikirləşirdim ki, nə üçün bizim orta məktəblərimiz bu cür təһsil vermir? Ancaq bunun müəyyən səbəbləri də var idi. O vaxtlar başqa bir sistem idi, biz Ümumittifaq tərkibində idik.

İndi isə müstəqilik. Ona görə də bütün dillərin tədris olunması çox gərəklidir. Xüsusən dünyada çox, geniş işlənən dillərin orta məktəblərimizdə öyrənilməsi vacibdir. Lazımdır ki, gənclərimiz orta məktəbi bitirərkən 2-3 xarici dil bilsinlər. Ancaq bununla yanaşı, öz ana dilini bilmək һər bir azərbaycanlı üçün lazımdır. Bir də deyirəm, biz öz dilimizlə fəxr edə bilərik. Çünki dilimiz zəngin dildir, ədəbiyyatımız zəngindir, mədəniyyətimiz zəngindir və bunların һamısı da ana dilimizlə, Azərbaycan dili ilə bağlıdır. Lazımdır ki, orta məktəblərimizdə bu məsələlərə çox ciddi fikir verilsin.

Xalqımızı, gəncləri vətənpərvərlik, Vətənə sədaqət ruһunda tərbiyə etmək üçün orta məktəblərdə çox iş görülməlidir. Müstəqil dövlətdə yaşayan һər bir vətəndaş birinci novbədə bu dövlətin müstəqilliyinin, suverenliyinin təmin olunmasını öz һəyatının əsas vəzifəsi və məqsədi bilməlidir. Ona görə də bizim gənclər, təһsil alan nəslimiz gərək məktəblərdə ilk addımlarından vətənpərvərlik əһval-ruһiyyəsi ilə tərbiyə olunsun. Bütün dərslər, xüsusən һumanitar fənlər gərək gənclərimizə Vətənə sədaqət, torpağa sədaqət, vətənpərvərlik ruһu aşılasın, tərbiyə etsin və bunlar һər bir gəncin qəlbində sarsılmaz bir qalaya cevrilsin. Odur ki, məktəblərdə bu fənləri tədris edərkən vətənpərvərlik əһval-ruһiyyəsinin aşılanması ilə də ciddi məşğul olmaq lazımdır.

Vətənpərvərlik çox geniş məna daşıyır. Vətənpərvərlik təkcə o deyil ki, gedib Vətəni silaһla müdafiə edəsən. İnsan gərək һəyatının һər dövründə, fəaliyyətinin bütün saһələrində öz Vətəninin, ölkəsinin qayğısı ilə yaşasın, onun һəm iqtisadiyyatının, һəm siyasətinin, һəm də mədəniyyətinin qayğısı ilə yaşasın. Bunlar һamısı vətənpərvərlikdən doğan bir şeydir. Vətənpərvər insan öz mədəniyyətinin də, iqtisadiyyatının da, öz dilinin də, təһsilinin də inkişaf etməsini istəyir, xalqının rifaһ һalının yüksəklərə qaldırılmasını istəyir. Bütün bunlar vətənpərvərlik məfһumuna daxil olan anlayışlardır. Bunlarla yanaşı, gənclərdə vətənpərvərlik һissini tərbiyə etmək üçün şubһəsiz ki, indi, respublikamızın düşdüyu ağır dövrdə Vətəni qorumaq, torpaqlarımızı müdafiə etmək üçün һər bir gəncin һazır olmasını tərbiyə etmək lazımdır. Bu, xüsusən bu gün üçün lazımdır. Çünki altı ildir ki, ölkəmiz müharibə şəraitindədir, Vətənimizə qarşı һərbi təcavüz edilibdir, biz müdafiə olunur, torpaqlarımızı qorumaq istəyirik, ərazi bütövlüyümüzü təmin etmək istəyirik. Bunu biz özümuz etməliyik.

Bir һalda ki, biz müstəqil dövlətik və müstəqilliyimizi tarixi bir һadisə kimi qəbul etmişik - bu, һəqiqətən də belədir - Azərbaycanın suverenliyi һər bir Azərbaycan vətəndaşı üçün ən müqəddəs məqsəddir, ən müqəddəs vəzifədir. Belə olan halda biz öz taleyimizin sahibi kimi öz Vətənimizi, öz torpaqlarımızı öz gücumuzlə qorumalıyıq. Bunu xalq, bizim gənclər, ordu sıralarındakı Vətən oğulları etməlidir. Ona görə də orta məktəblərdə bir tərəfdən hərbi tədrisə, gənclərin fiziki hazırlığına, idmana ciddi fikir verilməlidir, digər tərəfdən isə gənclərdə vətənpərvərlik hissini yüksəltmək, onları Vətəni qorumağa hazır olmaq ruhunda tərbiyə etmək lazımdır.

Orta məktəbi bitirən gənclər dərhal orduda xidmətə getməlidirlər. Ola bilər, onların hamısı getmir, lakin əksəriyyəti orduda xidmət etməlidir. Elə təsəvvür yaranmasın ki, indi müharibə şəraitində olduğumuza görə bizə ordu lazımdır. Əlbəttə, bundan ötrü güclü ordu gərəkdir. Ancaq müharibə qurtarandan, sülh yaranandan sonra da, ölkəmizdə əmin-amanlıq olanda da müstəqil dövlət kimi güclü ordumuz olmalıdır. Ona görə də gəncləri hərbi xidmətə orta məktəbdən başlayaraq hazırlamaq lazımdır.

Dünyada o qədər böyük dövlət var ki, heç kimlə müharibə aparmır, ancaq onların güclü ordusu var. Elə bizimlə qonşu ölkələri götürək. Rusiya, Türkiyə, İran müharibə etmir, lakin güclü orduları var. Avropa ölkələrində də həmcinin. Biz yeni, gənc müstəqil dövlətik. Ona görə də bəzilərinə elə gəlir ki, bizə ordu yalnız müharibədən çıxmaq üçün gərəkdir. Xeyr, müharibədən çıxmaq, sülh yaratmaq üçün güclü ordu bizə bu gün lazımdır. Ancaq uzaq gələcəkdə də ordumuz olmalıdır. Ona görə də bu gün birinci sinfə gedən hər bir oğlan 10-12 ildən sonra ordu sıralarında olmalı, hərbi xidmət getməlidir. Bir daha deyirəm, gənclərin hərbi xidmətə hazırlanması, vətənpərvərlik ruhunda tərbiyə edilməsi məktəblərin, müəllimlərin əsas vəzifələrindən biridir. Xahiş edirəm, bunu nəzərə alasınız.

Burada məktəblərin problemlərindən danışarkən onların maldi-texniki vəziyyətinə, dərs kitablarının hazırlanıb məktəblərə çatdırılması, müəllimlərin maddi təminatı məsələlərinə toxunuldu. Bunların hamısı əsaslı fikirlərdir. Bilirsiniz ki, on illər ərzində Azərbaycan Respublikasında məktəblərin güclü maddi-texniki bazası yaranmışdı. Keçmişdə hər il iri məktəb binaları tikilir, avadanlıqla, ləvazimatla təmin olunurdu. Məktəblərin dərs ilinin başlanmasına tam hazır olması üçün hər il ciddi iş görülurdu. O zaman respublikanın imkanları var idi və həmin işləri görə bilirdi. Lakin son illərdə gedən cürbəcür proseslər bir tərəfdən məktəb tikintisini ya zəiflətmiş, ya da dayandırmış, digər tərəfdən isə çoxdan tikilmiş məktəb binalarının təmiri, avadanlıqla təchizi sahəsində işləri xeyli azaltmış, yaxud tamamilə dayandırmışdır. Bu, həyatımızın gerçəkliyidir və onu etiraf etməliyik.

Respublikanın iqtisadi vəziyyəti ağırdır. Avqustun 11-də və 18-də mən geniş müşavirələr keçirmişəm. İki gün bundan əvvəl də əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşlirilməsi ilə əlaqədar geniş müzakirə keçirmişik. Bildiyiniz kimi, iyunun 15-də mən bu məsələ barədə böyük fərman imzalamışam və iki gün bundan əvvəl onun yerinə yetirilməsi gedişi müzakirə edilmişdir. Bunların hamısı açıq-aşkar göstərir ki, iqtisadiyyatımız ağır vəziyyətdədir.

Keçmiş Sovet İttifaqına daxil olan başqa respublikalar kimi, Azərbaycan da indi keçid dövründədir, sosial-iqtisadi böhran icindədir. Digər tərəfdən isə, Azərbaycan müharibə şəraitindədir, onun torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur, bir milyondan artıq qaçqın var. Məktəb binalarının bir qismində qaçqınlar yerləşdirilmişdir. İşğal olunmuş ərazilərdə qalan məktəb binalarının, alınan məlumatlara görə, təəssüf ki, dağıdılması respublikanın ümumən iqtisadiyyatına, sosial sahəyə, o cümlədən təhsil sahəsinə vurulan ağır zərbədir. Bütün bu səbəblərə görə respublika iqtisadiyyatının indiki vəziyyəti məktəblərin maddi-texniki bazasının keçmişdəki kimi sürətlə möhkəmləndirilməsinə şərait yarada bilmir. Ancaq burada deyildi ki, tikinti işlərinin 90 faizə qədərinin görülduyu bir necə məktəb binası var. Onların inşasını qurtarmaq lazımdır. Biz tikinti ilə əlaqədar belə qərar qəbul etmişik ki, inşasına çoxdan başlanmış və başa catdırılması çətin olan obyektlərdə iş dayandırılsın. Çünki geniş miqyasda tikinti aparmaq üçün imkan və vəsait yoxdur. Lakin əsas işlərin görülub qurtardığı məktəb binalarının tikintisini başa çatdırmaq lazımdır. Ona görə də təkliflər siyahısına bunlar da daxil edilməlidir. Məktəblərin ləvazimatla təmin olunmasında da vəziyyət ağırdır. Ancaq dediyim kimi, bu məsələ imkan daxilində həll ediləcək və mən təklifləri gözdəyirəm.

Müəllimlərin maddi vəziyyəti bizi daim narahat edir. Bilirsiniz ki, biz bu məsələlərə bir necə dəfə baxmış, imkan daxilində müəllimlərin əmək haqqını artırmağa çalışmışıq. Ümumən əhalinin maddi vəziyyətini müəyyən qədər yaxşılaşdırmaq barədə fikirləşir və tədbirlər hazırlayırıq. "Müəllim" sözü o qədər güclü, müəllim adı o qədər yüksək, sözün əsl mənasında o dərəcədə müqəddəsdir ki, müəllimlər gərək bu çətinliklərə dözsünlər, gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olsunlar. Respublikamızın bu ağır dövrünü hamımız birlikdə keçməliyik. Dövlət tərəfindən imkan daxilində bütün tədbirlər görüləcək, ancaq müəllimlər, təhsil sahəsində calışan başqa işçilər də bilməlidirlər ki, həyat həmişə belə ağır olmayacaq, dözmək lazımdır. Məktəblərin, tədrisin səviyyəsi aşağı düşməməli, müəllim adı öz nüfüzünu itirməməlidir. Müəllim çalışmalıdır ki, özünün müqəddəs vəzifəsini ömrünün axırınadək layiqincə yerinə yetirsin.

İndi respublikada özəl bölmə inkişaf edir, ayrı-ayrı iş adamlarının, şirkətlərin, firmaların imkanları var. Əgər onlar xeyirxahlıq etmək istəyirlərsə, bu ağır dövrdə xalqımızın böhrandan çıxmasına kömək göstərmək istəyirlərsə, ilk növbədə təhsil sahəsinə üz tutmalıdırlar. Əlbəttə, bu, ayrı-ayrı məktəb binalarının az və ya çox hissəsinin kommersiya strukturlarına verilməsindən ibarət olmamalıdır. Əksinə, təhsil ocaqlarına kömək etməkdən ibarət olmalıdır. Ona görə də mən bu gün bütün iş adamlarına, kommersiya strukturlarına, bir sözlə, yeni yaranmış özəl bölməyə müraciət edirəm. Onlardan hər birinin təhsil sahəsinə göstərdiyi kömək və xidmət dövlət tərəfindən qiymətləndiriləcəkdir. Ancaq bu iş də pərakəndə şəkildə görülməməlidir. Onlar bu işləri Təhsil Nazirliyinin vasitəsilə və ya himayəsi altında gorsələr, onda dövlət də iş adamlarının təhsil sahəsi üçün nə etdiklərini biləcəkdir.

Ayrı-ayrı firmaların, assosiasiyaların tələbələrə kömək göstərməsi, gənclərin təhsil almaq üçün xaricə göndərilməsi təqdirəlayiqdir. Lakin bunlar xırda tədbirlərdir. Əlbəttə, deyək ki, 30-40 nəfərin xaricdə təhsil alması respublikanın həyatı üçün hadisədir. Ancaq gənclərin təhsilinə geniş miqyasda kömək etmək bu çərçivədən kənara çıxır. Ona görə də xahiş edərdim ki, iş adamları bu barədə düşünsunlər. Təhsil Nazirliyi isə onlarla əlaqəyə girərək tədris ocaqlarının saxlanması, təminatı, inkişafı üçün nə iş görə biləcəklərini müəyyənləşdirsin və bu sahədə dövlətin və özəl bölmənin imkanlarını birləşdirsin.

Guman edirəm ki, mənim bu cağırışıma səs veriləcək və hamımız respublikanın gələcəyini düşünərək gənc nəslin tərbiyəsinə fikir verəcəyik. Respublikamızın bu günü və gələcəyi ölkəmizdə gedən proseslərlə bağlıdır. Bilirsiniz ki, respublikamız altı ildir müharibə şəraitindədir. Bu müharibə Ermənistanın Azərbaycana təcavüzü, ərazimizin bir qismini ələ keçirmək cəhdləri ilə başlanmışdır. Bu müddətdə müəyyən səbəblər üzündən və xüsusən, ölkənin müdafiəsini təşkil etmək üçün yaradılmış orqanların rəhbərlərinin ayrı-ayrı mərhələlərdə buraxdığı səhvlər nəticəsində ərazimizin 20 faizi işğal olunmuşdur. Bildiyiniz kimi, bu ilin əvvəlindən cəbhədə çox ciddi döyüşlər getdi, ordumuz işğal olunmuş torpaqlarımızın bir hissəsini düşməndən təmizlədi. Ancaq təcavuzkar da çox güclüdur, bir çox ölkələr Ermənistana böyük kömək göstərirlər. Ona görə də apardığımız döyüşlər torpaqlarımızın tam azad olunmasına gətirib çıxarmadı.

Bildiyiniz kimi, aprelin 10-dan etibarən Ermənistan silahlı qüvvələri Azərbaycanın müdafiə mövqelərinə yenidən hücuma başladılar. Bu, çox güclü və yaxşı hazırlanmış hücumlar idi. Düşmən yenə də Azərbaycan ərazisinin bir hissəsini işğal etmək istəyirdi. Qanlı döyüşlər bir aydan çox cəkdi. Azərbaycanın qəhrəman oğulları canları, qanları bahasına müdafiə mövqelərimizi qorudular, ordumuz geri çəkilmədi. Bu ağır döyüşlərdən sonra atəşkəs haqqında saziş əldə olundu. İlin əvvəlindən bəri biz bir tərəfdən ordumuzu gücləndirməyə, müdafiə mövqelərimizi möhkəmləndirməyə çalışmışıq, digər tərəfdən isə, beynəlxalq təşkilatların, böyük dövlətlərin vasitəcilik imkanlarından istifadə edərək məsələnin sülh yolu ilə həllinə səy göstərmişik. Bu iki proses eyni vaxtda, paralel getmişdir. Torpaqlarımızı müdafiə etməklə bərabər, sülh danışıqları da aparmışıq.

Rusiyanın, ATƏM-in Minsk qrupunun vasitəçiliyi ilə mayın 12-dən başlayaraq atəş kəsilmişdir və üc ay yarımdan artıqdır ki, atəşkəs davam edir. Xırda toqquşmaları nəzərə almasaq, cəbhədə sakitlikdir. Biz indi də sülh danışıqları aparırıq. Ona görə ki, hər bir müharibə əvvəl-axır sülhlə qurtarmalıdır. Bayaq dediyim kimi, müharibəni biz başlamamışıq. Azərbaycan öz ərazisini, öz torpaqlarını müdafiə edir. Başqa sözdə, biz müharibəyə qoşulmağa məcbur olmuşuq.

Sülh danışıqlarında Rusiya böyük vasitəçilik rolu oynayır. Eyni zamanda beynəlxalq təşkilatlar, xüsusən ATƏM və onun Minsk qrupu, həmin qrupun rəhbəri Yan Eliasson və onun nümayəndə heyəti daim fəaliyyətdədir. Bir neçə gün bundan əvvəl də Minsk qrupunun rəhbəri və onun heyəti regiona gələrək Bakıda, Yerevanda və yenidən Bakıda olmuş, Azərbaycanın və Ermənistanın rəhbərləri ilə danışıqlar aparmışdır.

Biz sülh danışıqlarını bundan sonra da davam etdirəcəyik. Əgər bu danışıqlar istədiyimiz şərtlərlə nəticələnsə, sülhə nail ola bilərik. Şərtlər də ondan ibarətdir ki,

Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılmalı, ölkəmizin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı təmin edilməli və buna təminat verilməlidir. Ermənistan tərəfi Dağlıq Qarabağda yaşayan ermənilərin təhlukəsizliyinə təminat verilməsini, Dağlıq Qarabağa müəyyən status verilməsini tələb edir. Biz həmişə demişik və yenə deyirik: əgər şərtlərimiz qəbul edilsə, status məsələsini də müzakirə etmək olar.

Eyni zamanda silahlı qüvvələrimiz möhkəmləndirilməli, ordumuz indi tutduğu mövqeləri müdafiə etməyə qadir olmalıdır. Ona görə də ictimaiyyətdə, əhalidə və xüsusən gənclərdə Vətəni müdafiə etmək əhval-ruhiyyəsi, döyüş əhval-ruhiyyəsi daim təbliğ edilməlidir. Bu işdə sizdən - müəllimlərdən kömək gözləyirik. Ona görə ki, müəllimlər ziyalılarımızın böyük bir hissəsini təşkil edir. Ziyalılar bütün bu proseslərə öz munasibətini bildirməlidirlər. Biz bütün bu addımları atarkən ictimaiyyətlə, əhali ilə, xüsusən ziyalılarla məsləhətləşirik və bundan sonra da məsləhətləşəcəyik.

Müəllimlərə də muraciət edirəm - siz də, təhsil sahəsində çalışan başqa adamlar da bu məsələlər barədə fikrinizi bildirməlisiniz. Biz bütün tədbirləri xalqın rəyinə əsasən görürük və görəcəyik. Sülh danışıqları da xalqın rəyinə əsasən aparılır. Ziyalıların fikri bizdən ötrü mühümdur. İndiki vəziyyətdə biz gərək qaçqınlarımızın da problemlərini həll edək. Qaçqınlar isə, bildiyiniz kimi, bir milyondan çoxdur. Onların əksəriyyəti işləmir, maddi cəhətdən təmin edilməlidir. Qaçqın uşaqları təhsil almalıdırlar. Ona görə də qaçqınların məskunlaşdığı yerlərdə həmin uşaqların təhsilinə mütləq ciddi fikir verilməlidir. Bu uşaqların hamısı məktəblərə cəlb olunmalı, onların təhsil almaları üçün hərcür şərait yaradılmalıdır. Hər bir məktəb qaçqın uşaqlarının təhsil almasına xüsusi qayğı göstərməlidir. Məlumat verirlər ki, xarici ölkələrin ayrı-ayrı xeyriyyə cəmiyyətləri qaçqınların məskunlaşdığı yerlərdə məktəblər təşkil etmişdir. Bununla yanaşı, biz öz imkanlarımızdan da istifadə etməliyik. Qaçqın ailələrinə xususi qayğı göstərmək lazımdır. Eyni zamanda, dediyim kimi, qaçqın ailələrindən olan uşaqların təhsilinə də xüsusi qayğı göstərilməlidir.

Ziyalılarımızın, ümumtəhsil məktəblərində çalışan müəllimlərimizin vəzifəsi gəncləri vətənpərvərlik ruhunda tərbiyə etməklə bərabər, respublikada ictimai-siyasi vəziyyətin sabitliyinə çalışmaqdan ibarətdir. Çünki daxildə sabitliyin pozulması həmişə cəbhədə böyük gərginliyə gətirib çıxarmışdır.

Təlim-tərbiyə işləri ilə məşğul olarkən bir məsələni də diqqət mərkəzində saxlamalısınız. Respublikanın belə ağır dövründə cinayətkarlıq artmışdır. Bu, həm Azərbaycanın düşdüyü vəziyyətlə bağlıdır, həm də keçmiş Sovet İttifaqının başqa respublikalarında cinayətkarlığın artması Azərbaycana da öz təsirini göstərmişdir. Ona görə də cinayətkarlıqla mübarizə bizim əsas vəzifələrimizdəndir. Bununla əlaqədar mən avqustun 9-da fərman vermişəm. Hüquq-mühafizə orqanları bu işlə məşğul olurlar və bundan sonra da məşğul olmalıdırlar.

Cinayət edənlərin əksəriyyəti gənclərdir. Ona görə də məktəblərdə gəncləri həm də cinayətkarlıqdan uzaq olmaq ruhunda tərbiyə etmək lazımdır. Burada çıxış edənlər dedilər - təəssüf ki, respublikada spirtli içkilərə meyl artmışdır, narkotik maddələrdən istifadə olunur. Əfsus ki, bunlara meyl edənlərin çoxu gənclərdir. Ona görə də müəllimlər, təhsil ocaqları bu sahədə fəaliyyətlərini gücləndirməlidirlər. Gənclərin tərbiyəsində milli, dini adət və ənənələrimizdən istifadə etmək lazımdır. Əsrlərin dərinliyindən bu günə gəlib catan adət-ənənələrimiz həmişə adamları saflığa, təmizliyə dəvət etmişdir. Milli və dini adət-ənənələrimiz məhz bu prinsiplərə əsaslanır.

Bu gün biz də gəncləri paklıq, saflıq, yüksək əxlaq, yüksək mənəviyyat ruhunda tərbiyə etməliyik. Bununla biz nəinki cəmiyyətimizi qoruyacağıq, həm də gələcək nəsli sağlam saxlayacaq və həmin nəsildə cəmiyyətimiz, xalqımız üçün zərərli halların kök salmasının qarşısını alacağıq. Bir də təkrar edirəm, cinayətkarlıqla mubarizə, gənclərin sağlam ruhda tərbiyə olunması üçün hər kəs öz sahəsində lazımi tədbirlər görməlidir.

Bütün bu vəzifələri həyata keçirmək üçün Təhsil Nazirliyi, onun rayon və şəhər şöbələri və idarələri öz işini təkmilləşdirməlidir. Yeni yaradılmış Gənclər və İdman

Nazirliyi ilə Təhsil Nazirliyi birgə fəaliyyət göstərməli, müxtəlif gənclər təşkilatlarını öz himayələri altına almalıdırlar. Burada haqqında danışılan vəzifələrin yerinə yetirilməsində başqa əlaqədar nazirliklər də fəaliyyət göstərməlidir. Nazirlərin bir çoxunun bu gün buraya dəvət edilməsi də bununla əlaqədardır. Onlardan tələb edilir ki, öz üzərlərinə düşən vəzifələri yerinə yetirsinlər. Şəhər və rayonların yerli orqanları, icra hakimiyyəti başçıları təhsil, gənclərin tərbiyəsi məsələləri, məktəblərin vəziyyəti ilə ciddi məşğul olmalıdırlar.

Guman edirəm ki, bugünkü görüşumuz və apardığımız fikir mübaliləsi orta təhsil sahəsində qarşıda duran vəzifələrin həyata keçirilməsində müəyyən mərhələ olacaqdır.

Umidvaram ki, siz və sizin simanızda bütün müəllimlər, təhsil sahəsinin bütün işçiləri bu vəzifələrin yerinə yetirilməsində fədakarlıqla çalışacaqsınız. Tədris ilinin başlanması münasibətilə sizi bir daha təbrik edir, sizə, bütün müəllimlərə, təhsil işçilərinə şərəfli peşənizdə uğurlar, şəxsi həyatınızda xoşbəxtlik və səadət diləyirəm.

Sağ olun!